image_pdfimage_print

Bugün Azərbaycanda şəxsi biznes, öz işini qurmaq istəyən ofis işçilərinin 90% beynində açmaq istədiyi biznes – internetdədir. Bu təbiidir, çünki internetdə biznes qurmaq üçün ilkin kapital daha az tələb edilir, həmçinin gənclər interneti daha yaxşı bildiklərindən burada biznesin daha asand qurulmasını düşünürlər. Biz hesab edrik ki, uğurlu internet satış edən şirkət qurmaq üçün mütləq qaydada offlaynda güclü olmaq lazımdır.

Bu videoda bizim dediklərimizin bir çoxu var, sadəcə biz eyni şeyləri bir-az “azərbaycanlılaşdırıb” Sizlərə təqdim etmək istəyirik. Maraqlı olsa oxuyarsınız, vaxtınız azdırsa, sadəcə videoya baxın.

Dünyada ən güclü internet-mağazası və ya çətin dildə desək “onlayn-mağaza”larının təcrübəsinə diqqət etsək bir məsələni aydın şəkildə görürük – əsas güc offlayndadır. Başqa sözlə desək, biznesin canı və ya rəqəblərdən üstün cəhətlərinə baxsanız internet mağazalarının offlaynda gücünü görmüş olarsınız. Məsələn:

Zappos brendin Amazon tərəfindən astronik qiyməti alındığını çoxlarımız bilirik. Həmçinin çoxlarımız bilirik ki, Zappos gücü heç bir şəkildə “güclü” saytında deyil. Zappos ilk dəfə olaraq Amerikada məhsulların alış nöqtələri yaratmışdı. O vaxt, bu inqilab edi. Çünki Zappos yalnız məhsulların qəbulu üçün “nöqtə” deyil, həmçinin istənilən məhsulu bir ay ərzində geriyə qaytarmaq imkanıda təklif edirdi. Diqqət edən, Amerikada belə, internet mağaza – offlaynda dəstək olmadan işləyə bilmir.

Təbii ki, bugün heç bir offlaynda olan mağaza butün məhsul imkanlarını satış nöqtələrində sərgiləyə bilmir, bu baxımdan onlayn ticarətin ən böyük üstünlüklərindən biri – (bəlkədə birinciciləri) meydana çıxır. Müştəri istədiyi qədər məhsulu, istədiyi çeşid bolluğunu tapa bilir. Başqa sözlə desək, müştəri internetdə 10-larla brend arasında seçim edir və “satıcı” buna görə icarə haqqı (və digər xərclər) vermir. Deməli internet mağaza böyük seçim bolluğu verə bilər və paralel olaraq xərclərin az olduğundan qiymətini aşağı qoyar.

Lakin buna paralel olaraq offlayn mağazalarında böyük bir üstünlükləri var. Müştəri bir-başa olaraq konsultatsiya alır, müştəri məhsula “əl vurur”, müştəri hardan və necə aldığını bilir və s. Beləliklə burda son dərəcə maraqlı və “asand” bir konsepsiya çıxır. Mükəmməl pərakəndəçilik offlaynla – onlaynın sintezində meydana çıxa bilər. Buna videodada deyildiyi kimi – kibermatik demək olar.

İnternet satışlarda dünya lideri olan Amazon belə əsas bazarlarda offlayn mağazalara doğru gedir. Bu yalnız mağaza deyil, həmçinin məhsula baxmaq və məhsulu qəbul etmək yeri kimi xarakterizədə edilə bilər. Bunu mütləq yerli bazarlarda olan internet pərakəndəçilər etməlidir. Məsələn, Shopera təcili şəkildə özünün offlayn mağazasını açmalıdır. Məncə.

Mən düşünürəm ki, biznesdə ən düzgün yol göstərici şəxsi intuitsiyadan sonra, başqalarının etdikləridir. Başqaları dedikdə biz qətiyyən Amerika, Almaniya təcrübəsinə baxmalı deyilik.

Kibermatikin ən üstün cəhərlərində biri kimi, brendlə istehlakçının görüşdüyü yerin olmasıdır. Muasir brendinq bizə “diktə” edir ki, güclü brend müştərinin bütün hissiyyat orqanlarına xitab etməlidir. Bu məntiqlə onlayn brendlərin qarşısında böyük çətinlək yaranır və offlaynda müştəri ilə görüş nöqtəsinin olması ilə, daha güclü onlayn brend qurulması dahada asanlaşır.

Sonda bir məsələyə diqqət çəkmək istəyirəm ki, bugün Azərbaycanda olan offlayn pərakəndəçi şəbəkələrin onlayn kanal quraraq satışları artıqmaq üçün mükəmməl imkanları var. 2015-ci ildə ölkədə onlayn-ticarətin artım verəcəyi əlbəttə, heç kimdə şübhə doğurmur, AMMA vacib məsələ, artımın səviyyəsidir. Görəsən o gün gələcək, yazın deyəcəyik  – “Biz səhv etmişik, AzərbaycandaDA internet bizneslər uğurlu olur”

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close