image_pdfimage_print

Hər dəfə kompyuter qarşısına oturub bloq-post yazdığım zaman, özümə söz verirəm ki, gələn yazını mebel sektorundan yazacam, çünki bilirəm ki, bloqumuzun oxucuları arasında mebel biznesində işləyən çox saylı sadiq oxucu kütləsi var. Amma alınmır ki, alınmır. Çoxtandı mebel biznesi haqda Sizinlə söhbət etmirdim. Bugün istəyirəm, “şeytanın ayağını qıraq”. Mən bu yazıda butün mebelçi dostlarımızı salamlayır və mebel sektorunun ən vacib istiqamətlərinin biri olan pərakənçilik, merçandayzinq barədə söhbət edəcəm.

Merçaydayzinq sözünün mənasını elə məndə o gün öyrənmişəm, ona görə xahiş edirəm “merçandayzinq nədir?!” kimi “çətin” suallar verməyin çünki, cavab verməyə qorxuram. Birdənə konkret bilirəm ki, yaxşı şeydir. Yazıya keçməmiş Sizə həm yumoristik, həmdə çox öyrədici bir hadisə danışmaq istəyirəm. Real praktikadan!)

Deməli Embawood-a işlədiyim vaxtlar, düşündük ki, satış menecerləri marşrut üzrə hərəkət etdikləri zaman, onların yanında həmdə merçandayzer olmalıdır. Bu adam bizim mebelləri, mağazada daha yaxşı görünməsi üçün merçandayzinq işləri görməli edi. Düşünyümüz kimidə etdik… və Bakıdan bir satış menecer, birdənədə merçandayzer yollandı respublikanın bölgələrini ezamiyyətə. Yolladın nə yolladın.

Satış menecerinin əsas vəzifəsi bölgələrdə olan mebel mağazalarına françayzinq müqaviləsi bağlamaq edi (bilirəm gəliz sözlərdi, françayzinq, merçandayzinq nə bilim nə…zinq, amma nə edək, kasıbın olanından!). Menecer və yanında olan merçandayzer girir uzunmüddət mebel salonu işlədən bir yaşlı qadının yanına. Özdə fevral ayında… mağazaya gələn yox, gedən yox və içəri iki dənə cavan oğlan gəlir… Bu anda bizim menecerlərlə bu qadının arasında istənilən satış kitabına keys olaraq düşə biləcək bir dialoq başlayır. Dialoqu Sizə təqdim edirəm. Bir-başa.

Menecer deyir: Salam… biz Bakıdan gəlmişik (şirkət adı demir aaa, BAKIDAN deyir – mənim kommentimdir) və Sizin mağazanı merçandayzinq edəcəyik!

Mağaza sahibi olan yaşlı xala cavab verir: Salam. Xoş gəlməsiniz. O necə olur ay bala? Mağaza mənim adımadır (xala elə düşünür ki, mağaza audit-zad gəlib vergidən, amma söhbəti tuta bilmir – hələ)

Menecer deyir: Xala… bax bu müəllim bizim merçandayzinq üzrə rəhbərimizdir (merçandayzeri göstərir – mənim kommentimdir) . Biz istəyirik ki, Sizinlə françayzinq müqaviləsi bağlayaq. İşlərimiz düzgün getsin.

Xala cavab verir: Bala bizə heçnə lazım deyil, çox razıyıq. Sağ olun. Uzaq yoldan gəlmisiz, çay için… (xala konkret şokdadır, deyir həqin dükanı yandırmaq istəyirlər).

Menecer: Heçnə lazım deyil, dükanı merçandayzinq etmək lazımdır. Mebellər çox pis görünür. Belə olmaz. Standartlar var.

Bu andan sonra mağazada dava düşür, xala öz iradəsini göstərir və iki nəfərin ikisinidə mağazadan qovur. Sonra bir zülmlə xalanı başqa menecerlər başa salıblar ki, biz elə belə Sizə kömək üçün gəlmişik!) NO Comment!)

Mebel sektorunda merçandayzinq, sərgiləmə son dərəcə vacibdir. Hətta dünyanın ən rasional millətlərindən olan almanlar belə, salonun düzgün və gözəl görünməsi üçün ciddi investitsiyalar qoyurlar. Hər bir fəaliyyətdə olduğu kimi mebel sənayesindədə sərgiləmənin xüsusi qayda və standartları var. Bu standartlardan biri və ölkəmizdə demək olar ki, tətbig edilməyəni (yadda çıxanı) sərgiləməni kateqoriyaya uyğun etməkdir. Daha konkret desək, mebel salonunda yataq dəsti olan zonada, qonaq və yümşaq mebelin olması və ya əksinə yol verilməzdir. Beləliklə sərgiləmədə mütləq olması gərəkən məsələlər

  1. Mebel salonuna təbii işıq təsiri minimuma enməlidir. Başqa sözlə desək, mebel günəş işığı ilə deyil, fərdi işıqlanmalıdır. Bununla paralel olaraq mebel salonunda müştərinin hərəkət zonası ilə, kolleksiyanın işıqlandırılma səviyyəsi fərqli olmalıdır. Hərəkət zonası az işıqlı, mebel özü gür işıqlı olduğu zaman daha gözəl görünür.
  2. Yaşam hiss edilməlidir. Mebeldə olan aksessuarlar səliqə, bahalıq üçün deyil, məhz mebeli canlı göstərmək üçün istifadə edilməlidir. Bu baxımdan yataq dəstinin üstündə “unudulmuş” geyim, mətbəxdə yarıya qədər süzülmüş şərab və ya qonaq dəstində çemodanın yerdə olması, interyerə canlılıq gətirir. Mebel salonu evin bir-başa aynası kimi olmalıdır. Bizdə evdə yaşayırıqsa, deməli ev heç vaxt mükəmməl səliqədə ola bilməz. İnteryerdə buna nəzarət etmək lazımdır. Çox səliqəli deyil, indicə burda kimsə var edi… mesajı verilməlidir.
  3. Monotonluqdan qaçmaq şərtdir. Mebel salonlarında bir rəngdən istifadə etmək, mebellərin eyni görünməsinə gətirib çıxara bilər. Bu heç bir şəkildə mağaza sahibinin biznes maraqlarına cavab vermir. Bu səhvdir. Kolleksiyanın rənginə uyğun olaraq dekorativ kağızların, aksesuarların seçilməsi şərtdir.
  4. Aksessuar mebeli önə çıxarmalıdır. Yadıma düşür, German Studio təzə açılan vaxtlar Almaniyada salon üçün aksessuarlar seçmək istəyirdim. Mən rəngli, gözəl görünən aksesuarlardan “yapışsamda” alman konsultant, monoton, bir rəngli aksuarları almağı tövsiyyə edirdi. Onun məntiqini o vaxt mən başa düşmürdüm. Aksesuar əsas məhsulu gücləndirməlidir. Buna görə minimum diqqət çəkməlidir. O sadəcə məhsulun funksional üstünlüklərini nümayiş etdirməlidir.
  5. Pol parket (və ya laminat) tavan alçaq. Bu mebel sektorunun az qala əlifbasıdır. Modern tərzdə mebel təklif edən mebel salonlarında tavan qısa, döşəmə ağac rənglərindən olmalıdır… YALNIZ mətbəx mebellərindən başqa. Burada döşəmə, soyuq daş rənglərdən olduğu zaman məhsul daha önə çıxmış olur.

Bu dediklərimiz əlbəttə, çoxaltmaq olar, amma məntiq birdir, mebeldə sərgiləmə işin ən lazımlı elemetlərindən biridir. Element demişkən sonda bir şeyidə deyim, son vaxtlar yalnız mebel satan mağazaların sayı gündən-günə azalır. Artıq mebel salonunda yalnız mebel deyil, digər ev alətlərinin satışı mütləqdir. Növbəti yazılarda mebel sektoruna yenidən toxunacam. Maraqlı olsa, oxuyarsız, yaxşı?)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Salam . Tewekkur fikirlerinizi boluwduyunuz ucun . Duwundurerek guldurmeyide hec unutmadiginiz ayri qiymetlendirilesi hereketdir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close