image_pdfimage_print

MBA, Emba, Phd nə bilim nə… hamısı çox yaxşıdır, amma real mühitdə, real biznes həyatında ən dəyərli sərvət oxuduqların(eşitdiklərin, öyrəndiklərin) deyil, məhz etdiklərindir. Bu baxımdan mən hesab edirəm ki, xaricdə təhsil və ya ümumiyyətlə yerli iş təcrübəsini qurban verərək hansısa ali məktəblərdə təhsil almağa gedən adamlar biznesə heç vaxt xeyr verə bilməz. Nəyin ki, xeyr verə bilməz, xaricdə MBA oxumuş kadrla işləmək biznesə ziyandır. Bilirsiz niyə?

İlk əvvəl deyim ki, oxuduğunuz ali məktəbin tanınmış, adlı-şanlı olması real sektorla MBA-də öyrənilənlər arasında olan üçurumu dahada artırır, böyüdür. MBA təhsili yalnız dövriyyəsi 200 mln. çox olan şirkətlər üçün az ziyanlı olur (baxın faydadan ümumiyyətlə danışmıram!). Orta və kiçik şirkətlər üçün belə kadrların verdiyi qərarlar “bıçaqla zərbə” funksiyasını daşıyır. Çünki MBA-də güya “öyrənilənlər” heç bir şəkildə real biznesdə (əsasəndə post-sovet ölkələri üçün) dəyərə malik olmur.

Mən MBA (Emba, PhD) kimi əlavə təhsil istiqamətlərinin real biznesə ziyanlarından uzun-uzadı danışa bilərəm, amma bunu etməyəcəm. Əvəzində Sizə 3 səbəb göstərəcəm və mən əminəm ki, Siz mənimlə razılaşacaqsınız ki, işçinin CV-də olan, MBA əslində heçnə demək deyil. Hansısa MBA təhsili dalınca getməkdənsə, real biznesdə nəsə etmək və öyrənmək daha faydalıdır.

Birinci səbəb – Keyslər. Məhşur MBA proqramlarında dərslər keyslər formasında keçirilir. Başqa sözlə desək, hansısa “real” biznesdə olmuş hadisə təhlil edilir və bu hadisə zamanı sözü gedən şirkətin uğur hekayəsi öyrənilir. Dinləyicilərə elə gəlir ki, güya onlarda eyni cürə etsələr öz bizneslərində uğurlu olacaq. Əslində isə, keyslərlə təhsil tələbələrdə “manqurt” psixoloqiyası yaradır. Dinləyicilər öz fikirlərinə deyil, öyrəndikləri keysə görə hərəkət edirlər.

Sabah onların çalışdığı şirkətdə hansısa problem olduğu zaman MBAçi dostlarımız real problemin səbəblərini başa düşmək yerinə, öyrəndiyi keysi yadına salmağa başlayır. Axı o elə bilir ki, kimsə edib – uğur qazanıbsa, deməli buda etsə uğur qazanacaq. AMMA MBA heç çürə başa sala bilmir ki, dünyada olan butün uğurlu keyslərinin yalnız və yalnız BİR ortaq nöqtəsi var – ONLAR BƏNZƏRSİZDİLƏR. Real biznesdə yalnız fərqli düşünməklə uğur qazanmaq olar. Heç bir şəkildə PGlərin, Siemenslərin, İKEAların yollarını, etdiklərini kopyalamaqla deyil.

İkinci səbəb  – Öyrədənlər. Əzizlərim, Pilip Kotler çox dahi marketoloqdur. Filip Kotler Marketinq sözünün bir üst səviyyə qaldırıb. AMMA Pilip Kotler bizə yalnız marketinq nəzəriyyəsindən və post-faktum olan şeylərdən danışır. Bugün şərti Filip Kotlerlərin mühazirə dedikləri zaman, Çində olan Huaiwei şirkəti bizə tam əksinə olaraq brendinq, marketinqin, biznesin necə qurulmasından danışır. Danışmır, göstərir.

Məsələ, digər MBA-də dahada bərbad olur. Müəllimlər dedikləri keysləri kimlərinsə “ağzından” eşidiblər. Özünüz düşünün, görün məlumat nə qədər təhrif edilə bilər. Biznesdə isə, hər bir detal səhnəni dəyişir. Bu təbiidir, çünki hansısa real biznesdə olan adamın uzun-uzadı Ali məktəblərdə dərs deməyə necə vaxtı ola bilər?!

Üçüncü səbəb – Diploma görə oxuyanlar. MBA-də oxuyan adamların 100-də 95-şi konkret olaraq diploma görə oxuyur. Onlar söhbətlərini təxminən belə edirlər: “Bizim MBA-ni bitirən adamların illik gəliri 100 min Evrodur (məsələn). Məndə diplom alım, əmək haqqımda hiss ediləcək”. Şuuraltıda olsa hədəf qətiyyən nesə öyrənmik deyil.

EMBA oxuyan bir tanışımız var. Son dərəcə bahalı Ali məktəblərin birində təhsil alır. Təhsil boyunca o-bu şirkətin keyslərini öyrənir, tədrisdə tanıdığı nəzəriyyəçi müəllimlərin elmi məqalələrini oxuyur, nə bilim əziyyət çəkir. Amma hədəfi bir şeydir, diplom alsın. Ona elə gəlir ki, işə götürənlər bu diplomun ağırlığına görə onun maaşını (KPİ-nı və s.) artıracaq. AMMA bir məsələ yaddan çıxır, real biznesdə diplom yox, konkret görülən işlər dəyərləndirilir. Bunun üçün isə, menecerdən yenilikçi olması, qeyri-standart düşünməsi tələb edilir. MBA bizi real biznesdən kənarlaşdırır.

Əziz oxucu, düşünürəm ki, insanın öz biliklərini təsdiqlətmək üçün hansısa diploma, kağız parçasına ehtiyyacı yoxdur. Baxın, bunu mən, əlində o kağız parçalarından çox olan birisi deyir!!!

Yalnız və yalnız etdiklərimiz.

Yalnız və yalnız şəxsi düşüncəmiz.

Yalnız və yalnız zəhmətsevərliyimiz bizə həyatda böyük uğurlar vəd edə bilər. Hansısa xarici ölkədə alınan MBA, Emba və ya PhD diplomumuz deyil.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

10 Comments

  1. Maraqlı yazıdır, amma bir şey maraqlıdır, ona görə özünüz haqqında yazanda, bütün təhsil informasiyanızı “fəxr”-lə yazmısız? ))) Belə lazımsızdırsa, sadəcə, İlkin Manafov yazın.

  2. Tam bir İlkin Manafov klassiki. Çox maraqlı və oxunaqlı yazıdır.

    MBA pul tələsi olması ilə qisməndə olsa razıyam.

  3. Bes onda kagiz parchalari neyinize lazim idi?

  4. Siz yazıları məzmun olaraqmı dəyərləndirirsiniz, yoxsa sadəcə hərf səhflərini araşdırmaq üçün oxuyursunuz. Bunun üçün yaxşı orta sinif Ədəbiyyat dərsliyi ya da Ata Yurdu kitabını oxumanız daha faydalı olar)

  5. Türkeş Rəhimli düzü, həmin gün əlimdəki kitabda da dəhşətli tərcümə səhvləri var idi, sonra da qarşıma bu yazı çıxdı, fikir bildirmişdilər deyə oxumaq marağı yarandı. Bəlkə də yazıdan gözləntim böyük idi və artıq əlimdəki kitabdan dolayı həssaslaşmışdım deyə, səhvləri görən kimi oxumağa davam edə bilmədim və yazmalı oldum :) Bir yazı yazılırsa, məqsədi vardır. Əgər məqsədi oxunmaqdırsa və bilgiləndirməkdirsə, o zaman bacardığı qədər həssas yanaşmalıdır mövzuya (hər cümləsinə) İnkişaf etmək, səhvlərimizi düzəltmək isə heç vaxt gec deyil.

  6. Leyla Surkhayzade http://www.ilkinmanafov.com/bloq-qaydalari/ Bizim (bizim sözünün altından qara xətt) bloqun oxucularına salamlar! Amma bloq qaydaları bloq yaranandan var!)

  7. Bizim millət oxumamış alimdi də. Biznesdə fərqli düşünməyə ehtiyacın olması savadın rolunun olmaması demək deyil! İşgüzar sahədə qazanılan təcrübə ümumiləşdirilir və nəzəriyyə yaradılır. Amma heç bir elm, heç bir nəzəriyyə bütün halları əhatə etmir. Zamanla güclü alimlər və nəzəriyyəçilər tərəfindən daha çətin hallar araşdırılır və nəzəriyyə zənginləşdirilir. Kimin qabiliyyəti çatır nəzəriyyəyə öz yeniliklərini gətirsin. Amma nəzəriyyə lazım deyil demək gülməlidir. İstəmirsən, oxuma nəzəriyyəni, amma belə danışma.

  8. cox subyektiv ve bir terefli yanashmadir…

  9. onun adı Pilip deyil Filip-dir :) 2 yerdə Pilip 2 yerdə Filip yazmısız. deyəsən hələ əmin deyilsiniz hansı düzdü :) mövzuya gəldikdə isə təbii ki MBA oxumaq şərt deyil. İnsan MBA-siz də uğurlu ola bilər. Amma MBA böyük məktəbdir. MBA oxumaq da böyük üstünlükdür və heç bir təhsil ziyanlı deyil. Bir də MBA kotlerden ibaret deyil. David Besanko, Robert Grant, Porter və digərləri daha faydalı kitabları olan müəlliflərdir

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close