image_pdfimage_print

Dünən Azərbaycanın Marketinq İcması Yeni ili möhtəşəm Party ilə qeyd etdi. Yadıma düşür, hər dəfə hansısa Assosasiyalar və Sektorlar arasında birliklər barədə söhbətlər gedəndə deyilirdi ki, bizim millət birlikdə olmağı bacarmır və ya biz bir-birimizlə rəqabət etməyi daha çox sevirik. AMMA Marketinq Azərbaycan Qrupu bu steriotipləri sındırmaq üzrədir. Bir-birlərinə rəqib olan şirkətlərin, brendlərin marketoloqları bir-arada əylənir, sektorda olan ortaq problemləri müzakirə edirlər. Mən bu münasibətlə Marketinq Azərbaycan Qrupunun yaradıcılarını səmimi qəlbdən təbrik edirəm. Əlbəttə, bu onların sonsuz zəhməti və bacarığı hesabını olur (olub). Amma bu yazımız qətiyyən Marketinq Azərbaycan Qrupunu tərif yağdırmaq və ya Party-martinin təşkilatçılarının “bəy tərifi kimi yazılmayıb. Biz bu yazıda dünən ki, Partydən sonra düşündüklərimizi Sizinlə paylaşmaq istəyirik.

İlk əvvəl deməliyəm ki, mən bu partinin təşkilatından öz əməyimi çox zəif qiymətləndirirəm. Əgər Rafiq Hünaltayın və qrupumuzun adminləri olan gənc xanımların dəstəyi olmasaydı, əmin olun ki, tədbir olmayacaqdı. Bu şəxslərə dönə-dönə çox sağ ol, deyirəm. Sağ olsunlar. Bu xanımlar bir vaxtlar Marketinq AİR məzunu olublar. Halal olsun!

Marketinq AİR demişkən… Party boyu bir şeyə diqqət etdim. Tədbirdə təxminən 30-a yaxın, Marketinq AİR məzunu var edi. Düzdür, bu faiz etibarı ilə iştirakçıların böyük hissəsi deyildi, amma aktivlik… Əziz oxucu, Azərbaycan Marketinqi çox tezliklə tamamiylə Marketinq AİRçilərin əlində olacaq. Onda artıq bəlkə mən bloqda yazmaram… çünki bizim məzunlar marketinqi, biznesi nəyin ki, mükəmməl başü düşürlər, onlarda Marketinq AİRə məxsus pozitiv ruh var. Bu superdi. Bu o deməkdir, Azərbaycan Marketinq tezliklə özünün “yeni nəfəsli və AİRli” inkişaf etapına qədəm qoyacaq. Halal olsun AİRçi məzunlarımıza!

Tədbirdə bir şeyidə düşündüm – Milli Marketinq Forumu, marketoloqların birliklə inkişafına və ümumi sektora son dərəcə müsbət təsir edir. Biz artıq MMF2013, MMF2014 keçirmişik, düşünürəm ki, bu dəfə olacaq MMF2015 daha mükəmməl olacaq. Mən buna inanıram və bloq oxucuları qarşısında söz verirəm ki, bu dəfə MMF xarici analoqlarından (Marketinq One və s.) heç bir şəkildə geriyə qalmayacaq yox, üstün olacaq! Bu sətirləri, sənə güvənərək yazıram, əziz oxucu!

Çoxtandı rəqs etmirdim (oynamırdım). Partidə demək olar ki, hamıdan çox oynayanlardan oldum. Nəyin ki, sözün həqiqi mənasında istirahət etdim, düşünürəm ki, yaxın 2-3 ay üçün enerji bazamı əməlli-başlı çoxaltdım. İstər intelektual suallar, istər viktorinalar, istər saatlarca rəqs… bir sözlə Parti bugünə qədər gördüyüm ən səmimi tədbirlərdən biri oldu. Hiss edirdim, hiss edirdim ki, heç bir burada “özünü” göstərmək üçün gəlməyib. Bu bizim tədbirin pozitiv aurasının göstəricisi edi.

Müşahidələrim hamısı müsbət edimi?! Əlbətə, YOX. Sizdən niyə gizlədim, Partidən çoxlu xoşuma gəlməyən müşahidələrdə oldu. İcazə versəniz onlarıda deyərəm.

  1. Biz hələdə kimdənsə nəsə gözləyirik. Əzizlərim, olmayacaq. Heç kim Sizə söz verəsi deyil, özünüz söz istəyin, heç kim Sizdən – bizə sponsor ol, deyə xahiş etməyəcək, sponsor olmaq istəyirsiniz, özünüz deyin, istəmirsiz, yənədə sağ olun. Heç kim Sizi dəvət edəsi deyil, iştirak etmək istəyirsiniz, buyurun gəlin. Bir sözlə Marketinq Azərbaycan Qrupu, Marketinq AİR və ya Milli Marketinq Forumu biznes proekt deyil ki, biz satış, sponsorluq üçün kimdənsə nesə istəyək. Biz bir ailəyik, lazım olsa, butün tədbirlərimizi tam özümüzdə maliyyələşdirə bilərik. Təki hiss edək ki, bu ölkə marketinqinə faydalıdır!
  2. Sadəlik, sadəlik, bir daha sadəlik. Bugünün gənc marketoloqu, sabah Marketinq Qurusudur. Buügün tələbəsi, sabahın CEO-su, iş adamı və güclü marketoloqudur. Bir sözlə, özünün A-klass hesab edin, adamlarla mənim dostluğum tutmur. Təəsüf ki, hələdə bizim aralarımızda özlərini maddi cəhətdən A-olsalarda, mənəvi cəhətdən C1, C2-də olan adamlar var. Onlardan xahiş edirəm ki, sadə olsunlar. Sadəlik insanın ən gözəl libasıdır. Məncə.
  3. “Mən” yoxdur, “Biz” var. Fərdi düşüncələr, özünü önə çəkmək, kollektiv maraqları fərdi maraqları qurban vermək son dərəcə mənfi haldır. İstəməzdim bizim tədbirlərdə belə şeylər hiss edilsin. Bu ümumi ab-havanı pozur.

Əslində bu yazdıqlarımda bir sadə nəticə gəlir. Bizim tədbirlərdə, tənbəl, yekəxana, ancaq özünü düşünən adamlar gəlməli deyil. Onlar ümumiyyətlə bizim bloquda oxumasın. Bizim ki, Sizinlə tutmaz. Tam ciddi.

Bloq demişkən bir şeyi müşahidə etdim ki, bizim bloqu çoxlu adamlar oxuyur. Bu superdi. Bu o deməkdir ki, sənin bloqun (bilirsiz bu bloq İlkin Manafovdan çox, Sizin bloqdur) hamı tərəfindən bəyinilir. Hamı yox, çoxları tərəfindən. Bu superdi, bu o deməkdir ki, biz düz yoldayaq. Bizim bloqu sevən və bizim bloqa nifrət edən adamlar var. Arzu edək ki, sevənlərin sayı çox olsun!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close