image_pdfimage_print

Filankəs yaman satır… yəqin qiymətləri ucuzdur, bizdə qiyməti endirək. Filankəs biznesi genişləndirir… yəqin ucuz verir, gəlin qiymətləri endirək. Filankəs güclənib… 100% qiyməti aşağadır, bizdə qiyməti endirək… endirək, endirək… əzizlərim ticarətdə, biznesdə çox şeyi bilməsəmdə, başa düşməsəmdə, məncə bir məsələni konkret bilirəm – QİYMƏT RƏQABƏTİNƏ GİRMƏK – ÖZÜNƏ (BİZNESƏ) QƏSD ETMƏKDİR! Bilirsiz niyə?!

Ona görə ki, qiymət ucuz olduğu zaman, Siz biznesdən az pul qazanacaqsınız, biznesdən az qazansanız, biznesə marağınız öləcək… maraqda öldüsə, demək ki, iş öldü (!)

Ona görə ki, qiymətin aşağı enməsi satıcılarınızdə (menecer heyyətinə) təmbəllik yaradacaq. Onlarda çox pis və sağalmaz “endirim” xəstəliyi yaranacaq. Onlar elə biləcək, hamı endirir bir Sizdən başqa…

Ona görə ki, biznesin hədəfi uzunmüddətli dövrdə daha çox mənfəət əldə etməkdir, əgər Siz ucuz satsanız, Sizin pulunuzun bərəkəti olmayacaq. Çünki, pul qazanmaq üçün biz mənfəətli olmalıyıq…

Ona görə ki, biznes dinamikliyi sevir. Dinamiklik üçün investitsiya lazımdır. İnvestitsiya üçün pul, mənfəət, mənfəət üçün qiymətli düzgün qoymaq. Biznesin inkişafı mənfəət olmadan mümkün deyil (!)

Ona görə ki, müştəri bugün hər nə qədərdə qiymətdən danışsada, alış qərarını qeyri-qiymət amillərinə görə edir. Brend, görünən keyfiyyət, xidmət, rahatçılıq kimi amillər bugün hətta uzunmüddətli istehlak mallarında belə həll edici alış kriteriyasıdır.

Ona görə ki, … əzizlərim bu ona görə kiləri sonsuz sayda yaza bilərəm. AMMA yazmıram, ONA GÖRƏ Kİ, Siz iş-güc adamısınız və bizim bloqu çox oxumağa vaxtınız yoxdur. Onsuzda Sizə demək istədiklərimi bildiniz. İcazə verin, Sizə “hansı hallarda qiymətə rəqabətinə girmək olar” suallı barədə düşündüklərimi deyim. Beləliklə – nə zaman qiyməti aşağı qoymaq olar?

  1. Əgər Sizin alış qiymıtiniz, rəqabdən daha azdırsa. Başqa sözlə desək, əgər Siz A məhsulunu 10 manata, rəqib 15 manata alırsa, bu zaman qiyməti aşağı salıb, rəqibi “qiymətlə vurmaq” olar.
  2. Əgər Sizin operativ xərcləriniz, rəqibdən az, alış qiymətiniz eynidirsə. Bu zaman, Siz yenədə qiymət oyununa gedə bilərsiniz. Çünki son nöqtədə Siz daha avantajlı olacaqsız.
  3. Əgər Sizin mükəmməl biznes modeliniz varsa. Siz WallMart, Aldi, MediaMarkt, İKEA kimi bir ucuz sata bilmə mexanizmi qurmusunuzsa, əlbəttə, ucuz satmağa dəyər. Digər hallarda bu sadəcə, ağılsızlıq olar.
  4. Əgər Siz sadəcə biznesi məhv etmək istəyirsinizsə…

Əziz oxucu, qiymət rəqabəti bizə heç vaxt düzgün və sistemli biznes vəd etmir. Əlbəttə, əgər Sizin yuxarıda sadaladığım imkanlarınız və məqsədləriniz yoxdursa.

Qiymət rəqabətindənsə məncə müştəriyə əlavə dəyərlər, xidmət kimi amillər təklif edilməlidir. İlk baxışdan çox banal səslənsədə, qiymət aşağı salmaqla uzunmüddətli biznesdən heç bir zaman söhbət gedə bilməz. Məncə…

P.S. Güclü şirkətlərə fikir verin və görəcəksiniz ki, hamısı yüksək mənfəət norması ilə işləyir. Çünkiləri növbəti bloqumuzda.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close