image_pdfimage_print

Bir nəfər adamla tez-tez söhbət edirəm (xoşbəxtçilikdən bizim bloqu oxumur) və ondan çox maraqlı bir söz öyrənmişəm – Standart adamlar həyatda, biznesdə uğur qazana bilməzlər. Uğurlu olmaq üçün gərək, hamının etdiyini deyil, özünün doğru bildiyini edəsən. Bunun adı, elmi dildə risk etməkdir. Mən bu yazıda Sizə risk etmək barədə söhbət etmək istəyirəm. Maraqlı olsa oxuyarsınız.

Əslində risk etmədən biz heç vaxt nələrəsə nail ola bilmərik. Daha əvvəl ki, bloqların birində yazdığımız “komfort zonasından” kənarlaşmaq belə, risk etmək anlamına gəlir. Etdiyimiz hansısa yenilikdə, özündə risk daşıyır… bəlkədə bizim həyatımızı daha rəngli edəndə risk etməyimizdir?!

Risk nədir?

İlk əvvəl gəlin birlikdə risk məfhumuna açıqlıq gətirək. Risk etmək dedikdə biz nəyi başa düşürük? İstənilən etdiyimiz hərəkəti risk olaraq dəyərləndirmək mümkündürmü?

Biz düşünürük ki, risk hansısa atılan addımın nəticələri haqda tam dolğun məlumatın olmaması ilə atılan addımdır. Başqa sözlə desək, risk etmək gələcək haqqında az məlumatlı olmaqdır. Əgər biz atdığımız addımın necə nəticə verəcəyini daha çox ehtimalla bilə biliriksə, deməli bizim addım riskli deyil və ya tam əksinə, məlumatımız azdırsa, deməli risklidir.

Muasir dövrdə biznes addımlarının demək olar ki, hamısı risklidir. Başqa sözlə desək, uğurlu nəticələr verə biləcək addımlar riskli addımlardır. Çünki, biznesdə uğur qazanmaq üçün atılan addımda yenilik payı çox olmalıdır (buna görədə aşırı planlama faydasızdır). Əgər yenilikdirsə, deməli qeyri-müəyyənlik və təbii olaraq risk çoxdur.

Risk olmadan, yenilik olmaz.

Çox banal görünsədə, bu həqiqətdir. Dünyada olan butün yeniliklər, uğurlu layihələr bir-başa olaraq edilən risklərə borcludurlar. Risk etmək mümkün olmasaydı, bugün bizim həyatda sahib olduğumuz, həyatımızı asanlaşdıran heç bir ixtira, yenilik və ya hansısa bir dəyər olmazdı.

Cavan oğlanla, qızın münasibətində, sevgisində belə böyük risk var. Çünki, onlar etdikləri əməllərə görə gələcəkdə nə baş verəcəyini tam təsvir edə bilməzlər. Burada bir məsələyə diqqət edək.

Nəyəsə inanmaq, nəyinsə 100% uğurlu olacağına etibar etmək heç bir şəkildə risk etməmək deyil. Bizim inamımız, uğurlu olma ehtimalımızı artırsada, riskimizi azaltmır. Başqa sözlə desək, inam bizim riskdən sığortalaya bilməz.

Çox zaman, bloqumuza: “Filan işi (biznesi) görmək istəyirəm… amma bilmirəm doğru olar ya yox?” tərzində suallar gəlir. Əzizlərim… Siz görəcəyiniz işin uğurlu və ya uğursuz olacağını nəyin ki, bilmirsiz, heç bilməlidə deyilsiniz. Əgər Siz atacağınız addımı ətrafdakıların hamısı bəyinirsə, deməli burada nəsə problem var. Deməli Siz, yenilik etmirsiz, çünki yenilik yalnız novatorlar tərəfindən bəyənilə bilər. Nəyinsə uğurlu və uğuruz olacağından əmin olmağın yeganə yolu, görəcəyiniz addıma inanıb, hərəkət etməkdir.

Ən böyük risk nədir?

Təbii ki, hər şeyin olduğu kimi riskində dərəcələri var. Yeni məhsulun bazara çıxarılması prosesini xarakterizə edən çox maraqlı bir matritsiyanı Sizlərin yadına salamq istəyirəm…

  • Yeni bazar, Yeni məhsul – çox riskli, uğursuz olma ehtimalı yükəsk. Təbiidir, çünki eyni vaxtda iki naməlum istiqamətdə hərəkət etmək təhlükəlidir;
  • Yeni bazar, Mövcud məhsul – risklidir, uğursuz olma ehtimalı birinci hala görə eynidir, amma yüksək mənfəət əldə etmə ehtimalı çoxalır;
  • Köhnə bazar, Yeni məhsul – az risklidir, uğursuz olma ehtimalı nisbətən azdır.
  • Köhnə bazar, köhnə məhsul – risk demək olar ki, yoxdur, amma burada böyük mənfəətdə görünmür.

Eyni məsələ, biznesin digər elementlərindədə eynidir. Risklərin dərəcələri var və ən böyük risk, muasir dövrdə risklərdən qorxmaqdır. Böhrandan qorxub nəyisə təxirə salmaq, Vergidən qorxub yeni proyekti saxlamaq və ya kadrlardan qorxub genişlənməmək… bunlarln hər biri əslində nəsə etməklə müqayisədə daha böyük riskdir.

Bəzən sahibkarlarla hansısa yüksək vəzifəyə “çöldən” adam götürməyə risk etmirlər. Onlara elə gəlir ki, “yad” adam onları aldada, uğurlaya bilər. Onlar risk etmirlər. Amma onunla başa düşmürlər ki, daim kiçik sahibkar olaraq qalmaq daha böyük riskdir və s.

Əziz oxucu, dünyada baş verən proseslərin modelləşdirilməsinə, planlamasına və ya proqnoz verməyə xərcləyəcəyinizi vaxtı, daha çox nəyinsə edilməsinə və bu prosesin icra keyfiyyətinə xərcləyin. Əmin olun, daha çox fayda qazanacaqsınız. Risk edin, çünki risk etməmək daha risklidir…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close