image_pdfimage_print

2015-ci ilin ILK bloq postunu, Sizlərə, dəyərli oxucularıma, məhz bu bloqu oxumaq üçün burada olan SƏNƏ çox sağ postu ilə başlayıram. Xahiş edirəm, minnətdarlıqlarımı qəbul et!!!

Mən bugün üç fərqli kəsimə sağ ol demişəm. Bilirsiz kimlərdir?! İlk əvvəl icazə verin, “Sağ ol” sözünün mahiyyətini açıqlayım, sonra deyim, kimlərə, olar?

Yeni ilin, hər birimizə bərəkətli, bol qazanclı, sağlam və sevincli il olmasını dəyərli oxucularımıza arzulamamaq mümkün deyil. Məhz Sizin hesabınıza bizim bloqumuz ana dilimizdə ən aktiv, ən çox oxunan, ən çox məlumat olan və əlbəttə ki, ən çox yenilənən biznes bloq statusuna malikdir. Bu superdi, Sizin mənə yazdıqlarınız, Sizin mənə verdiyiniz motivasiya məni daha çox işləməyə sövq edir. Sizə məlumatları daha keyfiyyətli hazırlamaq, öz biliklərimi dahada artırmaq üçün gecə-gündüz işləyirik. Sağ olun, əzizlərim!

Bu bloq post bizim çox dəyərli oxucularımıza minnətdarlıq, “çox sağ ol” postudur. 2015-ci ilin ilk postunu bizim bloqun “rəhbəri” olan əziz oxucularımıza, yəni Sizə, yənə Sənə həsr edirəm. Sağ ol ki, varsan, sağ ol ki, bizim bloqu belə maraqlı olmasına təkan verirsən. Çox sağ ol!

Əziz oxucu, düşünürəm ki, insan həyatında etməli olduğu ən vacib işlərdən biridə – minnətdarlıq edə bilməkdir. Məhz düzgün və başa düşülən formada edilən səmimi minnətdarlıq bizim həyatımızı, biznesimizi, ailəmizdə olan münasibətləri dahada yaxşı edir, mehribançılıq yaradır.

Yeni ilin, 8 mart bayramının, Novruzun, Ramazanın, Qurban… bizə verdiyi ən dəyərli şeylərdən biridə – minnətdarlıq etmə imkanımızın olmasıdır. Məhz belə günlərdə, biz öz yaxınlarmıza çox sağ ol deyirik. Məhz belə günlərdə biz, bəlkədə adi günlərdə etmədiyimiz şeyləri edirik və buna görə mənəvi cəhətdən “kompleksə” girmirik. Necə ki, indi mən elədə “kompleksə” girmədən, dəyərli dostlarıma, Sizlərə çox sağ ol deyə bilirəm.

Əziz oxucu, “Sağ ol” sözünün həqiqətəndə sehirli təsiri var. Bunu deməklə həm biz qarşımızda olan insana (dəyərə, varlığa) öz minnətdarlıq hisslərimizi aşılamış oluruq, həm biz vicdanımızı “təmizləyirik”, həmdə bir növ “insanlıq” hisslərimizi yada salarıq.

Bugün mən 3 fərqli qrup şəxslərə “Sağ ol” demişəm.

Birincisi mən bugün səhər (yanvar ayının biri) bölgələrdə olan mağazalarımızın işçilərinə çox sağ ol demişəm.  Yeni il tədbiri keçirirdik. Bu tədbir Yevlaxda keçirilirdi (bilirsiz mən Yevlaxlıyam) və burada yalnız Yevlax deyil, digər bölgələrdən (Tərtər, Mingəçevir, Bərdə) olan dostlarımız, əməkdaşlarımız gəlmişdi. Mən əməkdaşlarımıza çox sağ ol dedim ki, mənimlə birlikdə işləyirlər və bizim biznesimiz hər il olduğu kimi bu ildə genişlənir, böyüyür. Burda işçilərimizin əməyi sonsuzdur (!)

İkincisi mən axşam yeməyində, süfrə başında valideynlərimə çox sağ ol demişəm. Allah hər birimizin valideynlərinin canını sağ eləsin, onların sağlığını bizə çox görməsin. Mənim valideynlərim təhsil adamları olsada mənim “alverçi” olmağıma göz yumurlar. Çox sağ olsunlar ki, məni sağlam yetişdirə biliblər. Necə deyərlər, biz valideynlərimizin dəyərini özümüz valideyn olduqdan sonra bilirik. Mənim qızım (5 yaşı var) şahmata gedir və mən başa düşürəm ki, mənim atam məni şahmat üzrə beynalxalq yarışlarda necə çempion edə bilib. Bunun üçün nə qədər əziyyət çəkib. Sağ olsun (!)

Üçünücüsü mən bu bloqu oxuyan dostlarımıza, Sənə, çox sağ ol deyirəm. Sağ ol ki, bu bloqu oxuyursan, sağ ol ki, bloqu oxumaqla mənə əlavə motivasiya verirsən.

Əzizlərim, əminəm ki, hər birimizin həyatında çoooxlu “sağ ol” deyəcəyimiz adamlar var. Mən bu bloqu postu dərc edərik, “sağ ol” deməyə davam edəcəm, bəs sən?! Sən kiməsə sağ ol demisən. Əminəm ki, demisən, AMMA əminəm ki, hələ sağ ol deyəcək adamlar çoxdur. Nə gözləyirsən!?

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. İlkin müəllim, mənsə sizə “sağol”dan başqa bir söz “Çox Sağol” demək istəyirəm. Tam səmimi deyirəm, sizdən eşitdiklərimin,sizdən öyrəndiklərimin yeri tam ayrıdı.) Sizin blog postlar şəxsən mənim üçün ciddi biznes məsləhətləridir. Bunnan sonra da yazılarınızın eyni dəst-xəttdə, maraqlı olacağına əminəm.
    Və keçmiş də olsa sonda sizi Yeni il və Həmrəylik bayramları münasibətilə təbrik edir, işlərinizdə uğurlar arzu edirəm. Sağolun!)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close