image_pdfimage_print

Adətən hər dəfə bloq posta başladığımız zaman, çalışıram ki, birinci abzasda konkret nədən danışacağımız barədə məlumat verim. AMMA və LAKİN bu dəfə belə etməyəcəm, indi mən sadəcə Sizə deyəcəm ki, biz bloq yazımızda xəstəliklərdən, səhiyyəmizdən danışmayacam. Biznesdə məni düşündürən bir mövzu barədə Sizinlə söhbət edəcəm. Başlayaq?!

Dünyada lider olan şirkətlərə baxaq – PG, Unilever, Mars, İKEA, Media-Saturn Gruop, BASF, Daimler, Toyota və s. Bu şirkətlərdə çalışan TOP menecerlərin bioqrafiyasını öyrənin və görəcəksiniz bunların heç biri başqa şirkətdən TOP menecer vəzifəsinə gəlməyib. Şirkət öz rəhbətini sırf, özü yetişdirib. Öz daxilində yaranıb. Biz belə kadrlara yazı çərçivəsində – köhnə qan deyəcəyik.

Daha sonra biz gəlin BRİÇ (Braziliya, Rusiya, Hindistan və Çin) ölkələrdən yaranan bizneslərə baxaq. Azərbaycanıda mən BRİÇ aid etmək istəyirəm, çünki qlobal şirkətlər üçün Azərbaycanda Rusiya bazarının (keçmiş post-sovet ölkəsi olduğu üçün) bir hissəsi hesab edilir. Bu ölkələrdə olan yeni inkişaf etmək istəyən şirkətlərin bir çoxunda TOP menecerlər çöldən alınır. Elə yuxarıda köhnə qanla işləyən şirkətlərdən çıxmış, qovulmuş adamlar bu şirkətlərdə TOP menecer olurlar. Onlara biz təzə qan deyəcəyik. Çünki biznesi hansısa böyük korporasiyada öyrənib və öyrəndikləri yeniliklərə digər şirkətdə tətbig edəcək. Bu arada söhbət açılmışkən deyim, təzə qanlar MBA xəstəsi olurlar!))

İndi gəlin Tezə qanlarla köhnə qanları müqayisə edək. Görək hansı yaxşıdır. Mən fikir söhləməyəcəm, sadəcə Sizin fikirləriniz mənim üçün çox maraqlıdır.

Köhnə qanların üstünlükləri (biznes üçün)

  • Biznesin sıfırdan gözəl bilirlər. Şirkətlə birlikdə böyüdükləri üçün hər bir addımın dəyərini bilirlər. Fundamentləri var.
  • Şirkətə çox sadiq olurlar, şirkətin idealoqiyasını, prinsiplərini gözəl bilirlər. Şirkət sahiblərini tanıyırlar.
  • Sektoru bilirlər, bu özü-özlüyündə eyni şeylərin icra edilməsinə az vaxt sərf edirlər. Sektorda olacaq əsas problemləri, mövsimi amilləri bilirlər.
  • Əmək haqqı gözləntiləri aşağı olur. Çünki şirkət bu kadrları sıfırdan yetişdirir. Bu özlüyündə çox əmək haqqı istəməyin qarşısını alır.
  • Çox zəhmətsevər olurlar – 100%!)

Köhnə qanların mənfi tərəfləri (biznes üçün)

  • Konservativ olurlar. Daim ramkalarla düşünürlər. Çünki görüb-görəcəkləri çox olmayıb. Elə ancaq bir sektor işləmiş və bir tərəfli inkişaf etdikləri üçün digər sektorlarda zəif olurlar.
  • Rəhbərlikdən və işdən çıxmaqdan çox qorxurlar. Onlar özlərini yalnız çalışdıqları şirkətlərdə görürlər və bu köhnə qanlar üçün əlavə problemlər yarada bilir. Bəzən yenilikləri buna görə özlərindən uzaq edirlər, başları tam hər şeydən çıxmır.
  • Oğurluq etməyə meylli ola bilərlər. Çox təəsüf ki, səhv idarəedildikləri halda köhnə qanlar “əyri” hərəkətlər edə bilirlər.

İndi icazə versəniz, yeni qanlar barədə danışaq. Mənim indi vaxtım var deyə “əlim qızışıb” yazıram. Sənin vaxtın yoxdursa, sonra oxuyarsan, yaxşı?!))

Tezə qanların üstün tərəfləri (biznes üçün, yəni özləri üçün yox)

  • Muasir biznes aparma prinsipləri bilirlər. Təzə qanlar daha çox sektor gördükləri üçün rahat bençmarkinq edə bilirlər. Əsasənda FMCG təcrübəsi olanlar, rahatlıqla bir çox sektorda eyni şeyi tətbig edə bilirlər.
  • Xarici dil, ətraf mühit, dünya görüş kimi məsələlərdə hər zaman daha öndə olurlar. Çünki bir çox şirkət (əsasəndə bəynalxalq şirkət) təcrübəsi görüblər.
  • Tezə qanlar şirkət rəhbərlikləri tərəfindən daha professional qəbul edilirlər və bu şirkətdə yenilik etmək üçün kömək edir. Daha tez yenilik olur. Bir növ köhnə qanın dediyi daha “zəif” eşidilirsə, tezə qanın dediyini daha tez icra edilir.

Tezə qanların mənfi cəhətləri

  • Həm baha olular, həmdə sadiq olmurlar. Tezə qan Sizin şirkətə gəldiyi kimi, çox tezliklə Sizin şirkətdən başqa yerə gedə bilər. Gəldiyi zaman mütləq ortalama bazar qiymətlərindən daha çox əmək haqqı tələb edirlər. 
  • Tezə qanlar, ümumi kollektivi demotivasiya edə bilər. Çünki məsələn uzunmüddət bir yerdə çalışan və gözünü bir üst vəzifəyə tikən biri hiss edəndə ki, şirkətə təzə qan olaraq yeni biri gəlir, şirkətdən tam soyuya bilər.
  • Tezə qanların adaptasiya prosesi uzun çəkə bilər və adaptasiya müddətində çoxlu səhvlər edə bilərlər. Bu çox pis nəticələrlə tamamlana bilər. Rəhbərin kollektivdə hörməti aşağı düşər (bir növ gətirdiyin kadrı gördük və s.).
  • Etdikləri yeniliklərdə daha çox show halları ola bilər, onlar axı çalışdıqları şirkəti sırf karyera pilləkəni kimi görə bilərlər.

Əziz oxucu, mən çalışdığım, dost olduğum şirkətlərdə hər iki tip işçilərin verdikləri faydaları və ya ziyanları görmüşəm. Özünüz gərar verin, hansı tip biznes üçün daha yaxşıdır…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close