image_pdfimage_print

Bugün Bakcelldə olan dostlarımız Ulduzum loyallıq proqramının bir yaşı münasibəti ilə keçirilən görüşə dəvət etmişdilər. Sözün açığı, 2-3 gün, əvvəldən görüşə gələcəyimi planlaşdırsamda, havanın yumşaq desək, “Bakı şəraitinə” uyğun olmaması səbəbindən Ad günündə iştirak edə bilmədim. Amma çox istəyirəm ki, bu yazıda Ulduzum brendi haqda düşündüklərimi dilə gəririm, niyədə yox, niyə biz “gözümüz” önündə güclənən brendlərimiz barədə danışmayaq?!

İlk əvvəl qeyd edim ki, tədbirin keçiriləcəyini eşidib, çox təəcübləndim. Heç inanmadım ki, Ulduzum brendinin cəmi 1 yaşı var. Mən elə gəlirdi ki, Ulduzum bazarda ən azı 2-3 ildir ki, fəaliyyət göstərir, çünki mən “loyallıq” sözü eşidəndə ağlıma ilk gələn ad “Ulduzum” olur. Başqa sözlə desək, mənim üçün Ulduzum loyallıq kateqoriyasını Azərbaycanda yaradan bir brend kimi yadda qalıb.

Bloqumuzun oxucuları, həqin ki, xatırlayar… bizim – kateqoriya yaradan brendlər barədə bir yazımız var edi. Bu yazını yazanda çox istərdim ki, yadıma hansısa bir Azərbaycan brendi gəlsin və mən bu brend haqqında keys verim – AMMA yadıma düşmürdü. Bugün mən çox əminliklə deyə bilərəm ki, Ulduzum brendi Azərbaycanda loyallıq kateqariyasını yaradır. Necə ki, Pampers – uşaq bezləri, Scotсh – yapışdırıcı, MilliÖn – ödəmə vasitələri kimi kateqoriyaları formalaşdırıb, Ulduzum Azərbaycanda loyallıq proqramları dedikdə ilk ağla gələndir. Yalnız GSM sektorunda deyil, ümumiyyətlə!

GSM demişkən, eyni şeyi nə Azercell, nədə Nar Mobile edə bilib. Hal-hazırda Azercell bu istiqamətdə aktivliklər göstərsədə, Ulduzumun fonunda bu çox kiçik və hiss edilməz görünür… (bu qətiyyən sözü gedən operatorların zəif olması mənasına gəlmir, sadəcə Bakcell, Ulduzum brendi ilə, loyallıq olaraq daha güclüdür)

Düşünürəm ki, Ulduzum brendinin bir il içərisində qazandığı uğurlarda bir neçə amilin ciddi rolu var. Bunlar hansılardır?

  1. Ulduzum müştərilərinə həqiqi dəyərlər verir. Əslində bu sözdə hamının bildiyi və riayyət edilməsi asand bir şey olduğumu görünsədə, konkret işin icrasında son dərəcə vacib və çətin əldə ediləndir. Oxucularımız bilir, Marketinq – ədalətli olduğu zaman uzunmüddətli effektdən söhbət gedə bilər. Ulduzum çalışdığı partnyorları maksimum “sıxaraq” Bakcell abonentləri üçün həqiqi dəyərlər verən şirkətlərlə əməkdaşlıq edir. Bu loyallıq proqramları üçün çox vacibdir. Müştəri konkret dəyəri hiss etməlidir. 
  2. Ulduzum marketinq kommunikasiyalarından aktiv istifadə edir. Rəqiblərinin son dərəcə zəif olduğu dövrlərdə “klatterin” boşluğundan məharətli istifadə edən brend, bugün istər Top of Mind (ilk ağılda olma), istərsədə spontan tanınmada ən güclü GSM brendlərdən biridir. Bir il ərzində fəaliyyətini tam olaraq “bir nəfəsə” apardığı hiss edilir. Açıq fonda görünür ki, Ulduzum brendi ilə məşğul olan marketinq personalı ciddi işləyib.
  3. Bakcell özü bu dövrlərdə yeniliyə açıqdır. Diqqət edin, bugün bazarda olan mobil operatorlardan yenilik etmə səviyyəsinə görə ən öndə gedəni, sözsüz ki, Bakcelldir. Ola bilər bunun digər səbəbləri var, ola bilər bu həmdə rəqiblərin passivliyindən irəli gəlir… AMMA həqiqət, həqiqət olaraq qalır. Bugün Bakcell brendi aktiv biznes fəaliyyətlə məşğul olur və əminəm ki, bu rəqəmlərdə öz əksini tapır. Digər sözlə desək, Bakcell Ulduzum brendinə əlavə impuls verir.

Dediklərimizlə yanaşı Ulduzum brendinin mənfi tərəfləridə açıq-aydın görünür. İlk olaraq, seçilən partnyorların içərsində kifayət qədər aktiv olmayanları var. Məsələn, orda olan mebelçilərin nə bazarda aktivlik dərəcəsi, nədə ümumi biznes məntiqi bugün Ulduzuma uyğun deyil. Buradan müştəridə istədiyi əlavə dəyəri ala bilməyəcək. Məncə, Ulduzum mütləq “lazımsız” partnyorlardan əl çəkməlidir.

Ulduzum partnyorları arasında demək olar ki, FMCG şirkətləri yoxdur. Hamımız bilirik ki, gündəlik təlabat malları istehlakçılar üçün ən çox maraqlı məhsul qruplarıdır. Düşünürəm, gələcəkdə mütləq qaydada aparıcı pərakəndə şəbəkələr, benzin doldurma stansiyaları və əlbəttə ki, məhsul istehsalçılar ilə partnyorluq proqramları hazırlanmalıdır. Bu brendə əlavə ağırlıq qatacaq və faydalı olmasını təmin edəcək.

Düşünürəm ki, bu il daha maraqlı və faydalı Ulduzum brendi görəcəyik və Ulduzumdan öyrənib digər Azərbaycan brendləridə müştərilərinə olan diqqəti artıracaqlar. Gözləyək!?

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. İlkin müəllim, Ulduzum Loyallıq proqramı təqdirə layiqdir amma kateqoriya yaratdığını düşünmürəm, sadəcə həmin kateqoriyada olan proqramlardan biridir. Çünki, Bank of Baku-nun Kredit müştəriləri üçün "Dostlar klubu" və əmanət müştəriləri üçün "Əmanət klubu" loyallıq layihələri daha öncə yaranıb, üstünlükləri də daha çoxdur və müştəriyönümlü inkişaf etdirilir : )

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close