Monthly Archives Fevral 2015

Çox zaman çalışdığımız və ya dostlarımızın şirkətlərinə yeni işə düzəlmiş gəncləri müşahidə edirəm. Onların bəziləri çox tezliklə şirkətin ayrılmaz parçasına çevrilir…, digərləri isə tam əksinə aylarla adaptasiya oluna bilmirlət. Mən bu yazıda şirkətə yeni gəlmiş işçilər üçün qısa və uğurlu (elə bilirəm uğurlu) olan 3 əsas istiqamət barədə danışmaq istəyirəm. Beləliklə… yeni işə düzəldiyiniz şirkətdə qısa zaman ərzində faydalı işçiyə çevrilmək üçün nə etmək lazımdır?

Dünən ölkə rəhbərliyi özünün “tarixi” Mingəçevir açıqlaması ilə, çoxlarımızın gözlədiyi manatın məzənnəsi suallarına demək olar ki, son qoydu. Hamımıza məlum oldu ki, manatımız bugün olan vəziyyətdə olacaq və ölkə iqtisadiyyatı yeni biznes reallıqlarla barışmalıdır. Biz Yeni iqtisadi vəziyyəti uyğun öz işimizi adaptasiya etməliyik, biz yeni iqtisadiyyatımızı salamlamalıyıq. Yeni iqtisadiyyatı özündə nələri birləşdirəcək?!

Qədim zamanlarda öz hökmranlığını Vergilərdən aldığı pulla saxlayan bir şah varmış. Bu şah hər ay vəzirini çağırıb tacirlərdən, ustalardan və kəndçilərdən yığılacaq verginin miqdarını artırırmış. Hər dəfə vergi artımı zamanı şah bir sual verərmiş:

Bugün təbii olaraq ölkə biznesini düşündürən ən vacib sual manatın devalvasiyası və ya bu devalvasiyanın həcmidir. İstər “panika”, istərsədə “reallığa” gəldikdə həqiqətəndə son günlərdə milli valyutamız “dollara” nisbətən daha “maraqsız” vəziyyətdədir. Çoxları əllərində olan “5-3 manatı” təcili formada dollara çevirmək istəyir. Bəs Sizcə devalvasiya olduğu zaman ölkə iqtisadiyyatını nə gözləyir?! Yazıya keçməzdən əvvəl… istədim bu video baxaq – gülək (!)

Əslində bəlkədə… bizə böhran çox lazımdır… axı iqtisadi böhran olduğu zaman, biznes daha maraqlı, həyacanlı və ən əsası… daha effektiv işləyir. Belə baxanda… işləməyib nə edəcək!?)

Çox maraqlı… maraqlı olduğu qədərdə xoş olmayan bir faktla yazını başlamaq istəyirəm – bugün, Azərbaycanda istənilən biznes görüş, “Salam, necəsiniz? Bizdədə hər şey yaxşıdır… bu böhran haqqında nə deyirsiniz…” sözləri ilə başlayır. Görəsən həqiqətənmi böhran var və ya həqiqətənmi bizi iqtisadi böhran gözləyir?! İstəyirəm Sizinlə bu barədə fikirlərimi bölüşüm… amma xahiş edirəm, öz aramızda qalsın, yaxşı?!)

Rusların dilini çox sevirəm. Bilirsiz niyə!? Çünki bu dili bilməklə dünyada olan bir çox elmlərin açarına yiyələnə bilərsən. Çox təəsüf və ürək ağrısı ilə qəbul etməliyik ki, Azərbaycan dilində “oxumalı”, “baxmalı”, “düşündürməli” məlumatlar yox dərəcəsindədir. Bu yazıda ana dilimizdə az-çox oxumalı biznes məlumatlara emal edən internet satlarının siyahısını vermək istəyirəm. Məhz bu saytların mövcudluğu bugün yeni nəsl Azərbaycan sahibkarlarını formalaşdırır. Bu saytlar hansılardır?

İnsan planetimizdə olan digər canlılardan öz şüürü, düşüncə qabiliyyəti ilə seçilir. Başqa sözlə desək, biz düşünərək öz insanlığımızı “sübüt” etmiş oluruq və müdrik insanlar digərlərindən daha yaxşı (oxu çox) düşündükləri üçün öndə olurlar. Bu bloq postda son günlər məni düşündürən bir neçə “maraqlı” hadisə və faktlar barədə yazacam. Xahiş edirəm, vaxtınız olsa Sizdə düşünün. Yaxşı?!

Təxminən 1 il bundan əvvəl “Ритейл от первого лица” kitabını oxuyurdum – kitab restore mağazalar şəbəkəsinin yaradıcısı, Apple şirkətinin Rusiya üzrə distribyutoru (keçmiş), Евгений Бутман tərəfindən yazılıb. Orda bir fəsil var edi və ətraflı şəkildə Rusiyada olan iqtisadi böhran dövründə olan vəziyyət, atılan addımlar izah edilirdi. O vaxt oxudum və öz-özlüyümdə Rusiyada çalışdığım zaman vəziyyəti xatırladım (2008-2009-cu illər). Düşünürəm ki, bugün ölkəmizdədə böhranın çox xırda əlamətləri hiss edilir. İstəyirəm bu yazıda Sizinlə böhranlı dövrlərdə atılacaq addımlar barədə söhbət edim.

Bugün FB-da dostum və keçmiş AİRçi tələbələrimizdən olan bir xanım mənə video göndərdi və yazdı: “İlkin müəllim bu videoya baxdım və Sizin düşüncələriniz yadıma düşdü”. Məndə təəcübləndim… mən hara, video hara… amma videoya baxıb çox bəyəndim (öyrəndim) və uzağa getmədən videonu Sizədə təqdim edirəm.

Əgər videoya baxdınızsa… icazə verin komment verim. Olar?!)

Muasir dövrdə ən maraqlı və maraqlı olduğu qədər çətin peşə, məşğuliyyət hansıdır deyə düşünsək – heç düşünmədən sahibkarlıq (biznes) deyərəm. İstər görülən işin cəmiyyətə faydası, istər məsuliyyət, istər riskə getmənin vacibli, istərsədə sırf ölkəyə verdiyi faydaya görə sahibkar cəmiyyətin ən faydalı üzvlərindəndir desək heeeç yanılmarıq. Risk demişkən biznes fəaliyyəti özündə çox saylı riskləri birləşdirir və bu risklərin azalması üçün biznesdə mümkün olan və mümkünsüz addımlar mövcuddur. Bu yazıda mən biznes fəaliyyətinin aparılması üçün vacib olan “olarlar” və “olmazlar” barədə danışmaq istəyirəm.

Yox, yooox, əlbəttə biz burda 2015-ci ildə ölkəmizdə olan krizis, böhran nə bilim Avropa oyunları, Rusiyada vəziyyət haqqında deyil, məhz öz əlimizdən gələnlər və ya öz etdiklərimizdən danışmaq istəyirik. Biz Marketinq AİR olaraq 2015-ci ildə hansı addımları atmağı planlayırıq. Maraqlıdırsa, mütləq oxuyun!

Bu günlərdə İctimai Televiziyada olan dostlarımızdan zəng geldi və Bakımızda olan çöl reklamlarına dair fikir bildiməyimi istədilər. Fikir bildirdim, amma istədim bu barədə bloqumuzun daimi oxucuları ilədə söhbət edim. Beləliklə paytaxtımızda çöl reklamlarının vəziyyəti necədir və ya çöl reklamlarının effektivliyinin artırılması üçün nələri etmək lazımdır?

Close