image_pdfimage_print

Rusların dilini çox sevirəm. Bilirsiz niyə!? Çünki bu dili bilməklə dünyada olan bir çox elmlərin açarına yiyələnə bilərsən. Çox təəsüf və ürək ağrısı ilə qəbul etməliyik ki, Azərbaycan dilində “oxumalı”, “baxmalı”, “düşündürməli” məlumatlar yox dərəcəsindədir. Bu yazıda ana dilimizdə az-çox oxumalı biznes məlumatlara emal edən internet satlarının siyahısını vermək istəyirəm. Məhz bu saytların mövcudluğu bugün yeni nəsl Azərbaycan sahibkarlarını formalaşdırır. Bu saytlar hansılardır?

İlk öncə bir məsələni Sizə demək istəyirəm. Şahmatla aktiv məşğul olduğum vaxtlarda bir məsələni eşitmişdim. Əfsanəvi Amerikalı dünya çempionu Robert Fişer orta məktəbdə oxumasada rus dilində mükəmməl danışmağı bacarırmış. Deyilənə görə rus dili Robert Fişirin şahmatdan başqa bildiyi yeganə şey olur və bunun səbəbidə elə şahmat olur. Rus dilində olan şahmat ədəbiyyatı dünyanın başqa heç bir dilində yoxdur. Təsəvvür edirsiniz? Məhz buna görə Robert Fişer rus dilini öyrənmək məcburiyyətində qalmışdır.

Əziz oxucu, əgər biz öz ana dilimizi inkişaf etdirmək istəyiriksə, ilk öncə öz dilimizdə çox saylı məlumatların olmasını təmin etməliyik. Çox zaman düşünürük ki, niyə biz kitabı az oxuyuruq. Bilirsiz… bunun çox sadədə bir səbəbi var – bizim dilimizdə oxunacaq məlumatlar azdır. Xarici dil isə, hamının mənsub olduğu bir “sərvət” deyil. Keçək saytlara. Hansı saytlar ana dilimizdə keyfiyyətli biznes-kontent yaradılmasına xidmət edir?

  1. www.facemark.az .Əlbəttə ilk olaraq özümüzdən başlamalıyıq. Başda Rafiq müəllim olmaqla, Facemark Azərbaycan biznesi üçün etdikləri danılmazdır. Məhz belə saytların hesabına bizlər nəsə oxuyur, məlumatlı oluruq. Facemark istər TV-si, istər saytı ilə Azərbaycan marketinq icmasının ən çox oxuduğu və nüfüz sahibi olan saytdır. Məlumatlar, xəbərlər, məqalələr çox tez-tez yenilənir. Sağ olsunlar, daim aktivdilər. 
  2. www.mak.az .Yadıma gəlir, marketinq haqqında ilk yazım məhz bu saytda olub. Əgər yaddaşım məni aldatmırsa, elə mak.azdada olan ilk yerli yazarın məqaləsi mənim olub. Yəni həm mənim üçün, həmda mak.az üçün ilk olub! Son dərəcə faydalı, ölkə marketinqinə xidmət etmiş saytlardandır. Son 3 ildə aktivlikləri demək olar ki, çox aşağıdır, amma inanıram ki, tezliklə biz əvvəl ki, mak.az görəcəyik. Mənim marketinq biliklərimin olmasında (azdan-çoxdan) mak.az rolu danılmazdır.
  3. www.banko.az . Saytın inkişafı üçün böyük zəhmət sərf edildiyi ilk baxışdanda hiss edilir. İstər məlumatların tez-tez yenilənməsi, istər kontentin keyfiyyətinə görə gözəl hazırlanmış saytdır. Düşünürəm ki, bu saytı mütləq oxumağa dəyər.
  4. www.banker.az . Son dərəcə səliqəli və ana dilimizdə çox tez-tez yenilənən bir saytdır. Oxumağı hər birinizə tövsiyyə edirəm. Sayt ilk baxışdan sırf bank məhsullarına həsr edildiyi hiss edilsədə, qeyri-bankirlər üçündə kifayət qədər faydalı məlumatlara doludur.
  5. www.biznesinfo.az . Bu sayt çoxtan fəaliyyət göstərsədə hal-hazırda proyektin başlandığı vaxtlarda olan effektdə işləmir. Buba baxmayaraq sayt kifayət qədər professional səviyyədə hazırlanmış kontentəntə sahibdir. Oxumağa, diqqət yetirməyə dəyər.

Əziz oxucu, bu sadaladığımız saytlardan başqa ana dilimizdə çox təəsüf ki, daimi və sistemli yazan biznes bloqlarımızda çox azdır. Düşünürəm ki, istənilən yenilik və ya müsbətə doğru dəyişmə məhz, bizim özümüzdən başlamalıdır. Bu baxımdan ana dilimizdə olan istənilən “oxunulasıları” dəstəkləmək, onları edənlərə çox sağ ol deməyə borcluyuq.

Ana dilində kontent dediz, yadıma Milli Marketinq Forumu düşdü. Heyf ki, bu forumun təşkilatçıları daha yaxşı, daha faydalı oslun deyə yorulmadan işlədikləri vaxt, bəzi “ingilisdillilər” forumu tənqid edirdilər. Bilirsiz, artıq biz üçüncü Milli Marketinq Forumuna hazırlaşırıq… amma bu adamlar bir dənədə olsun, ana dilində kontent yaratmadan, yenədə ingiliscə danışırlar!)

P.S. Bu saytda adlarını qeyd etmədiyim, amma buna baxmayaraq məndən inciməyən butün dostlarımıza çox sağ ol deyirəm. Sağ olsunlar!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close