image_pdfimage_print

Yox, yooox, əlbəttə biz burda 2015-ci ildə ölkəmizdə olan krizis, böhran nə bilim Avropa oyunları, Rusiyada vəziyyət haqqında deyil, məhz öz əlimizdən gələnlər və ya öz etdiklərimizdən danışmaq istəyirik. Biz Marketinq AİR olaraq 2015-ci ildə hansı addımları atmağı planlayırıq. Maraqlıdırsa, mütləq oxuyun!

İlk əvvəl qeyd edim ki, Rafiq və Anar müəllimlərlə birlikdə artıq 3 ildir Marketinq AİR və ya Marketinq istiqamətində akivliklər etdiyimizi düşünəndə təəcüb edirəm… düşünürəm ki, vaxt necədə tez gedir. Amma digər tərəfdən rahat oluram. Rahat oluram ki, heç olmasa bu üç ildə düşünməyə, xatırlamağa çox şey var.

Yadıma düşür Marketinq AİR olaraq ilk praktik marketinq təlimlərinə hazırlaşanda çox qorxurduq. Hətta düşünürdük ki, birdən heç kim gəlməsə nə edərik?! Biyabır olmaq istəmirdik və nə gizlədim qohum-əqrəbədən 4 nəfər tapmışdım ki, heç kim gəlməsə onları məcburən gətizdirəcəm təlimə. Rafiq və Anar müəllimdəndə eyni xahişi etmişdim… Qurban olduğumuzu min şükür belə şeyləri nəyin ki, ehtiyyac oldu, hətta biz məcburən ən azı 10 nəfərə “YOX yerimiz yoxdur, bağışlayın…” dedik.

Yadıma düşür, Facemark.Tv – onlayn marketinq televiziyasını ilk çəkiliş olan gün çox həyacanlı edim… ağzım-söz tutmurdu. Amma digər verilişlərdən hər şey dəyişdi. Daha rahat oldu. Həyacanda öldü. Hətta elə bir vaxt gəldi ki, verilişdə nə danışacağımızı elə veriliş zamanı təyin edirdik və s. Hər şey səmimi və düzgün olanda daha yaxşı olur. Bu bloq belə çox saylı səhvlərlə yazılsada, sırf səmimi və doğru yazılara görə oxunaqlıdır. Biz bunu 100% bilirik. Həmdə bilirik ki, Siz məni hərf səhvlərinə görə bağışlayırsınız.

Xatırlanacaq məsələlər çoxdur. Amma biz Sizinlə gələcəkdən danışaq. Olar?

Birincisi mart ayında biz 6-cı dəfə tamamiylə yenilənmiş formada Marketinq AİR təlimləri edəcəyik. Hər şey bu dəfə çox fərqli və yeni olacaq. Mütləq iştirak edin, qazancınız çox böyük olacaq. Bu haqda keçən dəfə yazmışdım. Qeydiyyata burada keçə bilərsiniz. Tələsin, yerlərimiz məhduddur yox, yerlərimiz “poçti” yoxdur!)

İkincisi hamıya söz verdiyimiz kimi, Onlayn Marketinq televiziyası bu dəfə keyfiyyətli və yeni formatla qarşınıza çıxacaq. Düşünürəm ki, ana dilimizdə kontent nə qədər çox olsa, ölkəmizdə intelektual biznes elita bir o qədər tez meydana gələ bilər.

Üçüncüsü Milli Marketinq Forumu hər il olduğu kimi bu ildə keçiriləcək. Amma bu il artıq biz daha təcrübəliyik. İşlərimizi daha düzgün formada edəcəyik. istər texniki həyyət, istər məkan, istər spikerlər daha güclü olması üçün əlimizdən gələni edirik. Dostlar bilir ki, belə tədbirlər etmək nə qədər çətindir.

Əzizlərim birdə bu il Sizlərə çoooxtan söz verdiyim kitabımız çıxacaq. İnanıram çox maraqlı və oxunaqlı olacaq Sizin üçün.

Gözləyək!? Yooox gözləməyək, hərəkət edək ki, düşündüklərimizi reallaşdıra bilək.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close