image_pdfimage_print

Muasir dövrdə ən maraqlı və maraqlı olduğu qədər çətin peşə, məşğuliyyət hansıdır deyə düşünsək – heç düşünmədən sahibkarlıq (biznes) deyərəm. İstər görülən işin cəmiyyətə faydası, istər məsuliyyət, istər riskə getmənin vacibli, istərsədə sırf ölkəyə verdiyi faydaya görə sahibkar cəmiyyətin ən faydalı üzvlərindəndir desək heeeç yanılmarıq. Risk demişkən biznes fəaliyyəti özündə çox saylı riskləri birləşdirir və bu risklərin azalması üçün biznesdə mümkün olan və mümkünsüz addımlar mövcuddur. Bu yazıda mən biznes fəaliyyətinin aparılması üçün vacib olan “olarlar” və “olmazlar” barədə danışmaq istəyirəm.

Yazıya başlamamışdan əvvəl deməyə borc bilirəm ki, mənim dediklərim heç bir şəkildə “konstitutsiya”, “100% nesə” kimi deyil, sadəcə 10 illik biznes təcrübəsi olan birinin müşahidələri kimi qəbul edin. Başqa sözlə desək, biz heç bir şəkildə biznesdə AS-ıq deyə bir iddiyamız yoxdur. Sadəcə, öyrəndiklərim və etdiklərimizə əsasən nələrisə yazırıq. Sizdə istəsəniz oxuya birərsiniz.

İcazə versəniz, birinci yeni biznes başlanılan zaman  “olar”lardan başlayaq. Yəni bu addımlar yeni biznes açılan zaman faydalı olur. Olanlar aşağıdakılardır:

  • Özünüzü müştəri qismində görmək. Çox vacibdir ki, yeni açılan biznesdə özümüzü sırf müştərinin yerinə qoyaq. Biznesdə daha çox sahibkar kimi deyil, qurduğumuz biznesin məhsulundan (xidmətin) istifadə edən kimidə düşünə bilək. Yalnız belə olduğu zaman biz bazara müştəri yönümlü nesə təklif edə bilərik.
  • Qurduğumuz biznesdə fərd olaraq müqayisəli rəqabət üstünlüyümüzü tapmaq. Biz mütləq: “niyə məhz MƏN?” suallının cavabını tapmalıyıq. Məsələn, German Studio şirkətinin açılması zamanı mən çox asanlıqla bu sualla cavab verə bilirdim – “Çünki mən Almaniyanı yaxşı tanıyıram, çünki mən mebelə bilirəm, çünki çox az adam həm Almaniya, həmdə mebeli bir arada bilir”. Reqionlarda olan mebel və məişət texnikası mağazalarındada “niyə mən” suallının cavabı var. Bu məsələyə çox diqqət etmək vacibdir.
  • Açağınız sahədə hal-hazırda çalışan adamlarla məsləhət almaq. Çox zaman yeni biznes qurmaq istəyən adamlar “rəqəbət” sözündən çox qorxurlar. Onlara elə gəlir ki, yeni biznes qurmaq istədikləri sahədən kiminləsə söhbət etsələr onlar “ideyanı” oğrayacaq. Amma əslində ciddi iş adamlarının hər biri düzgün mövzu və vaxt təyin edildiyi zaman sektor haqqında bildiklərini rahatlıqla paylaşırlar. Bu yeni biznes açdığımız zaman çox vacibdir. Öyrənmək hər mərhələdə vacib olsada, yeni biznes qurulan zaman daha “qiymətli” olur.
  • Xırdadan başlamaq. Çox vacibdir ki, açılan biznes uğursuzluqla nəticələnsə, Siz böyük itkiyə düşməyəsiniz. Bu baxımdan yeni açılan biznesdə maksimum az investitsiya və maksimum rahat pulunuzu geriyə alma prinsipindən istifadə etmək lazımdır. Kimsə deyirsə ki, “ay risk etmək, ay nə bilim nə…” – İNANMAYIN. Risk gözəldir, amma idarəedildiyi zaman. Heç vaxt ilk biznesdə böyük layihədən başlamaq olmaz. Siz sadəcə buna hazır deyilsiz. Yalnız maddi baxımdan deyil. Sizin düşüncəniz belə hələ, iri biznesə yaramaz.

İndi keçək “olmaz”lara. Yeni biznes açıldığı zaman nələri etmək OLMAZ?

  • Yalnız qazancı düşünüb biznes açmayın. Daha əvvəldə bu haqda bloq-postumzu var edi. Yeni açılan biznesdə pul qazancından çox sevdiyin işi görmək, nəticə kimi yalnız pul qazancını fikirləşmək doğru deyil. Biznes həyacan vermirsə, ordan pul qazanmaq çox çətin olur.
  • Çox “ağıllı” düşünməyin. Əgər açacağınız biznesin ideyası dostlarınız tərəfindən gec başa düşülürsə, Sizə məsləhətim yeni bir şey düşünün. Biznes mütləq sadə və hamı tərəfindən başa düşülən olmalıdır. SAP, Microsoft, Apple və ya Google kim ilk baxışdan gəliz görünən bizneslər belə, bir vaxtlar çox sadə məntiqin üzərində qurulub. Rəhmətlik Drukerin sözü yadıma düşdü: “Sizin biznesiniz sadə adamlar tərəfindən qəbul edilməlidir, əgər Siz çox pul qazanmaq istəyirsinizsə, deməli biznesiniz ağılsızlar tərəfindəndə başa düşülməlidir. Çünki bazarda az ağıllı kütlə, çox ağıllılardan hər zaman çox olub, çoxdur və çox olacaq!”. Rəhmətliyin sözüdür… vallah mənlik deyil!))
  • EdəCƏM, düşünəCƏM, baxaCAM… gələcək zamanda danışmayın. Çox zaman yeni biznes proekt üzərində düşünən adamlarla söhbət edəndə məni bir şey çox məyus edir. Pis oluram. Bu adamlara elə gəlir ki, guya bunlar indi hələ biznesə hazır deyil və ən dəhşətlisi onlar başa düşmür ki, biznesə tam hazır heç vaxt olmaq olmur. Biznesə başlamaq istəyirsinizsə, bugün başlayın. Nə gözləyirsiz?! Hətta adamlar tanıyıram… hansısa biznes qurmaq üçün, ayda 3-4 kitab oxuyur. Məntiq çox sadədir: “Guya bunlar kitab oxuyacaq, öyrəcək, sonra biznes quracaq”… MÜMKÜN deyil, ALINMAZ!!! Biznesə öyrənməyin yolu, etməkdir, sonrada yoldan öyrənmək. Karvan yalnız Yolda düzəlir, Yevlaxlırarın sözü olmasın. (Bilirsizdə məndə Yevlaxdanam, elə-belə dedim…)
  • Şaxələnməyə getməyin. Yeni açdığınız biznesdə çalışın bir məhsul (xidmət) təklif edəsiniz. Hamı üçün açılan bizneslər, tezliklə məhv olur. Dar ixtisaslaşma yeni açılan bizneslərdə həyatı əhəmiyyətlidir.

Əziz oxucu, bloq postu oxuduğunuz üçün çox sağ olun. Əgər xoşunuza gəlsə, tezliklə Marketinqdə, Brendinqdə, Reklamda “OLMAZ”lar və “OLAN”lardan danışacam.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. […] əvvəl Sizə əminliklə deyə bilərəm ki, mən ilk biznesimi açdığım zaman, cəmi-cümlətini 500 dollarım olub. Daha doğrusu valideynlərimdən 500 dollar […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close