image_pdfimage_print

Qədim zamanlarda öz hökmranlığını Vergilərdən aldığı pulla saxlayan bir şah varmış. Bu şah hər ay vəzirini çağırıb tacirlərdən, ustalardan və kəndçilərdən yığılacaq verginin miqdarını artırırmış. Hər dəfə vergi artımı zamanı şah bir sual verərmiş:

“Vəzir xalq vergi yığanda nə deyir?” Vəzirdə cavab verərmiş: “Şah sağ olsun, camaatın vəziyyəti yaman çətindir. Hamı ağlayır, vergini borcla verirlər”. Şahda öz “prinsiplərinə” uyğun olaraq hər ay vergini artırarmış.

Günlərin bir günü vəzir sevinə-sevinə şahın qəbuluna gəlir və deyir: “Şah sağ olsun, artıq vergilərin əsl artırmaq vaxtıdır…”, Şah təəcüblə sual verir: “Vəzir nə olub ki?!”, vəzir deyir “Şah sağ olsun, bu dəfə vergi yığanda hamı mənə baxıb gülürdü, xalqın güzəranı yaman yaxşılaşıb deyəsən”… şah cavab verir: “Həəə, əgər camaat gülərsə deməli, artıq vergiləri aşağı salmağın vaxtıdır. Pulu olan adam heç vaxt pulu alındıqda gülməz. Bu adamların artıq pulu taaam bitib. Tam bitib ki, bunlar gülə-gülə vergi ödəyir.”

Bunu niyə danışdım?! Heç birlmirəm, amma bir şeyi dəqiq bilirəm ki, bugün ölkə biznes elitasının böyük əksəriyyəti bir ağızdan “Ağlayır”, gülən heeeç yoxdur!)

Bugün Bakımızın biznes portreti barədə Sizə danışmaq istəyirəm. Bəlkə maraqlı olar, hə?!

Məişət texnikası. Bazar demək olar ki, “şok”dadır. MG daha əvvəl 250-270 manata təklif etdiyi LG-in sadə 32 dyumluq (81 ekran) TV-si, bugün 370 manat qoyub (!). Baku Electronic (Samsung) sağ olsun, çox dərinə getməyib sadəcə pərakəndə qiymətlərinin üstünə təxminən 25% gəlib… yəni məsələn daha əvvəl 680-690 manata təklif etdiyi 6 kq EcoBubble paltaryutanı bu dəfə üstünə “poçti” 25% gəlib. İrşad, Arçelik və Solitonda eyni prinsiplərdi…

Mebel. Mebel dedikdə ilk ağla gələn Embawood və Madeyra pərakəndə qiymətləri təxminən 20% qaldırıb, amma buna baxmayaraq “manatla” 18 aylıq faizsiz kredit kampaniyası davaç edir. Türk mebel satanlar (Erriad, Laşın Universam, Babək və s.) hələ reaksiya verə bilməsədə, tam şokdadılar. Əslində bazar elə yanvar-fevralda keçən ilə görə 15-20% geridə edi, bu yeniliklər, havanı taaam korladı (!)

Ərzaq (FMCG). Bugünün nə Azersun, nə Veysəloğlu nədə Avrora demək olar ki, məhsul təklif etməyib. Vəziyyəti buraxıb pərakəndəçilərin öhdəliyinə… onlarda məcburən işləyirlər, başqa nə etsinlər?! Qiymət artımı, sırf Avropa ərzaqlarında və spirtli məhsullarda hiss edilir. İri şəbəkələrdə hələ qiymət artımı yoxdur, amma hamı startdadır!) Xırdaların işi Qurban olduğumuza qalıb. Bu arada vəziyyət belə olsa təxminən 20-25% artım qaçılmaz görünür. MƏNCƏ!

Tikinti sektoru. Gilan satışı saxlayıb vəziyyəti gözləyir, digər istehsalçılar Gilanı!) Satıcılar demək olar ki, qiymətləri hardasa 30% qaldırıb. Bu sektor ümumi olaraq gözləyir, hər halda məsələlərə daha pozitiv baxır?!)

Restoranlar. Burada vəziyyət çox stabildir. Əslində restoran, bahalı əyləncə sektoru yanvar-fevralda çox əziyyət çəkib, ümudini marta bağlamışdı… buda belə oldu. Gözləyək. Təbii ki, burada heç bir qiymət artımından söhbət belə gedə bilməz. Hələlik ən azı…

Geyim və gözəllik sektoru. Burada vəziyyət hələlik stabil olsada çox tezliklə qiymətlərdə artım olacağı 100% əminəm. Sadəcə bu sektorlar yüksək rentabelliklə işləyəyirlər və belə günlərdə qiyməti saxlayıb, ticarət etməyə gücləri çatır. İstər Zara, istər Mango, istərsədə İdeal bugün hələlik gözləyir… amma çox səbrli olacaqlarına inanmıram.

Sədərək & Binə. Vəziyyət açınacaqlıdır. Todançılar demək olar ki, satış etmir, xırda topdançılar isə “candərdi” ordadılar. Hamı gözləyir, hamı nəsə istəyir. Əslində məzənnənin oynamasından ən çox zərər çəkənlər “topdançılardır”, çünki malı dollarla alıb, manatla təklif edirlər. Bir sözlə burda “batmaq” çox asanddır.

Banklar, Tibb sektoru vallah bilmirəm!)

Vergilər. Bu struktur məncə böhrana ən hazırlıq strukturdu. “Halal olsun”!). Daim biznesin yanındadır. O qədər yanındadır ki, bəzən az qalır, elə özü işləsin. Zərəridə onun olsun, 5-3 manatıda!)

Ümumi biznes klimat. Son dərəcə neqativ və gələcək yönümlü planlarda “xət” çəkməyə yönəli. Burada böyük problemin bizim istər iqtisadçı, istər marketoloq, istər sahibkar olaraq böhranlı idarəetmədən sadəcə nəzəri biliklərimizin olmasındadır. Başqa sözlə desək, Azərbaycanda böhran demək olar ki, olmayıb və bu vəziyyətdə biznesmen və ya menecer nəyi, necə edəcəyini yalnız “kitabdan” oxuyub.

Burda bir məsələni deyim və altından xətt çəkim. Mən qətiyyən qiymət artımına qədən biznesləri qınamıram. Bu son dərəcə doğru və sadə başa düşülən bir addımdır. Maya dəyəri qalxdıqda, satış dəyəridə qalxmalıdır. Təbiidir.

Əziz oxucu, vəziyyəti qətiyən neqativ formada təsəvvür etmək istəmirəm, sadəcə rəssamın işi gördüklərini düzgün kopyalamaqdır. Məndə bu yazıda gördüklərimdən yazdım… növbəti yazılarda “böhranlı” vəziyyətdə Milli Bankın etdikləri barədə olacaq. Amma hələlik deyim ki, iqtisadi rəhbərliyin etdikləri son dərəcə qeyri-ciddi və spekulativ xarakterli görünür. Hiss edilir ki, kimsə-kiminləsə şahmat oynayır və biz nəyin ki izləyiciyik… hətta…

Nəticə çıxara bilmirəm, çünki sadəcə bilmirəm!)) Mən bu yazıda sadəcə gördüklərimi Sizinlə paylaşdım…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close