image_pdfimage_print

Bu günlərdə İctimai Televiziyada olan dostlarımızdan zəng geldi və Bakımızda olan çöl reklamlarına dair fikir bildiməyimi istədilər. Fikir bildirdim, amma istədim bu barədə bloqumuzun daimi oxucuları ilədə söhbət edim. Beləliklə paytaxtımızda çöl reklamlarının vəziyyəti necədir və ya çöl reklamlarının effektivliyinin artırılması üçün nələri etmək lazımdır?

Yazının daha sadə olması və fikrimi Sizə düzgün çatdırmaq üçün, icazə versəniz ümumi dediklərimi bir neçə kiçik başlıq altından cəmləyərdim. Belə olduqda bir-birimizi daha tez başa düşə bilərik.

Çöl reklamları nədir?

Çöl reklamları haqqında fikir bildirməzdən əvvəl, bu anlayışa tərif vermək istəyirəm. Çöl reklamları dedikdə biz müştərilər tərəfindən çöldə (outdoor) hərəkət edildiyi zaman gördükləri (bəzən eşitdikləri) informasiyaların cəmini başa düşürük. Başqa sözlə desək, çöl reklamları Billbord, Transparantlar, Nəqliyyat vasitələrində reklam və s. kimi vasitələrin cəmidir. Bu reklamların vurulması bir-başa şəhər rəhbərlik orqanları tərəfindən təsdiq edilmiş yerlərdə və formada icra edilə bilər.

Butün dünyada çöl reklamlarının qiyməti bir-başa olaraq şəhər idarəedilməsi tərəfindən təyin edilir. Məsələn, MDB ölkələrindən Kazaxstanda çöl reklamları yalnız bir şirkət tərəfindən həyata keçirilə bilər. Bu şirkət Almata meriyasından lisenziya almışdır və küçə reklamları yalnız onun təyin etdiyi qiymət və ödəniş şərtləri ilə aparıla bilər.

Kievdə vəziyyət daha fərqlidir. Ümumiyyətlə adam başına düşən çöl reklamlarına görə Kiev MDB ölkələri arasında birinci yerdədir. Bu şəhərdə reklam klatteri, yəni şəhərin reklamla yüklənmə dərəcəsi çox yüksəkdir.

Rusiyada bazar daha çox reklamçının əlində cəmləşsədə, qiymətlə çox bahalı və reklamın keyfiyyəti daha yüksəkdir.

Avropa ölkələrində çöl reklamlarına yanaşma tamamiylə fərqlidir. Reklam yalnız, xüsusi icazə verilmiş yerlərdə ola bilər. Şəhərdə demək olar ki, reklam plakatları yox səviyyəsindədir. Qiymətləri çox bahadır. Reklam az olduğu üçün təbii ki, bir reklamın təsirlik dərəcəsi hada çoxdur. Müştəri gözü yorulmur.

Çöl reklamları nə vaxt effektiv olur?

Çöl reklamları əsas funksiyası – xatırlatmaqdır. Başqa sözlə desək çöl (küçə) reklamları yalnız digər reklam vasitələri ilə birlikdə istifadə edildiyi zaman effekt verə bilər. Ümumi düşünsək küçə reklamları əsasən 2 ana kommunikasiya funksiyasını daşıya bilir:

  1. Xatırlatma. Hansısa brend TV, İnternetdə və s reklam məcralarında aktiv kampaniya başlayır və bu zaman eyni kampaniya küçə reklamları ilə dəstəklənirsə kampaniya çox effektiv olur. 
  2. Yönləndirmə. Hansısa satış nöqtəsi və ya brendin təklif edildiyi bir məkanın yanında küçə reklamları çox effektiv ola bilir. Ətrafda yaşana adamlar, orda keçənlər bilir ki, çox yaxından hansısa brendi və kateqoriyanı təklif edən nəsə var.

Yalnız çöl reklamları üzərində qurulmuş kampaniyalar böyük ehtimalla uğursuzluğa duçar olur. Çöl reklamları brendi yaddaşlarda saxlamır, küçə reklamları yalnız tanınmış brendi yada sala (xatırlada) bilir. Bu baxımdan eyni büdcə bir tanınmış və birdə az tanınmış brend küçə reklamlarına investitsiya qoyduğu zaman tanınmış brend daha çox fayda qazana bilir.

Eyni zamanda küçə reklamlarının effektivliyinə təsir edən əsas faktorlardan biri onların miqdarıdır. Əgər Bakıda biz cəmi 3 Billbord qoysaq, bunun effektiv olmaz, 5 qoysaq az effektli olar, amma əgər eyni vaxtda 10 Billbord qoysaq bu güclü sinerji effekti verə bilər (bu rəqəmlər tam şərtidir və konkret hədəf kütlə, məhsul kateqoriyasına görə dəyişə bilər). Digər sözlə desək, küçə reklamı az olamaqdansa heç olmasa daha yaxşı olar.

Həmçinin unutmaq olmaz çöl reklamlarında verilən mesajın qısalığı və sadəliyi effektivliyə böyük təsir edir. Küçə reklamlarında informasiya maksimum lakonik və bir-başa formada verilməlidir. Reklam edilən brendin loqosu mütləq görülməlidir. Əlbəttə, bu brendin həyat tsıklına görədə dəyişə bilər, amma dediklərimi ümumi xarakterdə daha çox keçərlidir.

Bu haqda biz Marketinq AİR təlimlərində çoxlu danışırıq, hətta hər təlimdə bir dərs tamamilikdə brend kommunikasıyalar həsr edilir və burada Azərbaycan şəraitində reklam məcralarının təsirlil dərəcələrindən söhbət açılır. Hər birinizi mütləq qaydada Marketinq AİR təlimlərində iştirak etməyə dəvət edirəm. Bu arada artıq qeydiyyat tam gücü ilə başlayıb və yerlər demək olar ki, dolmaq üzrədir.

Bakımızda çöl reklamlarının vəziyyəti necədir?

İlk əvvəl demək lazımdır ki, Bakıda çöl reklamlarının miqdarı çox, qiyməti azdır. Düşünürəm ki, ilk əvvəl reklamarın miqdarı azaltmaq lazımdır. İlk baxışdan bu reklam verənlər üçün mənfi təsir etsədə uzunmüddətli perspektivdə xeyrdir. Billbord, trasnparant sayının çox olması müştərilər tərəfindən onlara olan diqqəti azaldır. Bu baxımdan 200 yerinə 100 amma görünən və səliqəli etmək daha yaxşı olar.

İkinci addım kimi, küçə reklamlarının uzağa yox, elə qonşu Gürcustanla eyniləşdirmək lazımdır. Tbilisidə 3×6 küçə reklam şitinin qiyməti Bakımızdan 50% daha bahadır. Nəzər alsaq ki, bizim şəhərin əhalisi Tbilisidən daha çoxdur, bizdə evlər daha bahadır və s. əminliklə demək olar ki, Bakıda reklam yerlərinin qiyməti qalxmalıdır.

Belə olduqda artıq reklamın keyfiyyətinə, kreativliyinə olan baxışlar fərqli olacaq. Sifarişçilər daha düzgün və təsirli reklamlar tələb edəcək, buna görə daha çox pul verəcək və dolayı yolla ümumi sektorun vəziyyəti yaxşılaşacaq.

Düşürəm ki, Olimpiyada ərəfəsində bu məsələyə diqqət dahada artacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Close