image_pdfimage_print

Bugün təbii olaraq ölkə biznesini düşündürən ən vacib sual manatın devalvasiyası və ya bu devalvasiyanın həcmidir. İstər “panika”, istərsədə “reallığa” gəldikdə həqiqətəndə son günlərdə milli valyutamız “dollara” nisbətən daha “maraqsız” vəziyyətdədir. Çoxları əllərində olan “5-3 manatı” təcili formada dollara çevirmək istəyir. Bəs Sizcə devalvasiya olduğu zaman ölkə iqtisadiyyatını nə gözləyir?! Yazıya keçməzdən əvvəl… istədim bu video baxaq – gülək (!)

Əslində bəlkədə… bizə böhran çox lazımdır… axı iqtisadi böhran olduğu zaman, biznes daha maraqlı, həyacanlı və ən əsası… daha effektiv işləyir. Belə baxanda… işləməyib nə edəcək!?)

İlk əvvəl Sizlərə deməliyəm ki, bugün bazarda “manatın” aşağı salınması üçün ölkə rəhbərliyi tərəfindən başlanılan “kampaniya” öz təsirini göstərir. Manatın dollardan aşağı olması üçün atılan “sistemli, kampaniya” xarakterli tədbirlər tam sürətlə hərəkət edir. Belə ki, hamı mütəşəkkil qaydada dollar alır (!) Bu prosesə şahmatçılar “qurban” vermə deyirlər. Bir növ bugün niyəsə görə “manat” qurban verilir. Səbəbini bilmirəm, inanırıq ki, “qurban” verənlər bilir. Yazımızın mövzusuda bu deyil… biz sadəcə “manat” qurban verildiyi zaman nələrin baş verəcəyi barədə fikirlərimizi bölüşürük.

“Manatın” devalvasiyaya uğrayacağı təqdirdə baş verəcək müsbət hadisələr…

  • Ölkədə daxili istehsal üçün mükəmməl imkanlar yaranacaq. Məsələn, əgər əvvəllər kənd təsərrüfatı mallarını xaricdən gətirib satmaq daha sərfəli edisə, manatın xarici valyutalara görə devalvasiyası nəticəsində müstəqil olduğumuz zamanlardan belə heç cürə inkişaf etməyən kənd təsərrüfatımız inkişaf edə bilər;
  • Xarici malların analoqları, əsasəndə istehsalçılar dahada güclənəcək. Qonşu Rusiyada olan ən güclü şirkətlər məhz 1998-ci ildə olan devalvasiya nəticəsində gücləndi. O vaxtlar Wimm-Bill-Dann, Unimilk kimi rus şirkətləri liderliyi ələ aldı;
  • Ölkədən eksport daha qazanclı olur. Başqa sözlə desək, xaricilər üçün Azərbaycandan nələrinsə alınması daha ucuz başa gəlir. Necə ki, eyni vəziyyət hal-hazırda Evro zona ölkələri üçün keçərlidir. Evro ilə nəsə almaq daha faydalıdır və s.;
  • Devalvasiya həmçinin ölkənin makro-iqtisadi göstəricilərinədə müsbət təsir edə bilər. Məsələn, ölkənin qızıl entiyyatı artır və s.

Bəs mənfi cəhətləri nədir?! Hə… burda “Kərəmi ağlamaq tutur…”.

  • Birincisi… və ən dəhşətlisi, devalvasiya əhalidə ödəniş qabiliyyətini aşağı salır. Əslində sırf məsələyə makro-iqtisadi cəhətdən yanaşsaq devalvasiya əhalinin ödənişi qabiliyyətinə təsir etməli deyil… AMMA nəzərə alsaq ki, söhbət insandan gedir, məsələ dəyişir. Xaricdən gələn malların qiyməti qalxır, insanların aldıqları məvaciblər statik qalır və nəticədə eyni pula daha az fayda əldə etmək olur;
  • İkincisi banklarda milli valyuta hesablarından panikalaşdırılmış formada pulların çəkilməsi başlayır… bu əslində milli valyutanın dəyərini dahada azaldır və devalvasiya dahada dərinləşir;
  • Devalvasiya yerli məhsullardada qiymətlərin qalxmasına stimul yaradır. Nəticədə ölkədə inflayasiya faizi daha yuxarı qalxır. Gündən-günə pul “ölür”. İnsanlar, müştəri qismində xaotik hərəkətlər edirlər;
  • Kiçik və orta biznesin çətinləşməsi. Əhalidə olan ödəniş problemləri bazarın daralmasına və nəticədə daha az məhsul istehlakını gətirib çıxarır. Xırda və orta biznes bu xərclərə dözə bilmir;
  • Xarici valyuta ilə olan kreditlərin problemli vəziyyətə düşməsi. Təbii ki, alınan kreiditlər xarici valyuta ilə olduğundan ödəyicilər üçün vəziyyət heçdə xoşa gələn olmur.

Əziz oxucu, bu yazını sadəcə məlumatlandırıcı bir “yaddaş” kitabçası kimi görün. Sizə səmimi deyirəm, mən ölkəmizdə qətiyyən hansısa problemli iqtisadi məsələlərin olmasına inanmıram. Həmçinin bir marketoloq-şaxmatist kimi Sizə söz verirəm ki, biz son bir ayda dollar satışın stimullaşdırılması və ya milli valyutanın məzənnəsinin aşağı düşməsi üçün kampaniyada iştirak edirik.

Düşünürəm ki, Azərbaycan həm daxili kapital, həmdə bu kapitalın idarəedilməsi nöqtəyi nəzərdən MDB ölkəri içərisində ən güclüsüdür və bizim iqtisadiyyat mükəmməl formada idarəedilir. Bizi çox maraqlı və həyacanlı 2015 gözləyir… bu superdi!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. "Düşünürəm ki, Azərbaycan həm daxili kapital, həmdə bu kapitalın idarəedilməsi nöqtəyi nəzərdən MDB ölkəri içərisində ən güclüsüdür və bizim iqtisadiyyat mükəmməl formada idarəedilir. Bizi çox maraqlı və həyacanlı 2015 gözləyir… bu superdi!)"

    İndi bu cümləni necə başa düşək? Əlindəkilərin alınmasından qorxan bir adamın qorxudan kiməsə xoş gəlmək üçün dediyi sözlər kimi mi, yoxsa, adını marketoloq qoyub, makroiqtisadi siyasətdəki ən adi yarıtmazlıqları görməyən birinin dediyi sözlər kimi mi?

  2. Bu məqalə qeyri-professional yazılıb və orta məktəb tələbəsi səviyyəsindədir. Necə yani makro-iqtisadi göstəricilərə müsbət təsir edəcək. Əgər bu gün makro-iqtisadi göstəricilərin başında ÜDM gəlirsə belə bir vəziyyət dünya göstəricilərində Azərbaycanın ÜDM-nin, həmçinin adambaşına ÜDM-nin və orta aylıq əmək haqqı səviyyələrinin azalmasına gətirib çıxaracaq. Belə ki, əgər ilin əvvəlində orta aylıq əmək haqqı səviyyəsi ölkə üzrə 560 dollar idisə hal-hazırda bu 440 dollar səviyyəsinə enib.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close