Marqlı video... "ingilisdillilər"

Bugün FB-da dostum və keçmiş AİRçi tələbələrimizdən olan bir xanım mənə video göndərdi və yazdı: “İlkin müəllim bu videoya baxdım və Sizin düşüncələriniz yadıma düşdü”. Məndə təəcübləndim… mən hara, video hara… amma videoya baxıb çox bəyəndim (öyrəndim) və uzağa getmədən videonu Sizədə təqdim edirəm.

Əgər videoya baxdınızsa… icazə verin komment verim. Olar?!)Bu arada AİRçi məzunlarımızın aktiliyi və dünya (biznes) görüşü məni çox sevindirir. Marketinq AİR necə gözəl bir fürsət və imkan olduğuna sevinirəm. Tələbəmizə bir daha çox sağ ol deyirəm.

Siz inanırsız belə tipli adamlar Bakımızdada var. Bunlar elə bilir ki, güya qəliz danışanda ağıllı olurlar. Belə adamlarla “mübarizə” etməyin yolunu deyirəm, düşünüklərimi…

  1. Biznesi dərindən bilməyən adamları menecer qoymayın. Menecer yalnız altdan yetişdiyi zaman səmərəli işləyir.
  2. Çetin danışmaq – savadsızlığın birinci göstəricisidir. Hiss etdiyiniz kimsə gəliz danışır… ayaqlarınıza güc verin.
  3. Biznesə xarici dil bilikləri deyil, zəhmətsevərlik, enerji və müştəri kimi düşünmək lazımdır.
  4. Alver sözündən qorxan adamdan qaçın. Ağ köhnək geyinənlər heç vaxt qara adamları idarə edə bilməz. Satışı bilməyəndn marketoloq olmaz.
  5. Sadəlik sərvətir. Qlamurlar, özlərindən razılar heç vaxt biznesdə uğurlu olmur, olada bilməz.

Əziz oxucu, inanıram dediklərimi video ilə daha çox ifadə edə bildim. Xarici dil bilmək gözəldir, amma öz dilini unutmaq üçün vasitə deyil. Ana dilimizə hörmət, bizim birinci borclarımızdandır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: