image_pdfimage_print

İnsan planetimizdə olan digər canlılardan öz şüürü, düşüncə qabiliyyəti ilə seçilir. Başqa sözlə desək, biz düşünərək öz insanlığımızı “sübüt” etmiş oluruq və müdrik insanlar digərlərindən daha yaxşı (oxu çox) düşündükləri üçün öndə olurlar. Bu bloq postda son günlər məni düşündürən bir neçə “maraqlı” hadisə və faktlar barədə yazacam. Xahiş edirəm, vaxtınız olsa Sizdə düşünün. Yaxşı?!

Deməli mən yazını bir neçə hadisəni Sizə çatdırmaqla başa vuracam. Sizin düşüncələriniz mənim üçün çox vacibdir. Xahiş edirəm imkanınız olsa düşündüklərinizi mənə yazarsınız.

Birinci hadisə. Təxminən 10 gün bundan əvvəl Rusiyanın ən böyük pərakəndə şəbəkəsi olan Maqnitdə son dərəcə xoşagəlməz bir hadisə baş verir. Mağazada çalışan satıcılar hiss edirlər ki, müştərilərdən biri satışda olan yağı oğurlamaq istəyir. Onlar öz şübhələrini dəqiqləşdirmək üçün polisə (milisə) xəbər verirlər. Bunu görən “oğru” müştəri, götürdüyü malın pulunu ödəmək istədiyini deyir. Satıcılar, mağaza admistrasiyası isə, sırf qanunla hərəkət edərək polisi dəvət edirlər. Müştəri-oğru “xanımın” 82 yaşı olur və bu xanım ikinci dünya müharibəsində iştirak etmişdir… Polis gəlir… və müştərinin elə mağazadaca ürəyi dayanır…

Düşünmək üçün mövzu: Sizcə bu vəziyyətdə mağaza əməkdaşları nə etməli edilər? Bir tərəfdən oğurluq etmək olmaz, digər tərəfdən bir kərə yağına görə ürəyi partlayan yaşlı qadın… Nə etmək lazım edi?!

İkinci hadisə. Bu yaxınlarda, Parisdə sərgi salonundan çıxıb qalacağımız Hotelə getmək üçün bir taksiya yaxınlaşdım. İki nəfər edək: mən və dostum (azərbaycanlı). Taksidən ingiliscə Hotelin ünvanına neçəyə aparacağımızı soruşdum və taksist naviqatorda eşilənməyə başladı. Dostum dedi ki: “deyəsən bu şəhəri tanımır”, taksi şoferidə bizi eşidib “Məndə Azəriyəm, həmşerilərimdən pul qazanmayacam ki…” dedi və biz taksiyə oturduq. Eyni məsəfəni sabah gəldimiz zaman hiss etdik ki, “həmşərimiz” …Parisi bizə gəzdirib və bizdən daha çox pul alıb (!). Bir sözlə bizi aldadıb.

Elə hemin vaxtlarda Kölndə qaldığım bir Hoteldən mebel mağazasına tərəf gedəsi oldum. Hotelə taksi çağırdım və gədəcəyim yeri qətiyyən tanımırdım. Alman taksi Hoteldən meni götürüb gedəcəyimiz yerə tərəf sürdü və məndə təbii olaraq başladım şofer dostumuzdan “dünya haqqından” danışmağa. Uzun-sözün qısası alman şofer yolda səhv elədi və mən bu səhvi heç hiss etmədim… AMMA həmin anda o məndən üzr istədi və “pulyazan” aparatı saxlayıb dedi ki, mən Sizdən cəmi 50 Evro alacam. Yol çox uzun edi və düüüz 85 Evro yazdı… AMMA taski şoferi 5 dəfə üzr istəyib məndən 50 Evro aldı.

Düşünmək üçün mövzu: Görəsən mənim yerlim olan taksi şöferi məni aldadanda düşünmürdü ki, yalançılıq pis şeydi? Əks sual, görəsən alman şofer bilmirdi ki, o mənə deməsəydi ki, səhv gəlib mən bilməyəcəkdim və o məndən rahatlıqla 85 Evro ala bilərdi?!

Bilirsiz, həyatımız, ətrafımız qəribə hadisələrlə doludur. Əminəm ki, Sizində bildiyiniz, düşündüyünüz çox saylı suallar var. Sadəcə bir şeydən əminəm, həyatda uğur qazanmaq, istədiklərinə nail olmaq üçün mütləq və mütləq yaxşılıq etmək, yaxşı olmaq lazımdır. Yaxşılıq etməyən insan heç vaxt xoşbəxt ola bilməz, amma hər yaxşılıq edəndə 100% xoşbəxt olmayacaq. Məncə…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. salam Ilkin MUELLIM SIZIN POSTLARINIZ MEQALELERINIZI HERGUN HERZMAN OXUYURAM COK SAGOLUN,HEQIETN MEN FEXR EDIREM SIZIN KIMI INSANLAR VAR BIZIM BU DOVLETDE HERKES HERE OZ BILDIYINI GORDUYUNU OZ YANINDAKINA OYRETSE HERKES BILE YAXSI OLA SEHVLERIMIZI DESEK HECVAXT O SEHVI TEKRARLAARIQ.BU YAZINZA MEN AMIN DEYREM ELBETDE BU BELADIR ,.BILIRSIZ ESAS OXUMAQ ALI TEHSILLI OLMAQ ALIM OLMAQ DEYIL/.O BEYNIN ICINDE QELBINDE GOZEL EXLAQLI TEMIZ QELBI OLMAQDIR (ATALARIMZ DEMISKEN NE TOKERSEN ASINA O DA CIXAR QASIGINA)INSAN NE ETSE PIS YAXUD YAXSILIQ ODA HERMZAN ONUNLADIR/.PISLIK ELINDE MESEL TUTMUS KORA BENZER OZU DUZ YOLU GOSTERSEDE HECVAXT O YOLU GORMEZ,..’HEMDE BIZIM HEMYERLIMZLERDE HELE GOZUTOXLUQ YOXDUR YANI NE QEDER OLSA YENE ISTEYCEYIK HERBIR SAHEDE,..HERSEYE QANE OLUB SUKUR EDENLER COK AZDIR./..BILMIREM SEHV DE EDE BILEREM AMA GORDUYUMDE MENI YANITMIR/…BILIRIZ BIZ HECVAXT YENILIK AXTAMIRIQ ANCAQ YUKSEK MAAS YUKSEK VEZIFE COKLU GELIR MEN FILAN SEY EDECM MEN FILAN MASINI ALACAM ,..///BIZIM DUSUNCELERIMZ BUNUNLA DOLUDUR ONA GOREDE YENILIK AXTARA BILMIRIK,..ANCAQ BUNLAR MUMKUNDUR COK ASANDIR SADECE BUNLARI ETMEK UCUN EVVELCE MEN NE ETMELIYEM DEMELISEN O ZAMAN MEQSED QOYUB QARSINA CATARSAN….COK SAGOLUN MUELLIM HEYATDA EN BOYUK ARZUM BIZNESMEN OLMAQDIR ADI BIR BIZNEMSEN DEYIL FERQLI BIR SEYLE FERQLI USLUBLA DUNYA YA TANICADACQ QEDER INSALLAH CATACAM MEQSEDIME OZUME COK INAIRAMM…SIZINLE COK ISTEYREM
    GORUSMEKK FIKIRLERIMI BOLUSMEKK..

  2. Birinci hadise. Saticilar magazanin rehber ishcisine bu hadise barede mutleq melumat vermeli idiler , veriblerde. Amma rehber ishci menim dushuncemde bu meseleni polissiz hell etmeli idi. Duzdur ogurluq yaxshi emel deyil , tebii ki. Amma burda sebebler var. 1 ci si qadin 82 yashli qocadir. Tebii ki , onun xarici gorunushu xususi hazirliq gormush ogru fikrini yarada bilmezdi. Boyuk ehtimal ehtiyacdan edib. Lap tutaq ki cavanliqda ogru olub , “eli oyreshib” . Yene de bu meselede rehber ishci guzeshte getmeli idi. Cunki cox yashli qadindir. 2 ci ise bu xoshagelmez hadisenin bu shekilde boyumesi markaya ziyandir. Menfi fikir yaradir. Qanuna uygun hereket etselerde , insanlar bu hadiseni bashqa cur yaddashda saxlaya bilerler. O ki qaldi ikinci hadise ve ya hadiselere , bu da ogurluqdur. Bele sheyler cox olur ve elbetdeki , yalnish yoldadir. 5 manat ( sherti olaraq) atmaqla qabaga getmek dushuncesine malik varliqdir . O adam hec vaxt deyishmeyecek. Alman surucuye ise qalan 35 avro halal idi:))

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close