image_pdfimage_print

Çox zaman çalışdığımız və ya dostlarımızın şirkətlərinə yeni işə düzəlmiş gəncləri müşahidə edirəm. Onların bəziləri çox tezliklə şirkətin ayrılmaz parçasına çevrilir…, digərləri isə tam əksinə aylarla adaptasiya oluna bilmirlət. Mən bu yazıda şirkətə yeni gəlmiş işçilər üçün qısa və uğurlu (elə bilirəm uğurlu) olan 3 əsas istiqamət barədə danışmaq istəyirəm. Beləliklə… yeni işə düzəldiyiniz şirkətdə qısa zaman ərzində faydalı işçiyə çevrilmək üçün nə etmək lazımdır?

Yazıya başlamamışdan əvvəl bir daha xatırladım ki, xaricdə təhsil, MBA… nə bilim PhD əslində boş şeydir. Biznes sektorunda uğurlu işçi, menecer olmaq üçün sadəcə düzgün düşünmı bacarığı, əzmkarlıq və zəhmetsevərlik olmalıdır. Bunlar olduqdan sonra digər şeylər özü düzələcək.

Bebəliklə hansı addımlar yeni işçi üçün mütləqdir?

Birinci addım – Şirkətinizin necə pul qazandığını başa düşün. Çox zaman illərlə işləyən işçilər belə əslində çox sadə görünən bu suallın cavabını bilmirlər. Onlar başa düşmür ki, çalışdıqları şirkətdə müştəri dəyər zənciri necə formalaşıb, nələr edilib ki, biznes pul qazana bilir. Çox vacibdir ki, Siz, yeni gələn işçi olaraq xammalın alınması prosesindən məhsulun müştərinin “əlindən” istehlak edilməsinə qədər olan prosesi tam başa düşəsiniz və dəqiq şəkildə pulu necə qazandığınızı qavrayasınız.

İkinci addım – Şirkətinizin daim SWOT təhlilini edin. Bu prosesə işə gələn gündən başlayıb və daim təkmilləşdirməyə çalışın. Vacib deyil, bunu rəhbərlik Sizdən istəyir və ya istəmir. Siz mütləq güclü və zəif tərəflərinizi, şirkətinizi gözləyən imkanklar və ya təhlükələri bilməlisiniz. Bu vacibdir. Belə olduğu zaman Siz şirkətlə, rəhbərliklə bir dalğada olacaqsınız. Xeyrli əməkdaşlıq üçün bu şərtdir.

Üçüncü addım – Çalışdığınız şirkətin müştərisi olun (imkan daxilində). Çox  zaman eşidəndə ki, əməkdaşlarım bizim məhsuldan istifadə etməyib (etmir) bu mənə pis təsir edir. Belə halların olması o deməkdir ki, işçi Sizinlə bir dalğada deyil. Məsələn, mənim evimdə olan mebellərin hamısı Embawood-an, mətbəx mebeli German Studio-an, texnika isə Teka (Avropa istehsallı) və Arcelikdir. Eyni cürə digər sahələrdə… bu belə olmalıdır və mən eyni şeyi əməkdaşlarımdan tələb edirəm. Əgər Siz Coca-Colada işləyirsinizsə, Siz mütləq Kola içməlisiniz və s. Belə olduğu zaman Siz şirkətinizin müştəriləri daha düzgün başa düşəcəksiniz… + Siz düzgün qiymətləndirə biləcəksiniz.

Bu addımları etməklə Siz digər əməkdaşlarınızla müqayisədə biznesi daha tez və düzgün başa düşəcəksiniz. Bununla yuxarıda sadaladığımız 3 amilin istənilən birində təklif verəcəyiniz “yaxşılaşdırma” Sizin istər şirkətdə nüfüzünüzü, istərsədə əmək haqqınızı qaldıracaq. Qaldırmasa… Siz bunu başa düşən sahibkarı rahat tapacaqsınız.

Yadıma düşmüşkən deyim… əgər ofisdə işiniz yoxdursa, FB-ə gəzməkdənsə, danışdıqlarımız məsələlərə diqqət edin. Faydası 100% olacaq!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close