image_pdfimage_print

Dünən ölkə rəhbərliyi özünün “tarixi” Mingəçevir açıqlaması ilə, çoxlarımızın gözlədiyi manatın məzənnəsi suallarına demək olar ki, son qoydu. Hamımıza məlum oldu ki, manatımız bugün olan vəziyyətdə olacaq və ölkə iqtisadiyyatı yeni biznes reallıqlarla barışmalıdır. Biz Yeni iqtisadi vəziyyəti uyğun öz işimizi adaptasiya etməliyik, biz yeni iqtisadiyyatımızı salamlamalıyıq. Yeni iqtisadiyyatı özündə nələri birləşdirəcək?!

İlk əvvəl yazıya keçməzdən əvvəl istər sosial şəbəkələrdə, istər öz beyinlərin, istərsədə ürəklərində… “Hamı batacaq…”, “Belə getməz…”, “Alınmaz…” kimi sözlər deyən dostlarımızdan bir xahişim var – “Əzizlərim, həyatda hər şey olur, inanın mənə iqtisadi böhranlar çox adi və hər zaman baş verən məsələlərdir. Əgər Siz gələcəyinizi daha güclü və böhranı daha tez keçməyi düşünürsünüzsə (istəyirsinizsə) yeni biznes reallıqları adaptasiya olunub, arxaya deyil, irəliyə baxın. Söz verirəm, bu Sizə daha çox şans gətirəcək.” Xahişimi qəbul etdiyiniz üçün çox sağ olun, qəbul etməsəniz… əzizlərim yenə sağ olun. Mən 100dollar deyiləm ki, hamınızın məndən xoşu gəlsin, mənim dediklərimi qəbul etsin, düzdür?!)

Neysə. İcazə versəniz keçərik yeni iqtisadi sistem barədə danışıqlara. Mən istəyirəm sadəcə düşündüklərimi ard-arda Sizə deyim.

  • Bank sektoru. Əgər əvvəllər ölkə biznesi hər addımında banklarla birlikdə hərəkət edirdisə, bugün artıq banklarda ciddi problemlər başlayacaq. İlk əvvəl problem maddiyatda – dollarla olan kreditlərin qaytarılma prosesinin çətinliyində, daha sonra isə mənəvi formada olacaq. İnsanlar banklara inanmayacaq. Necə ki, 1998-2005-ci illərdə “bank” sözü az-qala məhkəmə, müflisləşmə demək edi, bugündə eyni assosasiyalar yarana bilər. Bu zamanda müştəri xidmətləri və düzgün strateqiya quran banklar tezliklə bazar lideri olacaq. Amma ümumiləkdə bank xidmətləri bazarı ən azı 50% daralacaq ki, buda bir-çox bankları müflis edəcək. Məncə.
  • İnsanlar tezliklə alış-verişə geri dönəcək. Həyat davam edir, lakin artıq hər şey daha rasional və ya daha hesablı olacaq. Bu zamanda daha çox rasional dəyərlərin üzərində qurulan şirkətlər lider mövqeyə çıxa biləcək. “Hava” satmaq biznesi, “məhsul” satmaq biznesinə doğru hərəkət edəcək. Bunu tez başa düşənlər bazarda qalaraq bazar payını artıracaq.
  • Bazar daralacaq. Lüks və entry seqmentlərdə qurulan bizneslər bazar tutumu daha az, digər bizneslərdə çox səviyyədə azalacaq. Ümumiyyətlə natural ifadələrlə bazar 2012-2014 səviyyəsindən sektorlara görə 15-25% qədər aşağı olacaq deyə düşünürəm. Buna baxmayaraq nominal ifadələrdə bazar tutumu eyni qala bilər bəzi sektorlarda. Düşünürəm ki, bugün bazarda olans susqunluq “buzları” tezliklə əriyəcək. Bu çox yaxşıdır. Mart ayında satışların artacağına inanıram – butün sektorlarda mart ayı, fevral və yanvardan daha yaxşı olacaq.
  • Məhsul, məhsul bir daha məhsul. Düşünürəm ki, güclü məhsul portfeli olan bizneslər bu dövrdə digərlərində daha güclü olacaq. Çox vacibdir ki, məhsul portfeli əhalinin bugün ki, ehtiyyaclarına uyğun balanslaşdırılsın. Yadıma gəlir 2009-cü ildə Embawood bazardan xarici rəqiblərini çıxarmağın ən birinci səbəbi düzgün qurulmuş məhsul strateqiyası edi. Məhsulla + reklam birləşdiyi zaman effekt çox güclü və təsirli olur.
  • Yerli istehsal üçün mükəmməl vaxtdır. Bugün istər qiymət, istərsədə keyfiyyət baxımından güclü olan şirkətlər üçün mükəmməl imkanlar yaranıb. İstənilən sektoru təhlil edin, yerli istehsalçıların necə avantajlı olduğunu görəcəksiniz. Xahiş edirəm…, xahiş edirəm mənə deməyin, yerli istehsalın 90% xammalı xaricdən gəlir… gəlsin (!). Əvəzində Siz bilirsiniz xaricdən gələn xammal maya dəyərində payı maksimum 25-40% ola bilər. Onların xarici analoqlarında isə fərq 100% olacaq. Deməli böyük imkanlar var. Sadəcə məhsul + reklam düzgün qurmaq lazımdır.
  • Pərakəndəçilər ərazilərdən daha səmərəli istifadə etməlidir. Əslində son dərəcə aktual olan məsələdir. Bugün böhran bir kvadrat metrə düşən satışların lazımı səviyyə qaldırmaq labüd edir. Ölkəmizdə istər uzunmüddətli istehlak, istərsədə gündəlik təlabat mallarında kvadrat metrə düşən dövriyyə Avropa və ya Rusiya ilə müqayisədə xeyli geri qalır. Burda düzgün merçaydayzində və məhsul portfelinin şaxələndirilməsi ciddi təlabat var.

Reklam bazarı haqqında ayrıca bloq post yazacam deyə, istəmirəm bu yazıda reklamlardan danışım. Amma bir məsələyə inanıram ki, reklam bazarı ümumən xeyli azalsada, hansısa qolları digərlərinə nisbətən xeyli irəli gedəcək. Heç bir şəkildə dolların kursunun qalxması ilə, Facebook və Google reklamlarının azalmasına inanmıram… nəysə bu haqda növbəti postlarda.

Məncə hamımız yeni reallıqlara tez bir şəkildə adaptasiya olunmalıyıq. Bu bizim üçün son dərəcə vacibdir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close