image_pdfimage_print

Bugün dünyanın ən gözəl, ən dəyərli və əlbəttə ki, ən saf varlıqları olan xanımların Bayramıdır. Əlbəttə, 8 mart günündə qadınlara tərif yağdırmaq doğru deyil, çünki xanımlar ilin 365 günü əslində tərifə layiqdir. Mən başda öz ailəmdə və ətrafımda olan xanımlar olmaqla, butün bloq oxucularımız olan xanımların 8 mart beynalxaq qadınlar gününü təbrik edirəm! Düşünürəm ki, xanımlar nəyin ki, bizim dünyaya gözəllik, mehribançılıq, xoş hisslər, həmçinin müdriklik və ağıllı düşüncə bəxş edir. Əziz bloqumuzun oğlan oxucuları… düşünrəm ki, Siz ətrafımızda olan xanımların verdikləri dəyəri düzgün başa düşürsünüz…

Bügün hər bir Azərbaycan xanımı, tam olaraq dərk edir ki, onların üzərinə necə böyük məsuliyyət düşür. Bəli, bəli. Bugün sözün həqiqi mənasında xanım olmaq çətindir. Çünki, istər cəmiyyətimizdə, istər ətrafımızda olan hadisələr insani dəyərləri qorumağın necə çətin olmasını sübüt edir. “Xanım” sözünün etimaloqiyası haqqında çox maraqlı bir əfsanə yadıma düşdü. İstəyirəm bu əfsanəni danışmaqla Azərbaycan xanımlarının necə dəyərli olduqlarını bir daha ifadə edim. Deməli…

… keçmiş zamanlarda son dərəcə müdrik və xalq tərəfindən sevilən bir xan var emiş. Onun verdiyi qərarlar, atdığı addımlar insanların rifahını, xalqın güzəranı yaxşılaşdırarmış. Hər dəfə əhali, saray əhli xanı gördükdə “Bizim xanımız, xanım” deyə xana tərif yağdırarmış.

Bu xanın bir arvadı var emiş və xan butün dövlət qərarlarında onunla məsləhətləşib hərəkət edərmiş. Xanın ömür-gün yoldaşı olan bu qadının dedikləri o qədər doğru, o qədər müdrik olurmuş ki, xan ona deməmiş heç bir dövlət işi görməzmiş. Saray əhli, əhali xana sitayiş edəndə, qadını dahada sevinərmiş.

Günlərin bir günü xan yənə öz ömür-gün yoldaşı ilə xalqı ziyarət etməyə gedir. Hər dəfə olduğu kimi, hamı xana “Xanım, xanımız” deyə sitahiş edir. Bu zaman xan deyir: “Eh xalqım… Siz məni verdiyim qərarlara görə sevirsiniz və mən bugün Sizə bir sirr açmaq istəyirəm. Siz mənə “xanım” deyə müraciyyət edirsiniz, amma bilin ki, mənim verdiyim bütün gərarların arxasında bax bu qadın, mənim ömür-gün yoldaşım durur. Sizin xanınız mən olsamda, mənim xanım bu qadındır. Bugündən etibarən bu qadına – xanım, deyin!”.

Əziz oxucu, bu hadisədən sonra butün əhali xanın qadınına “xanım” deyə müraciyyət edir və o gün-bugün zərif cinsin nümayəndələrini “xanım” deyə müraciyyət etmək “moda”minir. Amma burda son dərəcə incə və vacib məsələ var. Ən müdrik qadını belə – xanım edən onun xanı və ya kişisi olur, olmalıdır.

Düşünürəm ki, gördüyü işdən, etdiyi əməllərdən asılı olmayaraq istənilən qadının ən böyük adı və titulu – xanımdır, məhz xanın, öz xanının xanımı!

Bir daha 8 mart qadınlar günü münasibəti ilə zərif cinsin nümayəndələrini ürəkdən təbrik edirəm!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close