image_pdfimage_print

Daha əvvəldə qeyd etdiyim kimi, istənilən iqtisadi dəyişikliyi bir fürsət, bir şans kimi görmək son dərəcə çətin, amma çətin olduğu qədərdə faydalı bir məsələdir. Biznes mütləq şəkildə xarici mühit amillərindən asılıdır və əgər tarixə nəzər yetirsək aydın şəkildə görərik ki, uğurlu və güclü şirkətlər məhz qeyri-müəyyən xarici mühit olduğu zaman yaranmış və inkişaf etmişlər. Bugün ölkə iqtisadiyyatındə olan dəyişikliklər tezliklə sektorlarda yeni liderlərin meydana gəlməsinə gətirib çıxaracaq və mən əminəm internetdə ticarət etməyən əsl vaxtıdır. Bilirsiz niyə?!

Bugün Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən biznes klub çərçivəsində gənclərlə görüşümüz baş tutdu. 2 saat ərzində biz Marketinq karyerası və şəxsi biznes istiqamətində olan biliklərimizi gənclərlə bölüşdük. Hər dəfə gənclərlə görüşlərdən sonra mən, özüm üçün son dərəcə maraqlı və gələcəkdə faydalı ola biləcək nəticələr əldə edirəm. Gənclər məni daha yaxşı düşünməyə vadar edir. Həmçinin hesab edirəm ki, gənclərlə, tələbələrlə görüşmək bizim hər birimizin borcudur. Bugün görüşdə olan gənclərin içərisində mən çoxlu sayda potensial sahibkarlar gördüm. Bu dostlarımız heç düşünmədən internet ticarətə atılmalıdırlar.

Qayıdaq yazımıza. Mən daha əvvəl bloq postlarımda internetdə biznes qurulmasının faydasız və səhv olduğu barədə yazmışdım. Amma unutmaq olmaz ki, düzgün biznes strateqiya özündə xarici mühit amillərinin təsirlərini üstünlüyə, fürsətə çevirməyə qadir olmalıdır. Beləliklə – biz niyə düşünürük ki, bugün intetnetdə ticarət etməyin əsl vaxtıdır?!

  1. Ölkədə iqtisadi böhran var. İqtisadi böhran rasional biznes modellər üçün mükəmməl şansdır. Başqa sözlə desək, əgər əvvəllər kimlərsə “kartofu supermarketdən alırdısa… bugün o adamlar artıq kartofu yarmarkadan” alacaq. Səbəb yarmarkada daha ucuz olmasıdır. Eləcədə bugün LG32-lik Televiziyanı hansısa şəhər mağazasından 410 manata almaqdansa, internetdən 370 manat almaq daha sərfəlidir. Deməli internetdə düzgün biznes model olsa, biz internetdə “google” edib, almağı daha üstün tutacağıq. 
  2. Offlayn ticarətin xərcləri artıb. İstər Vergilər, istər icarə haqları, istərsədə personal cəhətdən bugün offlayn ticarət Bakımızda kifayət qədər bahalıdır. Həmçinin müştəri daha çox mal və səliqəli ticarət istəyir. Sədərək bugün səliqə anlayışında ciddi geriyə qalır, şəhər mağazaları isə çox bahadır. Deməli düzgün qurulmuş internet mağaza bazarda pay qazana bilər.
  3. İnternet daha çox yayılıb. İstər sürət, istər yayılma, istərsə qiymət cəhətdən bugün internet demək olar ki, butün evlərdə var. Bu bir daha internet ticarətin qarşısında imkanlar və faydalar yaradır.

Deyə bilərsiniz ki, hansı sahədə açmaq daha doğrudur?! Məndə deyirəm… butün sahələrdə. Tam əminliklə deyirəm. Bugün Azərbaycanda istənilən sahədə internet ticarətlə məşğul olmaq olar. Sadəcə biznes model düzgün olsun. Uğurlu olma şansınız ən azı, offlaynda biznes qurduğunuz qədərdir. Hətta bəlkədə daha çoxdur, çünki “külək” Sizin tərəfə əsir.

Mən düşünürəm ki, bugün Azərbaycanda olan internet saytların (onlayn ticarət) bir çoxunda satışların zəif getməsinin səbəbləri aşağıdakılardır:

  1. İkinci dərəcəli iş kimi baxmaq. Çox təəsüf ki, bugün internet ticarətlə məşğul olan saytların sahibləri bu işə “ikinci” dərəcəli bir fəaliyyət kimi baxır. Onların hardansa (çoxlarının) gəlir yerləri var və interneti “gələcəkdə yaxşı olar” məntiqi ilə baxırlar. Əslində isə, gələcək özü gəlmir, onu gətirmək lazımrır!)
  2. Zəif marketinq. Hər nə qədərdə bəsit və banal səslənsədə bugün onlayn ticarətlə məşğul olan saytlarımızın bir çoxuna elementar marketinq təlimləri lazımdır. İstər saytda olan kontent, istər reklam, istərsədə məhsul qamması düzgün idarəedilmir.
  3. Qeyri-biznes düşüncəsi. Sahibkarlar… sayt sahibləri biznes düşüncəsi son dərəcə zəifdir. Çox zaman onlara elə gəlir ki, satacaqları məhsul onlayn mağazada olanlar deyil, saytın özüdür. Unutmaq olmaz ki, biznesi “satmaq” məntiqi ilə qurursunuzsa, heç vaxt uğurlu olmayacaq. Sahibkarlar özlərini, saytlarını (satmaq üçün) aktiv reklam etməkdənsə, məncə bizneslərini reklam etməlidirlər. Hərdən mənə elə gəlir ki, onlar pul qazanmaq üçün işləmirlər!))

Düşünürəm ki, internet biznes mütləq qaydada offlaynla “ortaq” formada olmalıdırlar. Əlbəttə, tək internet saytla irəli getmək çətindir və mütləq məhsulların qəbulu və ya şouroom məntiqi ilə nələrsə olmalıdır. Bu haqda ətraflı söhbət etmişdik.

Çox tezliklə güclü və sistemli internet ticarət görmək ümidiylə…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. […] böhranın hələ ilk günləri başlayanda yazmışdıq ki, internet biznes qurmaq üçün əsl vaxtıdır. Bunun bir neçə səbəbləri var edi… daha konkret desək internet […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close