image_pdfimage_print

Çoxtandı bu haqda düşünürdüm, bugün (daha doğrusu dünən axşam) baş verən bir hadisə məni yazımızı başlamağa vadar etdi. Yerli sahibkarlarımızın məhz özlərini xas olan formada biznesi idarəetmələri barədə Sizinlə söhbət etmək istəyirəm. Bu yazıda necə deyərlər, azərbaycansayağı sahibkarlar barədə danışmaq istəyirəm.

Videoda göründüyü kimi, bugün yerli sahibkarların çoxu hələdə “qalın” nisyə dəftərləri ilə işləyirlər, qeyri-dəqiq, intelektualdan biznesdən kənar şəkildə işləyirlər. Bu çox qoruxuludur!)

İlk əvvəl bloq yazılarımıza sırf texniki problemlərə görə ara verdiyimə görə Sizlərdən üzr istəyirəm. Bilirəm… bilirəm ki, bizim bloqu daim izləyirsiniz və bizim yazıları “aradabir” olsada oxuyursunuz. Əzizlərim (!), Siz mənim yazılarımı oxumaqdan yorulsanız belə, mən Sizə yazmaqdan yorulmayacam – söz verirəm!)

Keçək əsas məsələyə – “azərbaycansayağı idarəetmə” necə olur – məsələsinəə. Əlbəttə, qeyd etmək lazımdır ki, bugün Azərbaycansanımızda çoxlu sayda biznesi, muasir idarəetməni başa düşən adamlarımız var. Amma həmçinin özlərində aşağıda göstərəcəyim xüsusiyyətləri birləşdirənlərdə az deyil. Hətta daha çoxdur. Məsələn, “azərbaycansayağı idarəetmə” işləyən sahibkar:

  • Heç bir şəkildə heç kimə inanmır. Bu adamlar elə hesab edir ki, sahibkar mütləq biznesin üzərində durmalıdır. Əgər belə olmasa, bu adamlar onun işçiləri “oğramağa”, “aldatmağa”, “səhv işlər görməyə” meylli olacaq. Mağazada, sexdə (fabrikdə), anbarda… özləri olmasa (qardaşı, bacı oğlu, xala oğlu və s.) biznes batacaaaaq;
  • Nisyəsiz biznesə inanmır. Mütləq qaydada özlərinə aid ən azı 1 (bəzən bu dəftər 10-a qədər çoxalada bilər) dəftər olur – nisyə dəftəri. Bu dəftərdə, Həsən dayı, Məmməd əmi, Zöhrə xala… Həsən dayının oğlu Məmmədin dostunun nisyələri olur. Dəftəri özlərində heç kim oxuya bilmir…, məsələn onlar nahar fasiləsinə getdikləri zaman, kimsə pul ödəyəsi olsa, bu ödəniş qeydiyyata alınmır, çünki dəftərə heç kim əl vurmağa icazəsə olmur və s.;
  • Mühasibatçılıq… kompyuterlər haqq-hesaba inanmır. İnanır eee, sadəcə ona elə gəlir ki, kompyuter hər zaman səhv göstərir və ya sabah qırılsa nə olacaq?! Amma düşünmür ki, nisyə dəftəri olmasa nə olacaq…

Əziz oxucu bu “azərbaycansayağı” İDARƏETMƏ nümayəndələrinin inandıqlarıda məsələlər var. Bunlar hansılardır?

  • İnanırlar ki, mal çox olmalıdır. Onlar inanırlar ki, istehsal edirlərsə çox olmalıdır, nesə satırlarsa mal bol olmalıdır… Nə qədər mal çox olsa, bir o qədər satış çox olar. Vacib deyil nə, vacibdir ki nə qədər… məntiqi əsas məntiqdir;
  • İnanırlar ki, xərclər minimum olmalıdır. Amma biz heç cürə başa düşmürlər ki, xərcləri sıfıra endirmək mümkün deyil, amma gəliri artırmaq imkanlarıdır. Başqa sözlə desək, xərcləri deyil, gəlirlə aksent etmək daha vacibdir;
  • İnanırlar ki, biznes sahələrini horizontal genişləndirmək daha yaxşıdır. Başqa sözlə desək ərzaq mağazası olan sahibkar, ilk olaraq şirniyyat sexinin açılması barədə düşünür. Amma heç bir şəkildə yeni mağaza açmaq barədə düşünmür və s.;

Əziz oxucu, hər zaman dediyimiz kimi, indidə hesab edirik ki, bizim yerli sahibkarların içərisində son dərəcə istedadlı və böyük biznesə idarəedə biləcək şəxslər var. Hətta əminik ki, bu adamlar eyni potensialla Azərbaycanda deyil, Türkiyyədə, Almaniyada, Amerikada olsalardı daha böyük imkanlara, genişlənmək imkanlarına malik olardılar. Amma çox təəsüf ki, ölkəmizdə olan sahibkarların böyük əksəriyyəti hələdə intelektual biznesdən uzaq gəzirlər. Bu son dərəcə təhlükəlidir və milli sahibkarlıq tarıximiz üçün qorxulu nəticələrlə sona çata bilər.

Əlbəttə bizim sahibkarlıq tariximizin cavanlığı, 70 illik planlı iqtisadiyyat, biznes (marketinq) kimi dissiplinalar barədə məlumatsızlıq sahibkarlarımız böyük çətinlikləri yaradır. Amma çox inanıram ki, yuxarıda dediklərimiz yalnız müstəsna xarakteri daşıyacek.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close