image_pdfimage_print

Bu yazıda biz Sizinlə xərclərə nəzarət və ya effektiv pul xərcləmələri barədə danışmaq istəyirik. Bu sahə son dərəcə aktual olsada təəsüf ki, ana dilimizdə bu sahə barədə yazılan kitab, bloq post və sistemli bir yazar yoxdur. Heyf, çox heyf. Bugün ölkəmizdə problemli kreditlərin faizi və ya əhalinin borclanma səviyyəsi göstərir ki, düzgün xərcləmək sənəti bizə çox vacibdir. Beləliklə pulu necə düzgün xərcləmək olar?!

Azərbaycanımız çox maraqlıdır, çox fərqlidir. Bizim xərcləmizdə və ya xərc məcralarımızda digər ölkələrdən çox fərqlidir… Məsələn, bir tərəfdən:

  • Adam başına düşən Porsche sayına görə liderlik (həmçinin bu Porsche böyük əksəriyyəti kreditlə alınır !!!)
  • Cib telefonu satışlarının 90% kreditlə həyata keçirilir…
  • Toy yalnız xoşbəxtlik, yadda qalan və unudulmaz gün deyil, həmçinin bir sənayə səviyyəsindədir. Ölkədə olan bizneslərin demək olar ki, 100% toy biznesi ilə əlaqəlidir, şadlıq sarayları isə hələdə ən rentabelli bizneslərdəndir…
  • Qadınlar dəhşətli dərəcədə çox parfüm və kosmetika istifadə edirlər…

digər tərəfdən isə…

  • Mersedesi ucuz maşın bilib… almayan adamlar;
  • Ömrümüzün 3/1 yataqda keçirdiyimiz halda, döşək alışına fikir verməyən və ən ucuz döşəyi, bahalı yataq dəstində istifadə edirik…
  • Gözəllik kosmetikasına böyük pulla xərcləsəkdə…, sağlamlıq əşyalarına “poçti” almırıq… və s.

Düşünürəm ki, tezliklə bizdə pulu qənayetlə və sistemli xərcləməyə öyrənəcəyik, istehlak kreditlərini imkan daxilində daha az almağı düşünəcəyik. Məcburuq buna. Düşünürəm ki, istehlak etdiyimiz məhsulların ümumi həcmi mütləq qaydada illik qazancın bir faizinə uyğun olaraq həyata keçirilməlidir. Daha konkret desək:

  1. Avtomobil alışları. Ümumi olaraq sürdüyümüz maşın illik qazancımızın maksimum 70% bərabər olmalıdır. Kredit olduğu zaman düşünürəm ki, ilkin ödəniş 60% az olmalı deyil. Başqa sözlə desək, aylıq avtomobil kredit məbləği, qazancınızın (aylıq) 10% çox olmalı deyil. Bu arada yeni maşını 10 ildən tez satmaq, büdcəyə ziyandır!
  2. Məişət texnikası. Televizor, Soyuducu, Kondisioner, Paltaryuyan kimi məhsullar 8 ildən tez deyişdirilməsi ifratçılıqdır. Yəni hər yeni Smart nə bilim… nə formalı TV almağa dəyməz!);
  3. Mebel alışları. 10 ildən tez mebel dəyişmək… mebel seçiminin səhv edildiyini göstərir. Necə dəyərlər… biz o qədər varlı deyilik ki, ucuz mal alaq;
  4. Qol saatı. Əgər bu hədiyyə deyilsə, illik qazancın 2% çox olmalı deyil, məncə. Əgər bu qədər pula əliniz gəlmirsə, sadəcə taxmayın saat!))
  5. İstehlak krediti. İstehlak kreditinə görə ödəniş, Sizin aylıq gəlirinizin (xalis gəlir) 20% keçirsə… deməli nəyisə doğru etmirsiz. Ümumiyyətlə istehlak kreditləri olmasa daha yaxşıdır;
  6. İpoteka krediti. Aylıq qazancınızın maksimum həddi 25-35% çox olmamalıdır. Hətta Consumer Reports şiddətli şəkildə 28% çox olmamasını tövsiyyə edir!)
  7. Təhsil. İllik qazancınızın 3% rahatlıqla treninqə, kitaba və s. xərcləyə bilərsiniz. Düşünürəm bu ədalətli bir göstərcidir. Bu arada əgər yaşınız 22 – 30 arasıdırsa bu rəqəmi rahatlıq 6-8% qaldırmaq olar. Amma bunu keçməyin. Çox oxumağın, əslində heç bir xeyri yoxdur. Sadəcə təhsil səviyyəniz, maliyyə vəziyyətinizə düz mütanəsib hərəkət etməlidir. Məncə!)

Bundan başqa bəzi doğru hesab etdiyim qaydalarlada bölüşmək istəyirəm. Bilirəm uzun oldu, amma bunuda oxuyun i VSE!))

  1. Spontan almaq istədiyiniz nəsə 50 manatdan bahadırsa – ALMAYIN, 1 gün gözləyin. Yənə istəsiniz, alın!)
  2. Restoranda sifariş verdiyiniz hər şeyin qiymətinə baxın. Surpriz yaxşı şeydir, amma xoş olanda!)
  3. Nəsə tapmırsınızsa və çox yorğunsunuzsa başqa heçnə almayıb, mağazadan çıxın. Daha sonra yenə gəlirsiz, amma o aurada aldığınız mal doğru olmayacaq.

Düşünürəm ki, qənayət və ya düzgün xərcləmək hər zaman son dərəcə vacib və lazımlıdır!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close