image_pdfimage_print

30 mart saat 19:00-da Bakımızın ən mükəmməl restoranlarından biri (məndən olsa birincisi) olan Gate25 marketoloqların Novruz görüşü keçirələcək. Tanınmış restoran Demirçi Plazanın 25-ci mərtəbəsində yerləşir və məncə şəhərə ən mükəmməl görüntüsü olan yerdir. Əziz oxucu, Sizləridə bu tədbirdə görməyə çox şad olarıq. Bilirsiz niyə?!

Bizim görüşümüzün düzgün vaxt keçirmə və faydalı olacağının çoxlu səbəbləri var. Lakin mən bu səbəblərin yalnız üçücü Sizlərə xatırlatmaq istəyirəm. Beləliklə:

Birincisi bu tədbirdə ölkənin aparıcı marketinq menecerləri bir araya gələcəklər. Bu istər ölkədə baş verən böhranlı marketinq alətlərinin öyrənilməsi, istərsədə ümumi marketinq ab-havasının necə olduğunu bilmək üçün mükəmməl imkanlar yaradır. Bizim tədbirdə iştirak etmək faydalıdır.

İkincisi Marketinq Azərbaycan Qrupunun keçirdiyini tədbirlərin necə əyləncəli, intelektual istirahətə yönəli olduğunu olanlar yaxşı bilir. Düşünürəm ki, əminəm ki, bu tədbirdə digərlərindən geri qalmayacaq. Deməli Sizin üçün mükəmməl istirahət imkanları olacaq.

Üçüncüsü… bu dəfə keçirdiyimiz restoran Bakımızda görməli olduğunuz əsas yerlərdəndir. Mütləq Siz Gate25-də olmalısınız. Həm restoranın xüsusi menyusu, həm ümumi ab-havası, həmdə yerləşməsi sadəcə mükəmməldir. İstəyirəm, Sizdə belə gözəl məkanı görəsiniz.

Nəzərə alsaq ki, Marketinq AİR təlimləridə Demirçidə keçirilir, rahatlıqla demək olar ki, marketinq aktivliklərinin fundamenti məhz Demirçi Plazada qoyulacaq!)

Tədbirdə iştirakın minimum qiymətə etmək üçün Gate 25 rəhbərliyi, yaxın dostumuz Elgar müəllim çox böyük jest etdi. Restoran premium təbəqə üçün nəzərdə tutulduğu halda, bizim üçün qeyri-adi hörmət edərək bir nəfər üçün hər şey daxi minimal bir ödəniş istədi. Başqa sözlə desək, ölkə marketinqinin inkişafına istər Gate 25, istərsədə Times Consulting olaraq dəstək verdi. Bizdə bundan istifadə edib tədbirə giriş haqqını cəmi 30 manat etdik.

Beləliklə… hər birinizi bu mükəmməl tədbirdə gözləyirəm. Düşünürəm ki, son dərəcə maraqlı, faydalı, əyləncəli və ən əsası marketinqdolu bir tədbirimiz olacaq. Təbii ki, Gate 25 yer qeyri-məhdud deyil və bildiyimə görə artıq kütləvi rezervasiya prosesi başlayıb, yerlərimiz bitmək üzrədir. Sizdə mütləq öz yerinizi bron edin, görüşərik, yaxşı?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close