image_pdfimage_print

Əziz oxucu, bu yazıda Sizə son dərəcə maraqlı və mənim gözümdən maraqlı olduğu qədərdə öyrədici olan bir hadisə barədə danışmaq istəyirəm. Düşünürəm ki, bu real həyatdan olan hadisə bir biznes-keys, bir marketinq aktivliyi olaraq Sizin üçündə faydalı olacaq.

Deməli bloqumuzun sadiq oxucuları bilir ki, bizim bölgələrdə məişət texnikası satışı məşğul olan mağazamız var. Hər dəfə (ayda 1-2 dəfə) rayonlarda olanda bu mağazanın rəqibi olacaq biləcək digər salonlara baxıram. Bu həm bazardan xəbərimin olması üçün, həm ümumi vəziyyət haqqında biliklərimi formalaşdırır. İndi danışacağım söhbət bu gördüklərimdəndir.

Təxminən 3 ay bundan əvvəl şəhərin yaxşı yerində bir elektronika salonu açılmışdı. Salonun çölünə “faizsiz kredit” yazılmışdı. Həm yeni mağaza, həmdə faizsiz kredit verə bilməsi məni çooox düşündürdü və təbii ki, maşını orda saxlayıb, mağazaya girdim.

Yaxınlaşanda gördüm ki, salonun qapısı bağlıdır, uzaqlaşmaq istəyirdim ki, bir 40-45 yaşlı kişinin qaça-qaça mənə tərəf gəldiyi gördüm. Kişi əlində açarla qapını açdı və məni salona dəvət etdi. Təbii ki, məndə içəri girdim. Gördüm salonda kifayət qədər “xodovoy” mallar var. LG, Samsung televizorları, paltaryuyanlar, soyuducu və s. bir sözlə məişət malları salonunda olan hər şey var.

Qiymətləri soruşdum və… və şoka düşdüm. Mallar demək olar ki, maya qiymətinin üstünə 5-6% qoyulmaqla satılırdı. Bu məni çooox təəcübləndirdi. Axı belə ucuz bu salon, əyalətdə necə satış edə bilərdi?! Axı belə marja ilə, bu mağazanı necə işlədə bilərdi?

Təəcüblənməmi qizlətmədən… “Qardaş qiymətlə nə yaxşı belə ucuzdur?” soruşdum. Qardaşda sağ olsun, “Tezə açılmışıq… qiymətləri belə ucuz edirik ki, hamı tanısın” dedi. Bundan sonra qardaş bazarda ucuz mal satan çox satır və bugün yeganə yol ucuz satmaqdır və s. kimi bir neçə strateji məsələlər danışdı. Məndə söhbəti davam etdim…

Dedim “qardaş bəs faizsiz kredit yazmısınız… o nədir?” qardaşda dedi ki, düz oxumusan. Bizdə faizsiz kreditdə var. Amma 6-7 aylıq götürsən, hardasan 20-30 manat pul gəlirik malın üstünə…

Əziz oxucu, utanmasaydım, deyəcəkdim qardaş ver butün mallarını mənə – nisyə!) Sözün açığı pul lazım edi (indidə lazımdır!). Amma utandım və qardaşa uğurlar arzulayıb, mağazadan çıxdım və təcili şəkildə axşama iclas saldım. Mağaza rəhbərlərini bir yerə yığıb… “bazarda nə baş verir?” dedim. Onlarda ordan-burdan danışdılar. Mən sözlərini kəsib sözü gedən qardaşın mağazasını soruşdum… onlarda dedilər ki, “eşi təzə açılıb, heç bilmir nə edir…” amma mən qorxdum və beynimdə (ürəyimdə) bu söhbət qaldım.

Bu yaxınlarda bir nəfərlə söhbət edirdim, ona zəng gəldi… rayondan zəng edirdilər. Dedilər bir mağaza bağlanır, bankrot olub, onların mallarını yarı qiymətə alarsan?! Bir-az keçdikdən sonra məlum oldu ki, söhbət bizim bu dostumuzun dükanından gedir. Müflis olub, işi alınmayıb. Sizcə səbəb nə deyib?! Səbəbdə bu olub ki, Vergilər gəlib və bunu “işləməyə qoymayıb”.

Əziz oxucu, əminəm ki, belə söhbətlər Sizdə çox eşidirsiniz. “Vergi qoymadı”, “Monopoliya gəldi”, “Gümruk sıxdı”, “polis nə bilim” və s. əzizlərim – İNANMAYIN. Bugün iş görən adama heçnə mane deyil, hətta manatın devalvasiyası belə ölüm deyil. Elnən gələn toy bayramdır. Biz eldən yaxşı mənada fərqlənsək, heç bir problemimiz olmayacaq. Bilirsiz bu mağaza niyə bağlandı?!

  • Çünki onun işçisi yox edi… şirkət sahibi, həm müdir, həm satıcı, həm kredit mütəxəssi edi…
  • Çünki reklam bərbad vəziyyətdə edi… mağaza adı yerinə, faizsiz kredit yazılmışdı…
  • Çünki dempinq edirdi, amma bunun üçün heç bir maddi gücü yox edi (emiş)…
  • Çünki qardaş sektordan yad edi, nəyi, nə üçün edəcəyini bilmirdi və s.

Bu çünkilərdən istənilən biri təklikdə biznesi məhv edə bilər… hələ qaldı cəmlikdə olsa. Düşünürəm ki, bizim beynimizdə ən vacib məsələ, “hərəkət və bərəkət” devizi olmalıdır. Heç bir devalvasiya, heç bir vergi, heç bir böhran düzgün qurulmuş biznes modeli yıxa bilməz. Hə-əəə sarsıda bilər, tənəzzülə salar… bəzən sıxıntılar yaradar… amma məhv etməz və böhrandan sonra bu şirkətlər dahada güclənər. Əzizlərim… Sizində biznesinizi böhrandan güc alsın!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close