image_pdfimage_print

Bugünlərdə yeni açılan ticarət mərkəzləri barədə düşünürdüm və çox maraqlı gəldi ki: necə olur 28 Mall və ya Park Bulvar işləyir… AMMA Baku Moll kimilər işləmir?! Bu sual məni o qədər maraqlandırdı ki, Baku Malla gedib, məcburən hər şeyə diqqət edəsi oldum və… və gördüklərim əsasında başa düşdüm ki, bu Mollun zəif işləmə səbəbi nədir?

Mən Baku Molla bayram günlərində getmişdim və təbii olaraq orda adam orta günlərə nisbətən daha çox edi və ya çox olmalı edi. Mollda çoxlu sayda xırda qüsurlar var edi. İlk baxışdan bu qüsurlar hiss edilməsədə ümumi görkəmi tam bərbad edirdi. Düşünürəm ki, aşağıda sadalayacağım məsələlər təcili şəkildə həll edilməsə Baku Mollu, Texnomolun aqibəti gözləyir… ola bilər ki, bu Texnomall qədər tez olmayacaq (çünki onlar arendada edilir, Baku Moll isə yox… AMMA yenədə). Qusurlar Sizin tərəfinizdən düzgün qəbul edilməsi üçün, istəyirəm problemləri 3 qrupa bölüm.

  1. İşçilər.
  2. Dizayn.
  3. Konsept.

Başlayaq bir-bir yuxarıda dediklərimiz barədə düşüncələrimi Sizlərlə bölüşməyə.

İşçilər barədə. Ticarət mərkəzində işçi dedikdə ilk növbədə ağılda, Molla aid olan personal nəzərdə tutulur, çünki onların maaşını ticarət mərkəzi verir, lakin müştəri psixoloqiyasında bu qətiyyən belə deyil. Sistemli çalışan ticarət mərkəzləri başa düşürlər ki, onların ərazisində olan hər bir arendotorun satıcısı belə dolayı yolla elə Mollun işçisidir və bir-başa olaraq ümumi işlərə təsir edir.

Baku Mollda bu sahədə son dərəcə böyük problemlər (səhvlər) hiss edilirdi. Mollun öz işçiləri barədə bir söz deyə bilməsəmdə arendatorlarda vəziyyət tam xaos edi. Düşünün ki, heç bir satış nöqtəsində personalda nə dress-kod, nədə “beyciklər” yox edi. Bu azmış kimi, mağazalar daxilində “maraqlı” musiqilər, mənasız müzakirələr gedirdi. Butün bunlar paralel, 3 mağazada ümumiyyətlə satıcı piştaxta arxasında yemək yeyirdi.

Sözü gedən məsələlərlə yanaşı, uşaq uynama yerində, elementar kartla ödəniş sisteminin olmaması sahibkar üçün itkilərin yaranmasına qaçılmaz edirdi. Məsələn, kassada olan adam, oyun yerinə demək olar ki, nəzarət etmirdi və işçilər bir-birləri ilə kobud formada “sporlaşırdı”. Əlbəttə, bu yaxşı hal deyil.

Dizayn. Çox təəcüblüdür. Böyük investitsiyalar hesabına tikilən ticarət mərkəzinin daxili dizaynı son dərəcə qeyri-professional formada işlənib.

İlk növbətə Mollun yer döşəməsi, ticari cəhətdən çox pis seçildiyi hiss edilirdi. Mollda bunu 100% dizayner deməyib… yox əgər deyibsədə, bu dizayner qardaş ticarət mərkəzini şadlıq sarahı ilə səhv salıb. Ticarət obyektlərində istənilən element, əsas məhsulun (yəni satılanın) daha gözəl göstərilməsi üçündür. Başqa sözlə desək, idealda ticarət mərkəzində heç bir detal gözəl olmalı deyil. Bəli, bəli düz oxudunuz. Əgər Siz getdiyiniz mağazanın polunu, patalokunu və ya divar rəngi çox gözəl görürsünüzsə… deməli burda böyük problem var. Siz orda yalnız təklif edilən məhsulu gözəl görməlisiniz. Döşəmənin xüsusi “tərzdə” olması ümumi ab-havanı pozur. Bu elementar merçandayzinq prinsipləridir.

Arendaya götürülən mağazaların reklam konsepti son dərəcə bəsit formada işlənilib. Elə gəlir ki, hər bir mağaza reklama pul xərcləmək istəmədiyindən, əlacı olsa reklam vurmaz. Unutmaq olmaz ki, hər bir ticarət mərkəzinin gözəlliyi orda olan ticarətin güclü getməsindən asılıdır. Bu baxımdan… son dərəcə mənfi haldır ki, orda olan arendatorlar elementar marketinq prinsiplərinə riayyət etmirlər.

Konsept. Sayca üçüncü olsada məncə bu ticarət mərkəzinin ən böyük dərdidir. Təsəvvür edin, orda demək olar ki, bir dənədə olsun, sektor lideri olan arendator yoxdur.

Çox gülməli, amma gülməli olduğu qədərdə ağlamalıdır. Deməli 2-ci mərtəbədə bir mağaza önünə yazıb… filan filanov since 1845… digər tərəfdəndə pəncərəyə yazıb: “Alman və türk malları” – biyabırçılıq. Niyə bu qədər diqqətsizlik edirlər!? Sonra deyəcəklər ki, böhran gəldi – mağaza bağlandı. Deməyəcək eee, işləyə bilmədim, yalançılıq etdim bağladım…

Əzizlərim biznes şəffaflığı çox sevir. Yalan danışmaqla biznes qurmaq olmur, olmaz. Olar eee, müvəqqəti. Amma həyat daha uzunmüddətlidir. Etməyin, xırda yalanlar üzərində biznes qurmayın.

Düşünürəm ki, bu dediklərimizi BakuMollada olan menecment “dünəndən” bilir və tezliklə aradan qaldıracaq. Çünki ora qoyulan investitsiyaya mənim sadəcə heyfim gəlir (!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Çox gözəl qeyd etmisiz İlkin müəllim. Maraqlı yazı idi. Ilavə etməkistərdim. Baxın Avenue Verajda bu baxımdan vəziyyət məncə qanəetbəxşdir, infrastruktur da yaxşıdır, lakin orada da adam çox azdı. Düşünmürsuz ki başqa problemlər də var? Məsələn elə yerləşmənin özü. Bu da harda Mollun placementi hesab olunur düzdür?

  2. Məncə oranın adı da düz seçilməyib. YasaMall olsa idi daha maraqlı olardı. Bu həm də bir strateji üstünlük olardı.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close