image_pdfimage_print

Nə az, nə çox, düz 3 il bundan əvvəl Marketinq AİR təlimlərini yaratmaq istəyəndə hər birimiz əmin edik ki, bu son dərəcə böyük əmək və enerji tələb edən bir fəaliyyətə başlayırıq. Buna baxmayaraq istər Anar və Rafiq müəllimlər, istərsədə mən, hər zaman Marketinq AİR təlimlərini birinci dərəcəli prioritet vermişik. Bəzən əsas iş fəaliyyətimizi bir kənara qoyaraq Marketinq AİR üçün dəfələrlə toplaşmağa, evdə gecələr boyu hazırlaşıb prezentasiya-təlim hazırlamışıq. Bilirsiz bunun səbəbi nədir?

İlk əvvəl qeyd etməliyəm ki, Marketinq AİR təlimləri hələlik ölkədə sistemli və uzunmüddətli ilk və yeganə biznes təlimdir. Bu əlbəttə, bizi çox sevindirir… amma buna baxmayaraq Marketinq AIR təlimlərinin uğurunda bir “uyğunsuzluq”, “qeyri-adilik” var (əslində ən uğurlu layihələrin uğuru anlaşılmaz olur…). Bunlər nələrdir?

  • Marketinq AİR təlimləri özünü “təlimçi”, “biznes-konsultant” hesab etməyən insanlar tərəfindən aparılır. Başqa sözlə desək, əgər digər marketinq təlimləçiləri “biz təlim veririk, biz belə sertifikatlaşmışıq” deyirsə, Marketinq AİR təlimçiləri konkret şəkildə deyir ki: “Biz təlimçi deyilik və Sizə nəsə öyrətmək fikrimiz yoxdur, biz sadəcə bildiklərimizi paylaşırıq”;
  • Marketinq AİR təlimlərinə iştirakçılar demək olar ki, 80% AİR məzunlarının “dost-tanışı” olur və təlimlərdə hər defə anşlaq olur. Maraqlıdır… biz hər dəfə yer seçəndə biz 40 nəfərdən yuxarı adam istəmirik deyirik… və bizim butün AİR-də düz 40 nəfər olur (+-2 nəfər);
  • Marketinq AİR təlimləri olanda hər üçümüzün işdən demək olar ki, vaxtımız olmur. AMMA və LAKİN Marketinq AİR adı gələn kimi, hamı əsas işini tullayıb AİRlə gəlir. AİR prioritetdir (!)
  • Marketinq AİR gəlir büdcəsi demək olar ki, hər zaman təlim bitənə qədər sponsorluqları, hansısa aktivliyin dəstəklənməsinə xərclənir. Biz maksimum Marketinq AİR-ən olan pulu, elə AİRçilərin büdcəsinə qaytarırıq və s.

Əziz oxucu, dünən mən Marketinq AİR təlimləri çərçivəsində artıq 6-cı dəfə təlim verdim və hələ 2 ay müddətində dəyərli AİRçilərlə birlikdə Marketinq haqqında bildiklərimizi paylaşaceyik. Sizə səmimi deyim… mən hər AİR təlimində marketinqi, biznesi daha çox başa düşürəm. Səbəb?! Səbəb odur ki, Marketinq AİR mənim üçün həmdə öyrənmək meydançasıdır. Bizim AİR məzunları, çox savadlı və bilikli gənclərdir.

Biz çox inanırıq ki, Marketinq AİR təlimləri zərrə qədərdə olsa, ölkəmizdə Marketinqin inkişafına xidmət edir. Marketinq bugün Azərbaycanımız üçün çox vacibdir və ölkəmizə çoxlu sayda marketoloqlar lazımdır. Burda iki yol var: ya “əşi bizdə Marketinq yoxdur… ali məktəblərimizdə marketinq öyrətmirlər” deyib “yaxamızı” kənara çəkmək, yada sadəcə mövcud vəziyyətlə barışmayıb “biz özümüz Azərbaycan Marketinqi üçün nələrisə etməliyik” deyib irəli atılmaqdır. Biz ikinci yolu seçmişik və məhz buna görədə istər Marketinq AİR, istər Facemark, istər Marketinq Azərbaycan Qrupu, istər Milli Marketinq Forumu, istərsədə ölkəmizin Ali məktəblərində Marketinqi tədris etməklə öz tövhəmizi vermək istəyirik. Bəlkədə alınır… bəlkədə yox, amma əsas odur ki, yerimiz durmuruq. Əsas odur ki, danışmırıq – edirik!)

Qurban olduğumuz ömür versə… düşünürəm ki, Sizinlə birlikdə Marketinqin inkişafı üçün çox şeylərin reallaşmasının şahidi olacağıq. Sadəcə düşünmək, sadəcə çalışmaq, sadəcə düşündüyünü etməklə Marketinq ölkəmizdə gün-gündən günə inkişaf edə bilər. İnkişaf edəcək.

Bu arada düşünürəm ki, Marketinq Azərbaycan Qrupunda Novruz Bayramını gözəl qeyd etməliyik, “devalvasiya”, “böhran” deyil “İmkanlar”, “İnkişaf” sözləri Azərbaycan marketinqinə daha çox yaraşır məncə, hə?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close