image_pdfimage_print

Mükəmməl nəticə olmur, mükəmməllik qüsürlarla dolu olmalıdır və ya bəlkə qüsursuzluq yalnız süni əşyalarda ola bilər… biznesdə, ticarətdə mükəmməllik dalınca qaçmaq son dərəcə təhlükəlidir, çünki muasir biznesdə “vaxtında” anlayışı, “mükəmməllik” anlayışından daha vacibdir. Bu yazıda mən işdə, həyatda, dostluqda (sevgidə) qusursuzluq axtarmağın nə qədər təhlükəli olmasından danışmaq istəyirəm.

İlk əvvəl icazə versəniz perfeksionizm anlayışını Sizlərin bir daha yadınıza salmaq istəyirəm. Perfeksionizm dedikdə biz hansısa işin mükəmməl həddə çatırılmasına qədər çalışmaq və ya hansısa xırda detallara qədər proseslərdə mükəmməlliyə nail olmaqdır. Biz yazıda perfeksionizm anlayışını həyatımızın bir necə istiqamətlərində ziyanlarını xatırladacam.

Daha əvvəl çalışdığım şirkətlərin birində yeni biznesə başlayan bir şirkət var edi. Bu şirkət bizim məhsulların konkret corafi ərazidə satışı ilə məşğul olacaqdı. İşin başında 3 xanım dayanırdı və bu xanımların hər üçü xasiyyətcə hər şeyin mükəmməliyini axtarırdı. Mağazalar hələ açılmamışdı, amma bu şirkətdə mərkəzi ofisi, mühasibatçılıq strukturu və strukturda çalışan 3 işçi, resepşində duracaq daha bir işçi, hətta HR rəhbəri var edi… olmayan yalnız bir şey var edi, balaca bir şey… bilirsiz nə?!

…bəli, bəli düz tapdız, şirkətdə PUL gələn yer yox edi. Butün proseslər mükəmməlik üçün hazırlanırdı. Yadıma gəlir bu şirkətin ofisinə gələndə, görüşlərin birində düüüz 1 saat vizitka dizaynı müzakirə edildi və sonda mükəmməl vizitka dizaynı tapılmadı. Əzizlərim, buznesdə mükəmməl iş, proses məncə yoxdur, sadəcə konkret fəaliyyət nəticəsində xeyr verən, pul qazandıran iş var. Bizim bu dilerlər konkret corafi ərazini bugünə qədər inkişaf etdirə bilmir, çünki hərəkətlərində güclü “perfeksionizm” ab-havası var. Onlar özlərini və bizi aldadırdılar.

Ölkəmizdə olan ən güclü bizneslərə fikir verək… hamısınıda görünür ki, ilk mərhələlərdə perfeksionizm geridə olub.

FAB boyaların bugün fabrikinin cəmi 10 il əvvəl necə bərbad vəziyyətdə olduğunu düşünsək və şirkətin sıfırdan qura-qura hara gəldiyini görəndə sadəcə fəxriyyət hissə insanı bürüyür. Onlar perfeksionist olub “bataqlıqda fabrik olmaz” desəydilər, bugün FAB həqin ki, yox edi!

Selhome Sədərəkdə işə başlamasaydı, bugün ölkənin ən rentabelli pərəkəndə formatlarından biri yox edi. Eyni şəkildə Femina. Perfeksionist olsaydılar, bugün bu bizneslər yox edilər (dostlara xüsusi salamlar!).

Əziz oxucu, perfeksionizm biznesdə olan əsas təhlükəsi odur ki, “karvan yolda düzələr” prinsipinə bu tam ziddir. Əslində muasir biznes tezliyi, sürəti çox sevir. Dünyamız o qədər sürətlə hərəkət edir, dəyişir ki, bugün mükəmməllikdənsə tez adaptasiya ediləcək məsələlər əhəmiyyət kəsb edir.

Çox dərinə getməyəkk… oxuduğunuz bu bloqda, “yumşaq desək” perfek, mükəmməl deyil. Amma Siz, bu bloqu oxuyursunuz (sağ olun), çünki tez-tez yenilənir və aktual nələrsə olur. Sizədə tövsiyyə edirəm… perfeksionizmə getməyən!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close