image_pdfimage_print

Bu günlərdə tez-tez bölgələrdə oluram. Orada düşündüyümüz və tezliklə start verməyə planladığımız bir layihə üçün gedirəm. Bugün hörmət etdiyim, çoxtan tanıdığım bir tanışım mənə zəng etdi və rayona gəldikdə onunla görüşməyimizi xahiş etdi. Məndə rayonlarda olduğum üçün dostumuza zəng etdim və nə lazımdırsa kömək edə bilərəm dedim… Gördüklərim və eşitdiklərim məni çox təəcübləndirdi. İstəyirəm Sizinlədə paylaşam.

Əvvəla deyim ki, Mingeçevir mənim ən sevdiyim şəhərlərin siyahısındadır. Bu şəhərə istər təhsil, istər dostlar, istər evimizin olması, istərsədə valideymlərimin işləməsindən başqa sırf simpatiyam var. Düşünürəm ki, burada son dərəcə ciddi və xeyrli biznes layihə edə biləcəm. Əgər bu layihə uğurlu olsa, mənə stimul verənlərə sonsuz minnətdar olacam. Neysə… Mingəçevir və yeni layihəmiz haqqında növbəti bloq postlardan danışaram. İndi gəlin əsas məsələ barədə danışaq.

Deməli dostum mənə zəng etdi və Mingeçevirdə onunla görüşdük. Görüşən kimi, dostumuz dedi ki: “İlkin, mən bilirəm sənin mağazaların var və biz bir dostumuz Mingeçevirdə böyük dükan açıb. Amma indi işlədə bilmir və salonu bağlamaq istəyir. Sən ona kömək edə bilərsənmi?”. Dostumuza hörmət etdiyimdən… “Əlbəttə, əlimdən nesə gəlsə edərəm dedim” və biz mağazaya yollandıq. İçəriyə girdim… və ŞOK-a düşdüm.

Deməli mağaza kifayət qədər gəliş-gedişli yerdə fəaliyyət göstərirdi. İçəridə “mal” dolu edi… və təxmini baxışlarımla minimum 100-120 minlik məhsulun olduğu hiss edilirdi. İçəridə hər şey səliqəli edi…  Mağaza satın alınmışdı və icarə haqqı yox edi. Bəs görəsən bu mağaza niyə bağlanmaq istəyirdi?

Mağaza sahibi gələnə qədər, satıcılarla dövriyyə və ümumi vəziyyət barədə söhbətlər etdim. Məlum oldu sözü gedən mağaza ayda 3-5 min satış edir!) Səbəb?! Səbəb əslində elə mağazada hiss edilirdi…

  • Mağazanın çöl tabelasında (reklamı) hərflərin bəziləri düşmüşdü. Vinillər solmuşdu. Hiss edilirdi ki, bu “xırdıçılıqlar” yaddan çıxıb;
  • Mağazada cəmi bir nəfər var edi. Bu qardaş həm satıcı, həm kredit mütəxəssisi, həm müdur, həmdə fəhlə kimi işləyirdi… nə etsinlər satış yoxdur (!)
  • Məhsulların üstü çirkli edi, mağaza işıqlı deyildi, hiss edilirdi ki, qənayət başlayıb;
  • Mağazada reklam anlayışına “eşi… etdik, elədə bir təsiri olmadı” kimi cavablar verildi və məlum oldu ki, ümumiyyətlə mağazanın reklamı “zapadlo” hesab edilir;
  • Yerin son dərəcə pis olması, camaatın “acından ölməsi”, Mingəçevirin kasıb şəhər olması, Goranın imkan verməməsi kimi səbəblərin isə satıcının ağzında qiyməti “2 qəpik” edi.

10 dəqiqədən sonra dostumuz (mağaza sahibi) gəldi. Son dərəcə alicanab, öz sahəsi üzrə işi bilən bir nəfər olduğu hiss edildi və elə ordaca səmimi bir söhbətimiz oldu. Məlum oldu ki, dostumuz danışdımız obyekti satın alıb və orada digər bir dostunun sözü ilə elektronika mağazası açıb. Özünün bu işdən heç başı çıxmır və dostu ilə şərikli işə başlayıb. Şərik dostu işə heç bir investitsiya etməyib… sadəcə digərinin verdiyi pulu götürüb və mağaza açılıb. Bir vaxt keçdikdən sonra bu işin çox çətin olduğu hiss edilib və biznes hal-hazırda yalnız “yük” funksiyasını daşıyır… Düşünün ki, mağazada 100-120 minlik mal olmasına baxmayaraq, biznesin bir manatdan olsun borcu yoxdur… əvəzində ancaq debitor borcları var. Daha doğrusu verdikləri nisyələri yığmalıdırlar.

Mən düşünürəm ki, dostumuz işi başlayanda bir neçə strateji səhvlər edib. Bunlar aşağıdakılardır:

  1. Şərik səhv seçilib. Birincisi şərik olduğu adam bu işə pul qoymayıb, ikincisi bu adam tam başqa bir iş görür və demək olar ki, pul qoyan adamla eyni vaxtda mağazaya gəlib gedir.
  2. Dostumuz sektordan xəbərsizdir. Biznes qurulan zaman mütləq qaydada sektoru öyrənmək lazımdır. Yadıma düşür təxminən 7-8 ay bundan əvvəl biz məişət avadanlıqları mağazası açanda, az qala aylarla bazarda olan əsas iştirakçılarla söhbətlər etdik. Sektorda çoxtan işləyənlərdən məsləhət aldıq və sektoru öyrəndik. Bu şərtdir.
  3. İşin üstündə deyil. Biz demirik ki, mütləq qurduğun işin üstündə durmalısan…, biz deyirik ki, mütləq işin əsas ipləri Sizdə olmalıdır. Bu olmasa, iş alınmaz.
  4. Rahatdır. Dostumuzun maliyyə vəziyyəti yaxşı olduğu üçün, o pul itirməkdən əslində qorxmur. Buna görədə resurslardan qeyri-effektiv istifadə edib. Pul çox olanda biznesdə “azərbaycan iqtisadiyyatı” kimi qurulur!)

Dostumuza Sizə yazdıqlarımızın hər birini dedim və düşünürəm ki, bu dediklərimiz onun işində dönüş yaradacaq. Hələlik isə, istəyirəm ki, yuxarıda göstərilən tərzdə qurulan bizneslərdən uzaq olaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close