image_pdfimage_print

Əziz oxucu, düşünürəm ki, həyatda düzgün qərarlar verməyimiz üçün, müdrik sözlər, lazımlı ifadələr çox vacibdir. Bəzən hansısa bir söz bizi son dərəcə mənfi nəticələrə gətirəcək hərəkətlərdən çəkindirir. Bu yazıda istəyirəm çox sevdiyim və son dərəcə vacib hesab etdiyim bəzi sözləri Sizinlə paylaşım.

Biznes ideya haqqında

  • Bazara imla deməyin, onu səsini dinləyib biznes konsepsiyanızı eşitdiklərinizə uyğun təşkil edin;
  • Paxıllıq etməkdənsə, eynisini fərqli etmək yaxşıdır;
  • Sadəlik satın. Nə qədərdə məhsulunuz (xidmətiniz) sadə olsa, cibinizdəki pulları saymaq bir o qədər mürəkkəb olacaq;
  • Uğurlu fəndi sonsuz sayda təkrarlayın. Uğurlulardan misal alın.

Özünü inkişaf haqqında

  • Şaxələnməyin. Çox sadə görünür, amma bəzən ən çətin həyata keçiriləcək məsələdir;
  • Təkrarçılıq – yeni bilik gətirir;
  • Öyrətmək, öyrənmək üçün əla alətdir. Biliklərinizi paylaşın. (Biz Marketinq AİR-ə belə edirik!);
  • Bir təcrübə, yeddi nəzəriyyədən əhamiyyətlidir. Düşündüklərinizi edin.

Prosesləri optimallaşdırmaq haqqında

  • Düşündüyünüzü test edin. Çox düşünməkdənsə, etmək daha effektli olur;
  • Çox dəyər verməkdənsə, tez dəyər verin; (Bu haqda tezliklə ayrıca bloq postumuz olacaq)
  • Bərabərlik – keylik əlamətidir. Bərabər – eyni olmayın. Fərqlənmək gözəldir!;
  • İmkan daxilində digərlərinin ağıllı olun, AMMA bunu qətiyyən hiss elətdirməyin;

Marketinq haqqında

  • Pulsuz məhsullardan, pul qazanın. Pulsuz nə varsa, çox bahalıdır;
  • Reklamları 12 yaşlı uşaqlar üçün nəzərdə tutun, onlar başa düşmürsə, 25-45 yaşlılar heç başa düşməyəcək;
  • Hamının sevdiyi məhsul yox, kimlərinsə sevdiyi məhsul yaradın. Hamı sevirsə, heç kim sevmir deməkdir;
  • Brendinizin gücünü sübüt etməyin, bunu sadəcə faktlarla gösətərin.

Əziz oxucu, bu misalları mənim ağlımda olan və düşünrəm ki, mənə düzgün yol göstərə biləcək ifadələrin bəziləridir. Hesab edirəm ki, Sizin üçündə maraqlı olar.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close