Monthly Archives Aprel 2015

Bugünlərdə başım o qədər qarışıqdır ki, hətta bloq yazmaq, Sizinlə söhbət etməyə belə vaxt tapa bilmirəm. Amma düşünürəm ki, bəzi məsələlər var – biz mütləq Sizinlə səmimiyyət etməliyik – danışmalıyıq. Bugünlərdə Mingeçevirdə bizim üçün böyük hesab edilən yeni mağazamızın açılışı etapındayıq. İstəyirəm Sizə bu istiqamətlərdə yaşananlar barədə söhbət edim.

26-27 may, artıq üçüncü il, ölkəmizin ən böyük marketinq tədbiri olan Milli Marketinq Forumu keçiriləcək. Foruma biletləri 28 Cinema kassalarında artıq əldə etmək olar. Sizə əminliklə deyirəm ki, bu dəfə Forum super olacaq.

Bilirsiz niyə?!

Son vaxtlar qızımın birinci sinifə hazırlaşması ilə əlaqəli olaraq demək olar ki, butün “baza” biliklərimi təkrar edirəm. Qızıma nəyisə izah etmək üçün məcbur olub… “heyvanlar aləmi”, “bitkilər”, “ağaclar” haqqında biliklərimi əməlli-başlı artırmışam… AMMA görəsən bu məlumatlar həqiqətəndə lazımdırmı?! İstəyirəm bugün Sizinlə peşəsindən asılı olmayaraq vacib hesab etdiyim biliklər barədə fikirlərimi Sizinlə danışım.

Bugün yaxın dostlarımız dəvəti ilə ölkəmizdə keçirilən son dərəcə maraqlı aktivliklərdən biri olan #14sual bağlanış tədbirində iştirak edirdim. Tədbir son dərəcə maraqlı oldu… həm yeni adamlarla tanışlıq, həm mükəmməl gitara ifası, həmdə ümumi konsept çox xoşuma gəldi. Orada mənədə söz verdilər və məndən soruşdular ki, “Necə olur ki, belə ardıcıl şəkildə bloq fəaliyyəti ilə məşğul ola bilirsiniz?!” Mən orda buna düşündüyüm qədər sadə cavab verdim, istəyirəm bu bloq postda Sizə bloqun mənim üçün niyə prioritet olduğu barədə söhbət edim. Maraqlı osla oxuyarsınız.

Hər birimizin həyatında ona ciddi şəkildə dərs vermiş insanlar var. Bu adamlar peşə olaraq müəllim olmasalarda etdikləri, öyrətdikləri həqiqətəndə bizim üçün böyük məktəb, böyük həyat dərsi funksiyasını daşıyır. Biz bu adamlardan öyrəndiklərimizin əsasında öz həyatımızı, yaşam prinsiplərimizi və təbii olaraqda xasiyyətimizi qururuq. Bu yazıda mən Sizinlə belə adamlar barədə, daha dəqiq dəsək məni həqiqi həyat dərsi vermiş 3 nəfərdən danışmaq istəyirəm.

Bugünlərdə Gəncəyə getmişdim və orda olan dostlarımız Reqion TV-də gedən Kapital verilişinə məni qonaq olaraq dəvət etdilər... niyə bunu etdilər?! Bilmirəm, amma bilirəm ki, bölgədə olan sahibkarlar mütləq qaydada biznesə daha intelektual formada yanaşmalıdır. Vaxtınızı çox almayım, xoşunuza gəlsə, axıracan baxın. Söz verirəm sırf praktiladan danışıram və Azərbaycan biznes reallıqlarını deyirəm. Bu təbii ki, mənim nəzər nöqtəmdir. Razı olmayada bilərsiniz.…

Əziz oxucu! Sevinərək məlumat vermək istəyirəm 26-27 mayda Azərbaycanda artıq üçüncü dəfə ölkənin ən böyük marketinq tədbiri olan Milli Marketinq Forumu təşkil edilir. Tezliklə biletlər satışda olacaq.

Bu dəfə ki, Forum həm mövzuları, həm təşkilatı istiqamətləri, həmdə ümumi konseptinə görə son dərəcə fərqli bir tədbir olacaq. Sirr saxlaya bilirsinizsə, aşağıdakıları oxuyun – AMMA heç kimə deməyin, yaxşı!?)

Ətrafınıza baxın… görün insanların əllərindən telefon düşürmü?! Diqqətlə baxın, görün onlar bu həyatla yaşayırlarmı? “silahlı” baxın… görün ümumiyyətlə bu həyatdan həzz almaq onlaynsız mümkündürmü?! Mən bu yazıda Sizinlə dünyamızın maraqlı tendensiyalarından danışacam. Əminəm ki, Sizlərdə bunu müşahidə edirsiniz.

Daha əvvəl mən facebookşunaslar, və ya ümumi olaraq facebook xəstəliyindən danışmışdım… indi daha dərinə gedərək bu xəstəliyin fəsadlarından söhbət edəcəm. İcazə verin bir başa olaraq öz müşahidələrimi Sizlərlə bölüşüm.

Bugünlərdə 11 saylı Vergilər idarəsində Vergi Ödəyicilərinin Eyniləşdirmə nömrəsi almaq üçün müraciyyət etdim… gördüklərim, düşündüklərim barədə paylaşmaq istəyirəm. Çox maraqlı olacağına söz vermirəm, amma əminəm ki, faydalı ola bilər.

Bugün çoxtandı görüşmədiyim 2 yaxın dostla Azərbaycan iqtisadiyyatı, biznes mühit barədə söhbət edirdik… təbii ki, söhbətimiz böhran və ya böhranda edilməsi vacib olanlardan oldu. Əlbəttə, yaxşı dostlarla söhbətə doyum olmaz, amma bugün mən Sizə bu söhbətin bir qismi barədə danışmaq istəyirəm. Azərbaycan biznes mühitinin “dirəyi”, daxili bazar üçün bəlkədə neft amilindən belə vacib bir sahə – toylar barədə danışmaq istəyirəm.

Əminəm ki, çoxunuz iş vaxtı 18:01 olan kimi, “sumkasını” əlinə alıb işdən çıxan və ya 17:50-ən sonra verilən butün tapşırıqlara “bugün bitdi, sabah baxaram…” məntiqiilə işləyənlərlə yanaşan işçiləri görmüsünüz. Əlbəttə, əlbəttə ki, Siz elə deyilsiniz, çünki elə olsaydınız bizim bloqda Sizin xoşunuza gəlməzdi. Siz elə olsaydınız, çoxtan düşünərdiniz ki… “Bir bloqda bu qədər qrammatik səhv olar?!” və  bloqu oxumazdınız. Amma çox təəsüf ki, bizim şirkətlərdə hələdə belə işçilər var. İcazə versəniz bu yazıda belə işçilər barədə… və ya belə işləməyin nə qədər səhv olması barədə Sizinlə danışardıq. Başlayaq?!

Close