image_pdfimage_print

Bugünlərdə 11 saylı Vergilər idarəsində Vergi Ödəyicilərinin Eyniləşdirmə nömrəsi almaq üçün müraciyyət etdim… gördüklərim, düşündüklərim barədə paylaşmaq istəyirəm. Çox maraqlı olacağına söz vermirəm, amma əminəm ki, faydalı ola bilər.

Ilk əvvəl deyim ki, yeni bizneslə məşğul olanlar qarşısında “vergi” az qala “əzrayil” funksiyasında olur. Görəsən həqiqətəndəmi bələdir? İcazə verin, ilk əvvəl Vergi idarəsində yaşadıqlarım, daha sonra isə ümumi düşüncələrimi paylaşım.

Deməli ilk əvvəl Vergidə işləyən və bizim köhnə mağazalarda bizə “məsləhətçi” olan adama zəng etdim. Dedim ki, mənim özümə VÖEN lazımdır, çünki yeni açılacaq mağazamızda öz adımla işləmək istəyirəm. “Dostumuz” savadsız şəkildə müxtəlif yollarla vəziyyəti qəlizləşdirmək istədi… “Ay Sizin mütləq icarə müqaviləniz olmalıdır, ay Siz bunu necə edə bilərsiniz? və s.” Telefonda danışa-danışa düşündüm ki, insanlar nə qədər qəlizliyi sevir… və çox söhbəti uzatmadan Vergilər idarəsinə yönəldim.

İçəri girib mahafizəçidən VÖEN almaq üçün hara yaxınlaşa bilərəm dedim və son dərəcə nəzakətli formada lazımi istiqamətə yənləndirildim. VACİB QEYD: Geyim tərzim, son dərəcə bəsit edi və heç bir şəkildə ciddi dress-kode deyldim.

Orada təxminən 40-45 yaşlarında bir xanım, vergi işçisi oturmuşdu. Şəxsiyyət vəsiqəmi xahiş etdi və hansı fəaliyyət növü ilə məşğul olmaq istədiyimi maraqlandı. Cavab aldıqdan sonra mənə bir ağ blank verib, növbəti otağa yönləndirdi. Otaqda olan cavan yaşlarında olan Vergi işçisi mənə: “Müəllim, icazə verin mən doldurum…” dedi və məndə təbii olaraq düşündüm ki, həqin məndən 3-5 manat umur. Əlbəttə, əslində buna razı deim. Qardaş anketi doldurub mənə verdikdə… “Borcum nədir?” dedim və aldığım cavab məni çooox düşündürdü… “Heç bir borcunuz yoxdur. Sağ ol ki, sahibkarlıqla məşğul olursuz, bizim büdcəyə pul gətirirsiz”… Dedim ay Allah mən yuxudayam… ya bu qardaşa nəsə olub?! Neysə… çox dərinə getmədən yenidən orta yaşlı xanıma yaxınlaşdım.

Xanım mənim anketimi və şəxsiyyət vəsiqəmin kopyasını alıb soruşdu: “Sizə təcili lazımdır?” məndə tipik “azərbaycan”lı kimi, “bələ çox təcilidir” dedim. Xanım nəzakətli gülüb, sabah səhər gəlib VÖEN ala bilərsiniz dedi… və cəmi bir günün içində mənə “bir qara qəpiksiz” VÖEN verildi. Bir pəncərə sistemi ilə.

Nəticə çıxarmadan Vergi ilə başıma gələn daha 2 insident barədə danışmaq istəyirəm.

Deməli German Studio-ın bir yaşı təzə tamam olmuşdu ki, Vergidən audit yoxlaması gəldi… gəlməlidirdə. Gəldilər, baxdılar, yoxladılar və məni söhbətə dəvət etdilər. Sahibkarların hər biri bələ “söhbətləri” yaxşı bilir. Əziz oxucu, söhbət zamanı mənimlə olan rəftar, biznes haqqında olan problemlər barədə söhbət və ümumi vergi rəsmisinin mövqeyi mənim çox xoşuma gəldi. Həm biznesi başa düşməyi, həm düzgün nəticələr çıxara bilmə qabiliyyəti… Şəxsən mən German yoxlamasına görə Vergidən narazı qalmadım – səmimi.

İkinci Vegilərlə illik söhbətim, bölgələrdə olan mağazamız üçün olub. Vergilər yenə hiss etdirib ki, məqsədimiz “öldürmək” deyil, sadəcə biznes qazancına görə Vergi ödəməlidir. Düz deyirlərdə… ödəməli deyilik?!)

Həmdə yadıma düşmüşkən deyim… Vergi işçiləri bəlkədə, bugün ölkəmizdə ən savadlı və bilikli məmurlardan ibarətdir. Digər dövlət strukturları ilə müqayisədə Vergi işçiləri daha iti düşünən və savadlıdırlar.

Əziz oxucu, ölkəmizdə olan Vergi sistemi bugün sahibkarların daha çox inkişaf etməsinə xidmət edir. İnanın mənə, dünyanın butün ölkələrində insanlar vergiləri sevmir. Bu təbiidir. Vergi axı, demək olar ki, bizneslə şəriklik edir, amma unutmaq olmaz – Rusiya, Ukrayna, Almaniya (bəli, bəli) ilə müqayisədə Azərbaycan vergi sistemi daha düzgün və sistemlidir. Sadəcə bizdə sahibkarlıq və Vergi ödəmə mədəniyyəti hələ tam orutmayıb.

Nə böhran, nə vergi, nədə FHN yeni biznes açılması üçün maniyə deyil, olada bilməz. Sadəcə hərəkətsizlik, tənbəllik, neqativ baxış bizi biznesnəsdən soyudur, soyuda bilər.

Birdə Rusiyanın ən böyük pərakəndə şirkətinin sahibi Serqey Qaliskinin fikri yadıma düşdü… “o yerdə ki, biznes mühit mükəmməldir… əmin olun ki, yeni biznes üçün bazar yoxdur və əksinə biznes mühit çətin olan yerlərdə biznes qurmaq üçün mükəmməl imkanlar olur”. Hərəkət edin, hər şey super olacaq!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close