image_pdfimage_print

Bugün yaxın dostlarımız dəvəti ilə ölkəmizdə keçirilən son dərəcə maraqlı aktivliklərdən biri olan #14sual bağlanış tədbirində iştirak edirdim. Tədbir son dərəcə maraqlı oldu… həm yeni adamlarla tanışlıq, həm mükəmməl gitara ifası, həmdə ümumi konsept çox xoşuma gəldi. Orada mənədə söz verdilər və məndən soruşdular ki, “Necə olur ki, belə ardıcıl şəkildə bloq fəaliyyəti ilə məşğul ola bilirsiniz?!” Mən orda buna düşündüyüm qədər sadə cavab verdim, istəyirəm bu bloq postda Sizə bloqun mənim üçün niyə prioritet olduğu barədə söhbət edim. Maraqlı osla oxuyarsınız.

İlk əvvəl qeyd etməliyəm ki, bizim bloq bugün ana dilimizdə ən çox yazısı olan bloqdur. Bu məni şox sevindirir. Eyni zamanda qürür hissi ilə deməliyəm ki, həftə ərzində, bloq vasitəsi ilə ən azı 10 e-mail alıram. Onların 99% “Çox sağ olun ki, belə maraqlı bloq yazırsınız…” sözü ilə başlayır. Amma əmin olun ki, mən bu bloqu yaratdığım zaman ümumiyyətlə bu sözün nə olduğunu bilmirdim (düzünü desəm indidə bilmirəm). Amma bir şeyi bilirəm ki, bloq mənim üçün çox faydalıdır.

Bizim bloq biznes sahəsində orta və üst menecment tərəfindən oxunmasını hiss edirəm, (həmçinin marketinqlə məşğul olan gənclər və tələbələr bizi oxuyur). Necə? Çox sadə işlə əlaqəli getdiyim butün şirkətlərdə bizim bloqu çox yaxşı tanıyırlar. Bu o deməkdir ki, oxuyurlar. Bloqun bizə müsbət təsirləri aşağıdakılardır:

  1. Biznes üçün. Bloq vasitəsi ilə biz çoxlu tanışlar əldə edirik. Bizi tanınırlar və Siz bilirsiniz ki, biznesdə tanışlıq çox vacibdir. Tanışlıqlardan istifadə edib öz biznesimiz üçün faydalar əldə edə bilirik. Yoxlayın… görəcəksiniz ki, super işləyir.
  2. Marketinq üçün. Bloq yazmaq üçün daim yeniliklərdən xəbərdar olmaq, çoxlu oxumaq və dünya görüşünü artırmaq lazımdır. Bizim bloq marketinq ağırlıqlı bloq olduğundan biz məcburən marketinq olan yenilikləri öyrənirik. Səbəb? Çünki öyrənməsək Sizinlə söhbət edə bilmərik.
  3. Şəxsi. Bloq məndə hal-hazırda xobbi səviyyəsindədir. Hal-hazırda mən bloq yazıram və bundan həzz alıram. Axı biz Sizinlə maskasız bloq yazırıq. Biz heç bir şəkildə bloqumuzu redaktə etmirik. Bəəəəli, bəli biz bilirik ki, bloq postlarımızda çoooxlu qramatik səhvlər var. Bəli var. Biz ana dilimizdə savadlı yaza bilmirik, amma əvəzində biz bloq yazmaqla istirahət edirik. Sizin üçün faydalı olursa super. Olmasada belə… axı biz burda elmi-publistik əsər yaratmırıq, biz sadəcə düşündüklərimizi paylaşırıq və bundan həzz alırıq.

Əziz oxucu, bloq olmasaydı biz həqin ki, Sizinlə tanış ola bilməyəcəkdik. Amma məhz bu bloq bizi birləşdirir, düzdür? Düşünürəm ki, sırf Sizinlə tanış olmağa görə bu bloqu davam etmək olar, hə?)

Diqqət etmişəm, ana dilimizdə bloq yazanlar çoxdur, amma onların 90% bir böyük problem var. Onlar ardıcıl deyillər. Onlara elə gəlir ki, onların buna vaxtı yoxdur. Amma əmin olun, bloq vaxt aparmır. Bloq bizə əlavə və faydalı vaxt qazandırır. İnanıram ki, bizim bloq daha oxunaqlı, daha maraqlı olacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close