image_pdfimage_print

Əminəm ki, çoxunuz iş vaxtı 18:01 olan kimi, “sumkasını” əlinə alıb işdən çıxan və ya 17:50-ən sonra verilən butün tapşırıqlara “bugün bitdi, sabah baxaram…” məntiqiilə işləyənlərlə yanaşan işçiləri görmüsünüz. Əlbəttə, əlbəttə ki, Siz elə deyilsiniz, çünki elə olsaydınız bizim bloqda Sizin xoşunuza gəlməzdi. Siz elə olsaydınız, çoxtan düşünərdiniz ki… “Bir bloqda bu qədər qrammatik səhv olar?!” və  bloqu oxumazdınız. Amma çox təəsüf ki, bizim şirkətlərdə hələdə belə işçilər var. İcazə versəniz bu yazıda belə işçilər barədə… və ya belə işləməyin nə qədər səhv olması barədə Sizinlə danışardıq. Başlayaq?!

Daha əvvəl yazılarımızda demişdik ki, marketinq sevgidən başlayır. Bəli, bəli, marketinq məhz öz peşəsinə olan sevgidən başlayır və əgər Siz gördüyünüz işi fanatik şəkildə sevməsəniz, güclü marketoloq olmağınız çətin, bəlkədə mümkünsüz olacaq.

Bizim işlər işə iş kimi yanaşmağı sevmir. Marketinq işlə yaşamağı, onunla daim birlikdə olmağı sevir. Bizim sənət 09-18 qrafikinin düşmənidir. Bu o demək deyil ki, marketoloqun şəxsi həyatı olmalı deyil. Qətiyyən yox. Sadəcə biz başa düşməliyik ki, iş bizimdir. Marketoloq özünü şirkətdə sadəcə marketinq meneceri (işçisi olaraq) deyil – şirkətin baş direktoru kimi görməlidir.

Dünən Marketinq Azərbaycan Qrupunda Baku Mall haqda bir paylaşım etmişdim… çox təəsüfləndim ki, yazılan kommentlərin bir qismi sadəcə ticarət mərkəzinin yerləşməsi haqda edi. Bu son dərəcə pisdir. Bu tənbəl marketoloq xasiyyətidir (bu yazını oxuyun – marketoloqlar haqda). Belə işçilər “18:01”-dən çıxanlarla demək olar ki, eyni xasiyyətdədir. Bilirsiz niyə?

  • praktikada… Marketoloq “sabit” olan amillərin üzərində danışmalı deyil. Nəzəriyyə deyir ki, marketinq 4P cavabdehdir… amma əslində marketinq meneceri şirkətə gəldikdə bu “P”lər artıq hazır olur. Deməli biz mövcud vəziyyətə uyğunlaşmalıyıq.
  • praktikada… işləməyən biznes yoxdur, bacarmayan adamlar, menecer var, tənbəllik var. İnanın mənə dünyada olan (eləcədə Azərbaycandada) ən güclü bizneslərə baxanda, ilk baxışdan mümkünsüz görünüb. Onu mümkün edən Siz marketoloqlar olmusunuz!
  • praktikada… marketoloq yalnız müştəriyə deyil, həmçinin sahibkarada marketinq etməlidir. Güclü marketoloqla, zəif marketoloqun ən böyük fərqi bilirsiz nədir?! Güclü inandıra bilir, zəif sadəcə danışır. Güclü marketoloq sahibkarı inandırmağa bacarmalıdır. Pis sahibkar yoxdur, işini bacarmayan marketoloq var.

Burda vacib bir məsələ var. Mən qətiyyən demirəm ki, ay marketoloq butün günü işlə. Yox. Həm işlə, həm yaşa. Amma işləyəndə ürəklə işlə. Bu haqda yazmışdıq.

Güclü marketoloq mütləq qaydada öz gücünə inanmalı və iş prosesinə həqiqi mənada ürəyini qoymalıdır. Belə olmadığı təqdirdə şərti BakuMallarda çalışan marketoloqlar tez-tez işlərini dəyişəcək. Hər dəfə işdən çıxanda sahibkarı qınayacaq, deyəcək filan yerdə ticarət mərkəzi olar!? Amma bir dəfədə olsun, deməyəcək ki, “ay qardaş bəs mən nə etdim!?” Bəs mən nə etdim demişkən… gedim işlərimi görüm. Tezliklə yənə danışarıq!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Meqale hec ne haqqindadir. Ruslar demiw, Ни о чем.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close