image_pdfimage_print

Hər birimizin həyatında ona ciddi şəkildə dərs vermiş insanlar var. Bu adamlar peşə olaraq müəllim olmasalarda etdikləri, öyrətdikləri həqiqətəndə bizim üçün böyük məktəb, böyük həyat dərsi funksiyasını daşıyır. Biz bu adamlardan öyrəndiklərimizin əsasında öz həyatımızı, yaşam prinsiplərimizi və təbii olaraqda xasiyyətimizi qururuq. Bu yazıda mən Sizinlə belə adamlar barədə, daha dəqiq dəsək məni həqiqi həyat dərsi vermiş 3 nəfərdən danışmaq istəyirəm.

Yazıya başlamazdan əvvəl deməliyəm ki, bu yazının hazırlanmasının əsas stimul verən güvvə, Sizində yaxından tanıdığınız, dostum Rafiq olub. Bu yaxınlarda bloq yazmaq haqqında söhbət edirdik və… Rafiq dedi ki, tezliklə belə bir bloq yazacaq. Məndə Sizdən nə gizlədim… dedim ki, sən yazana qədər mən özüm bunu yazacam.

P.S. Bu arada yazdığım bloqla Rafiq və Anar müəllimlərdən xahiş edirəm ki, öz həyat müəllimləri barədə bloq post yazsınlar. Gözləyirik!)

Deməli keçək əsas məsələyə… kimdir bu müəllimlər. Əziz oxucu, bildirməliyəm ki, indi bu bloqda Sizə danışdığım hadisəni daha əvvəldə demək olar ki, heç harda danışmamışam… və həyat müəllimlərimin heç biri bu haqda məlumatı yoxdur. Başlayaq?!

Həyat müəllimi – Teymur Məmmədov. Deməli “marketinq” sözünü mən təzə-təzə öyrənəndə… Teymur müəllim ölkəmizin ilk kreativ direktoru olaraq çalışdığı McCanndan çıxıb, Çüdo Peçkanın marketinq üzrə vitse-prezidenti çalışırdı. Mən o vaxt demək olar ki, heçnə bilmirdim (indikindən bir-az fərqli olaraq) və Teymur müəllimlə onların ofisində görüşdük. Teymur müəllim mənə öyrətdi ki, “İlkin verdiyin, dediyin butün təklifləri yazılı hazırla, əgər yazılı olmasa bu heç kim üçün diqqətli olmayacaq. Bundan sonra Teymur müəllim dedi ki, İlkin vacib deyil sən nə deyirsən… vacibdir sən necə deyirsən”. Bu əhvalatdan sonra mən PoverPoint, KeyNote kimi proqramlarla dostlaşdım və açığını bu mənim marketinq karyaramda böyük əhəmiyyətli oldu. Mən başa düşdüm ki, marketoloq gözəl təqdimat etməyi bacarmalıdır. Həm yazılı, həm şifayi!)

Həyat müəllimi – Məmməd Rza Habibzadə. Deməli… əsgərlikdən təzə gelmişdim… öyrəndiklərimi tam unutmuşdum. Əslində onsuzda elə bir şey bilmirdim…, amma əsgərlik ümumiyyətlə İQ – 0 endirmişdi (buna baxmayaraq çox xoşbəxtəm ki, əsgərlikdə olmuşam, hamıya tövsiyyə edirəm). DNS şirkəti işçi axtarırdı (indi axtarmasın) – məndə CV verdim. Məni intervyudur-nədir ondana çağırdılar. İntervyuya gedənə qədər elə bilirdim ki… marketinqi sözünü məndən yaxşı bilən yoxdur, “poçti” yaxşı bilən yoxdur. İlk olaraq məni sual-cavab edənlərin suallarına rahatlıqla cavab verdim… sonda məni Məmməd Rza bəy intervyu etməyə başladı… nə başladı. “Aşsüzən” necə olur… bilirsizdə?! Təxminən elə bir vəziyyətdə oldum. Marketinq haqqında mənə elə suallar verdi ki, başa düşdüm ki, ali məktəb vacib deyil, vacib olan həyatı, biznesi düzgün başa düşməkdir. Vacib deyil, Almaniyada, Rusiyada, Azərbaycanda və ya nə bilim harda təhsil almısan. Bizim sahədə praktika və məntiqi düşünmə qabiliyyəti olmalıdır. Məmməd bəy məni başa saldı ki, biznes sadəlik üzərində inkişaf edir. Dərinə gedib, nəzəriyyə öyrənməyin… sadəcə danışdığın və dediyin sözləri bil, başa düş və tətbig et.

P.S. Bu arada indi bizneslə bağlı Məmməd bəylə tez-tez görüşürük. Amma bugünə qədər deməmişəm ki, Siz mənə gözəl marketinq dərsi keçmisiz. Gizlədirəm. Sizdə özünə deməyin!))

Həyat müəllimi – Məhşur Məmmədov. Deməli Embawood təzə çalışdığım vaxtlar edi… və şirkətin ən az prioritet olduğu sahədə marketoloq olaraq çalışırdım. Demək olar ki, hər gün Emba sahiblərindən olan Məhşur müəllim bizim otağa gəlirdi. Bu adətən səhər 10-11 radilərində olurdu. O otağa girirdi və masanın üzərində olan materiallara baxırdı və bizdən işlər necə gedir… deyirdi. Sözün açığı mən hələ öyrənirdim və demək olar ki, işlə məşğul olmurdum. O vaxt mən satış menecerlərin idarəedilməsi və ümumi müştərilərlə münasibətlərin qurulması üçün müştəri kartı təklif etmişdim. Məhşur müəllim otağa girdi və mən bu haqda ona məlumat verməyə başladım… o məni dinləyə-dinləyə müştəri kartına baxdı və çox yaxşı deyib… otaqdan çıxdı. Ürəyimdə dedim ki, həqin heç başa salada bilmədim…

Növbəti gün iclasda Məhşur müəllim gözlənilmədən məni yanına çağırdı və müştəri kartını əlinə götürüb satış menecerlərini bunun vacibliyi barədə danışmağa başladı… Əziz oxucu, inanın səmimiyyətimə müştəri kartını ələ mükəmməl formada izah etdi ki, öz hazırladığım kağızın əhəmiyyətini, özüm yalnız orda başa düşdüm. Satış menecerləri isə… sadəcə ŞOK-da edilər. Məhşur müəllim öz riyazi düşüncəsi ilə mənə sadəcə dərs keçdi – Hər bir şeydə birinci məntiq olmalıdır. Bu hadisədən sonra əmin oldum ki, sahibkar, biznesmen olmaq üçün ilk əvvəl riyazi düşüncəyə sahib olmalısan. Belə olmasa… uzunmüddətli biznesdən söhbət gedə bilməz və s. Birdə başa düşdüm ki, biznesin üstündə durmasın… irəli getmək mümkün deyil.

Çox zaman deyirlər ki, nədi yerli sektor lideri olan şirkətlərinin uğur səbəbi?! Heç düşünmədən deyirəm – SAHİBKARlar çox ağıllı və dahi insanlardır! Təbii ki, söhbət burda monopoliyadan kənar bizneslərdən gedir. Neysə… bu haqda növbəti bloqlarda… indisə Sizlərdən xahiş edirəm – öz həyat müəllimlərinizi seçin və unutmayın!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. […] Sağ olsun, Ikin müəllim daha cəld tərpənərək bu mövzu haqqında dəyərli fikirlərini yazısı ilə bizimlə bölüşdü və daha sonra Anar Bayramov digər bir maraqlı yazı ilə həyat […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close