image_pdfimage_print

Əziz oxucu! Sevinərək məlumat vermək istəyirəm 26-27 mayda Azərbaycanda artıq üçüncü dəfə ölkənin ən böyük marketinq tədbiri olan Milli Marketinq Forumu təşkil edilir. Tezliklə biletlər satışda olacaq.

Bu dəfə ki, Forum həm mövzuları, həm təşkilatı istiqamətləri, həmdə ümumi konseptinə görə son dərəcə fərqli bir tədbir olacaq. Sirr saxlaya bilirsinizsə, aşağıdakıları oxuyun – AMMA heç kimə deməyin, yaxşı!?)

Ilk əvvəl qeyd etməliyəm ki, Milli Marketinq Forumu özü-özlüyündə son dərəcə zəhmət tələb edən, amma bir o qədər qürür verici bir tədbirdir. Çox sevindirici haldır ki, məndə bu tədbirin təşkilatı komandasında öz yerimi almışam. Biz artıq bu Forumu 3-cü ildir edirik və hər dəfə hazırlıq prosesi başlayanda düşünürəm və əmin oluram ölkəmizdə marketinqin inkişafı üçün edilən istənilən yenilik faydalı və çox lazımlıdır. Biz istər Anar müəllim, istər Rafiq müəllim, istərsədə mən bir mənalı şəkildə əminik ki, marketinqdən qazandıqlarımızı geriyə marketinqə qoymaq lazımdır. Belə olduğu zaman daha müsbət nəticələr əldə etmək olur (!)

Əziz oxucu Milli Marketinq Forumu özündə 6 paneli əhatə edəcək. Başqa sözlə desək biz MMF2015 çərçivəsində milli marketinqin 6 istiqaməti barədə söhbətlər edəcəyik. Panellərdə olan ümumi mövzulara baxmayaraq ölkənin biznes mühitinə və təbii olaraqda marketoloqları düşündürən ən vacib məsələ olan – böhran anlayışı öndə olacaq.

Forumda biz böhranlı idarəetmə barədə danışsaqda konseptimiz – “Olimpə doğru” adlandırılır. Spikerlər öz prezentasiyalarında istər biznes, istər şəxsi marketinq karyeralarında olimpə gedən yollar barədə ətraflı məlumatlar verəcəklər. Praktik məlumatlar. Düşünürəm ki, bu dəfə olacaq Forum istər panellərinə görə, istərsədə ümumi moderator-spiker tərkibinə görə kifayət qədər güclü və effektiv olacaq. Nə ilə müqayisədə!? Çox təəsüf ki, biz müqayisənin yalnız özümüzlə edə bilirik. Çox təəsüf ki, bugünə qədər ölkəmizdə MMF2013, MMF2014 və indi danışdığımız MMF2015-ən başqa bir dənədə olsun, marketinq aktivliyi tətbig edilməyib.

Sizdə sual yarana bilər… bəs necə olur ki, biz Milli Marketinq Forumunu təşkil etmək üçün vaxt, enerji tapırıq. Axı bu Forumun təşkilatçılarının hər biri aktiv biznes fəaliyyəti ilə məşğul olur. Bunun səbəbi çox sadədir. Biz sevdiyimiz işləri edirik. İnsan sevdiyi işi etdikdə bu sadəcə həzz istirahət kimi görünür. Bundan başqa mən Sizə bir sirr açmaq istəyirəm.

Bugün Azərbaycanda etdiyimiz marketinq aktivlikləri bizdə sinerji effekti verir. Bizim etdiyimiz hər bir yenilik, əslində daha əvvəl etdiklərimizin məntiqi davamıdr. Dİqqət edin:

  • Marketinq AİR – ölkənin ilk praktik marketinq təlimləri. Artıq 6-cı dəfə keçirilən və 300-ən çox məzunu olan təlim istiqaməti bizim üçün çoxlu əlaqələr, marketinq bazası yaradıb. Marketinq AİR bizim butün marketinq aktivliklərimizin fundamentidir;
  • Marketinq Azərbaycan Qrupu – Azərbaycanda aktiv marketoloqları və marketinq sevərləri bir araya yığa bilib. Bu qrup vasitəsi ilə biz tez-tez ölkə marketoloqları ilə görüşlər, bayramlar keçiririk. Bunun nəticəsində biz daim aktivik və ətrafımıza çoxlu enerjili dostlar yığa bilirik;
  • Facemark.az saytı vasitəsi ilə biz marketinq aləmində olan xəbərləri Sizlərə maksimum tez-tez çatdıraraq daha effektiv təbliğat silahına sahibik. Muasir dövrdə informasiya sahibi, demək olar ki, çox şeyin sahibinə çevrilə bilər;
  • Facemark.tv onlayn marketinq televiyazı hesabına biz daha sistemli şəkildə video kontent yarada bilirik. Bu çox vacibdir ki, ana dilimizdə marketinq haqqında məlumatlar olsun;
  • Anar müəllimin, Rafiq müəllimin daim yenilənən şəxsi bloqlarının olması. Biz öz biliklərimizi hər zaman paylaşmağa hazırıq və ən əsası bu bilikləri paylaşdığımız zmana qətiyyən “maska” taxmırıq. Məsələn, mən öz bloquma korrektor tutmuram, çünki mən boynuma alıram ki, ana dilimizdə pis yazıram. Olurda… əsas odur ki, savadsızlığımı qəbul edirəm. Gizlətmirəm!)
  • Milli Marketinq Forumu artıq üçüncü dəfə keçirilir. Biz öz prinsiplərimizdə ardıcılıq… biz daim ölkəmizdə marketinqin inkişaf etməsinə xidmət edirik. Bu prosesdə çoooxlu səhvlər edirik, amma əsas odur ki, biz nələrisə edirik. Bi yerimizdə durmuruq, hər dəfə daha yaxşısını etməyə çalışırıq. Düzdür?!)
  • Ali məktəblərdə marketinq tədris edirik. Biz öl biliklərimizi yalnız Marketinq AİR vasitəsi ilə deyil, həmçinin ölkənin aparıcı iqtisadi təhsil ocağında mühazirələr deməklədə aparırıq. Marketinq haqda mühazirə demək superdi, çünki biz görürük ki, ali məktəblərdə real biznes, akademik təhsil arasında üçurum var.

Əziz oxucu, bizim gücümüz mütləq şəkildə hansısa aktivlikləri kompleks şəkildə həyata keçirə bilməkdədir. Əlbəttə, bu bloqda 100 dəfə gözəl bloq hazırlamaq olar…, əlbəttə Facemark.tv-ən yaxşı marketinq televiziyası yaratmaq olar, əlbəttə Marketinq təlimi etmək olar… amma butün bunları bir arada, “topdan” etmək çox çətindir. Sağ olun ki, bu istiqmətlərdə bizimləsiz. Bizə dəstək verirsiniz. Dəstək demişkən… biz Milli Marketinq forumna heç bir şəkildə sponsor axtarmırıq… amma dəstək olmaq istəyən dostlara hər zaman çox sağ ol deyirik.

Əminən ki, Milli Marketinq Forumu bu dəfə daha maraqlı və ən əsası ölkə marketinqi üçün faydalı olacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

4 Comments

  1. 28 Cinema kassalarından bilet almaqla

  2. İştirakçılara forumda iştiraki ilə bağlı hər hansı bir sənəd təqdim olunacaq? Yani sertifikat və.s

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close