image_pdfimage_print

Son vaxtlar qızımın birinci sinifə hazırlaşması ilə əlaqəli olaraq demək olar ki, butün “baza” biliklərimi təkrar edirəm. Qızıma nəyisə izah etmək üçün məcbur olub… “heyvanlar aləmi”, “bitkilər”, “ağaclar” haqqında biliklərimi əməlli-başlı artırmışam… AMMA görəsən bu məlumatlar həqiqətəndə lazımdırmı?! İstəyirəm bugün Sizinlə peşəsindən asılı olmayaraq vacib hesab etdiyim biliklər barədə fikirlərimi Sizinlə danışım.

Əziz oxucu, mütləq deməliyəm ki, aşağıda yazdıqlarım heç bir şəkildə “mütləq belədir” sözü deyil. Bu sadəcə mənim gördüyüm və doğru olduğuna inandığım məsələlərdir. Son nəticəni əlbəttə, özünüz çıxaracaqsınız.

İlk əvvəl demək istəyirəm ki, həyatda uğur qazanmağın və ya çalışdığın peşədə bacarıqlı olmaq üçün ən vacib məsələ sevdiyin işi görməkdir. Əgər Siz öz peşənizi sevmirsinizsə bu sahədə uğurlu olacağınıza mən inanmıram. Burada iki məsələ vacibdir: sevdiyin işi görmək və daxili keyfiyyətlərinin çalışdığın peşəyə uyğun olması. Dediklərimi misallarla izah edim.

Sevdiyin işi görmək barədə.

İstənilən peşədə uğur qazanmaq üçün bu sahə ilə əzmlə məşğul olmaq lazımdır. Hansısa bir işlə səthi məşğul olmaqla uğurlu olmaq heç bir zaman uzunmüddətli ola bilməz. Başqa sözlə desək Siz futbolda Ronaldo olmaq istəyirsinizsə mütləq qaydada gece-gündüz məşq etməlisiniz. Əgər Siz Teymur Rəcəbov və ya Şəhriyar olmaq istəyirsinizsə mütləq şahmatı sevməlisiniz.

Yadıma gəlir Teymurun butün tay-tuşları yarışdan sonra futbol oynadığı zaman Teymur atası və məşğçiləri ilə bitmiş oyunlarını təhlil edirdi… Bunu Teymur ona görə edirdi ki, o bu işdən sadəcə həzz alırdı. Necə ki, balaca uşaq cizgi filminə baxmaqdan həzz alır…, ələcədə Teymur şahmat oynamaqdan həzz alırdı. Əlbəttə, Teymur həmdə buna görə Qinnes kitabına düşün nadir Azərbaycanlılardan oldu.

Əgər biz marketinqi sevməsəydik heç bir zaman Marketinq AİR təlimləri, Milli Marketinq Forumu (bu arada Forum yaxınlaşır) və ya FMR TV ola bilməzdi. İstər Anar, istər Rafiq müəllimlər marketinqi çox sevirlər, məhz marketinqə olan sevgi onlara imkan verir ki, belə uğurlu və güclü menecer-marketoloq ola bilirlər.

Daxili bacarıqlara gəldikdə… hesab edirəm ki, 21-ci əsrin ən vacib bacarığı – məntiqi düşünməkdir. Ətrafımıza baxaq…

  • Həkimlərin etdiyi əməliyyatlar çox sadə məntiqin üzərində qurulur;
  • Marketoloqların etdiyi dahi brendinq elementləri insan instinklərindən baş verir;
  • Menecerlərin idarəetmə qərarları ehtiyyaclar piramidasına söhkənir;
  • Anbar sistemi sadə riyazi düşüncə ilə aparılır
  • IT, fizika, kimya qanunları… çox sadə məntiqlə izah edilə bilir və s.

Əziz oxucu, həyatda mükəmməl olan hər şey sadə məntiqi dayanır. Düşünürəm ki, uğurlu peşə sahibi olmaq üçün lazım olan ən başlıca daxili keyfiyyət məntiqdir. Bəs məntiqi necə aşılamaq olar?

Düşünürəm ki, bugün məntiqi formalaşdırmağın ən yaxşı yolu – şahmat və riyaziyyatla məşğul olmaqdır. Hər ikisi insanda düzgü və sistemli düşüncə qabiliyyəti yaradır. Gendən gələn üstünlüklər olduğu zaman şahmat super beyin açıqlığı bəxş edir, təbii ki, ciddi məşğul olanan zaman. Amma əgər… gendən gələn üstünlük yoxdursa…, şahmat yenədə böyük imkandır. Tövsiyyə edirəm ki, övladlarınızı mütləq şahmata meylli edəsiniz. Yadıma düşmüşkən… burada valideyn missiyası uşaqda şahmat sevgisi yarada bilməkdir.

Məhz bu iki xüsusiyyət: gördüyün peşəyə olan sevgi və məntiqi düşüncə həqiqətəndə uğurlu insan olmaq üçün vacibdir. Birdə Sizə üçüncü bir faktor deyim… amma öz aramızda qalsın, yaxşı?!)

Düşünürəm ki, yuxarıda dediyim 2 amil başqa birdə idman xarakterinin olması çox vacibdir. Buna bəzən “paxıllıq” hissi və ya yaxşı mənada rəqabətdə demək olar. Bu haqda daha əvvəl Sizinlə söhbət etmişdik… sadəcə yadınıza salıram.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close