image_pdfimage_print

Ətrafınıza baxın… görün insanların əllərindən telefon düşürmü?! Diqqətlə baxın, görün onlar bu həyatla yaşayırlarmı? “silahlı” baxın… görün ümumiyyətlə bu həyatdan həzz almaq onlaynsız mümkündürmü?! Mən bu yazıda Sizinlə dünyamızın maraqlı tendensiyalarından danışacam. Əminəm ki, Sizlərdə bunu müşahidə edirsiniz.

Daha əvvəl mən facebookşunaslar, və ya ümumi olaraq facebook xəstəliyindən danışmışdım… indi daha dərinə gedərək bu xəstəliyin fəsadlarından söhbət edəcəm. İcazə verin bir başa olaraq öz müşahidələrimi Sizlərlə bölüşüm.

8 mart günü təbii olaraq sevdiyim qadınla birlikdə bir restorana getmişdim. Ümumi yemək, restoranın ba-havası son dərəcə yaxşı görünsədə… qarşımızda olan masa diqqətimi çox çəkirdi. Masada bir qalstuklu oğlan cavan bir xanımla söhbət edirdi. Hiss edilirdi ki, bugün onlar üçün çox əhəmiyyətlidir. Bir anda ofisiant masaya gül buketi gətirdi və oğlan buketi alıb xanıma təqdim etdi. Buna paralel olaraq oğlan cibindən bir üzük çıxarıb xanımada uzatdı və… və olacaq bundan sonra başladı. Sizcə xanım bu addımları görüb nə reaksiya verdi?! Bəli, bəli və bəli. Xanım əlində gəzdirdiyi telefonu oğlana verib, şəkil çəkməsini istədi. Qızın əlində gül müxtəlif formalarda durdu – 100% bu şəkil Facebook və ya İnstagram üçün çəkilirdi…

Dərs dediyim ali məktəblərdə tələbələrin 99% dərs zamanı ən azı 5 dəfə telefona baxırlar. Siz elə bilirsiz onlar bunu ehtiyyacdan edirlər?! Qətiyyən! Sadəcə onlar üçün FB, İnstagramda olan “like”, “kommentlər” maraqlıdır. Onlar “like”lar dunyasında yaşayırlar. Onlar offlayn həyatda istədikləri həzzi ala bilmirlər.

Əziz oxucu, düşünürəm ki, telefon əlində yaşamaq bizə əlavə stresdən, lazımsız nervilərdən başqa bir şey qazandırmır. Bu çox pisdir. Bu o deməkdir ki, biz istədiyimiz kimi həyat yaşaya bilmirik. Heç bir şəkildə razı deyiləm ki, 21-ci əsrdə belə olmasan yaşaya bilməzsən. Heç bir şəkildə razı deyiləm ki, muasir biznes bunu tələb edir və s.

Sonda Sizə bir hadisə danışmaq istəyirəm. Bir dəfə Almaniyada Siemens AG mərkəzi ofisində stajirovkaya getmişdim. Mənə təcili e-mail lazım oldu və Siemens-in mərkəzi ofisində marketinq meneceri vəzifəsində olan bir almandan xahiş etdim ki, mənə köməklik etsin. O razılıq verdi və mən onu PC-ən öz e-mailimə girməyə çalışdım. Mənim e-mail adresim ondada, hələdə mail.rudadır. Mən nə qədər çalışdım… mən e-mailə daxil ola bilmədim. Marketinq rəhbərinə dedik ki, Sizin kompyuterdən internetə giriş imkanı yoxdur. O buna çox təccübləndi və IT zəng etdi. Nəticədə məlum oldu k, “qardaşın” kompyuterindən artıq 2 aydır internetə girmək olmur, ancaq intranet və şəxsi mail işləyir və rəhbər bunu hiss etmir. O öz işinə o qədər alüdə olub ki, heç bilmir ki, onun kompyuteri işləmir və s.

Öz aramızda bizdə FB kompyuterdən 10 dəqiqə kəsəndə hamının xəbəri olur!)

Düşünürəm ki, sosial şəbəkələrdən maksimum uzaq və ya sosial şəbəkələri optimal istifadə etmək lazımdır. Nəyin ki, lazımdır, bu şərtdir!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close