image_pdfimage_print

Bugünlərdə başım o qədər qarışıqdır ki, hətta bloq yazmaq, Sizinlə söhbət etməyə belə vaxt tapa bilmirəm. Amma düşünürəm ki, bəzi məsələlər var – biz mütləq Sizinlə səmimiyyət etməliyik – danışmalıyıq. Bugünlərdə Mingeçevirdə bizim üçün böyük hesab edilən yeni mağazamızın açılışı etapındayıq. İstəyirəm Sizə bu istiqamətlərdə yaşananlar barədə söhbət edim.

İlk əvvəl qeyd etməliyəm ki, Milli Marketinq Forumun təşkilatı işləri ilə bir araya düşdüyü üçün, bugünlərdə Forumun təşkilatı komandasına dəstək verə bilmirəm. Bu məni çox utandırır… AMMA ruslar demiş “ничего личного, только бизнес!”. İnanıram ki, yaxın dostlarımız Anar və Rafiq müəllim məni bağışlayar. Həmçinin bugün Marketinq AİR təlimlərinin diplom verilmə prosesində iştirak etmədim… AİRçi dostlarımız bilir ki, mən onları çox sevirəm… sadəcə işlər çox oldu!

Keçək yazımıza. Mingeçevirdə olan yeni mağazamız demək olar ki, 2500 kv.metri əhatə edir. Mağazada mebellə yanaşı, məişət texnikasıda təklif ediləcək. Digər bölgələrdə olan mağazalarımızın ərazisi bu qədər olmadığı üçün bu mağazaya olan yanaşmamız tam fərqli oldu. Maraqlıdırsa Sizə bu haqda daha ətraflı danışım.

Niyə krizisdə mağaza açıldı?

Bunun səbəbi o deyildi ki, bizim pulumuz çoxdur. Yox, 100% yox!) Bu zamanda bölgələrdə çoxluuuu mağazalar bağlanır, bunu biz hər gün hiss edirdik və Mingeçevir layihəsi ən azı 8-9 ay öncə beyinlərimizdə var edi. Layihəni biz başlamadıqdan 15 gün sonra, manatın devalvasiyası oldu, böhran baş verdi… düşünün, işi “poçti” başlamışıq… və manat devalvasiya olunur, uzunmüddətli istifadə mallarının bazarı isə Sizində bildiyiniz kimi zəifləyir.

Bu anda bizim qarşımızda iki alternativ durur: ya biz düşünürük ki, ziyanın yarısındanda qayıtmaq xeyrdir və layihəni saxlayırıq, ya da biz sadəcə heç nəyə baxmadan ayağımızı qaza qoyuruq. Biz “yumşaq desək” birinci seçmədik və nəticədə bölgənin ən böyük mebel və məişət əşyalarını bir arada təklif edən pərakəndə ticarət obyekti 01 mayda açılır. İstəyirsiz bir-az marketinq – brendinq barədə danışım.

Niyə EVİN?

İlk əvvəl proyekti daha əvvəl olan mağazalarımızın adından fərqləndirmək istəyirdim. Bizim mağazalar EVİN adlanır, düşündük bu adı bir-az fərqli edib “S” herifini artıraq və Sevin olsun, yəni sənin evin. Amma bu konsepsiya çox gözəl olsada, son anda gücümüzü parçalamamağa və Mingeçevir mağazasınıda EVİN olaraq açmağa gərar verdik.

EVİN demişkən… təxminən 20 gün bundan əvvəl Rafiq müəllim EVİN üçün mükəmməl sloqan verdi. O qədər xoşuma gəldi ki, anında istifadəyə başladım. Rafiq müəllim “öz EVİN kimi…” konsepsiyasını təklif etdi. İndidə bizim butün reklam posterlərimizdə “öz EVİN kimi…” yazılır. Anar müəllim bu söhbətlərin canlı şahididir.

EVİN dedikdə biz təklif etdiyimiz məhsullarla müştərilərimizə ev konsepsiyası təklif edirik. Yalnız mebel deyil, həmçinin mebel və məişət texnikası. Düşünürük ki, bununla biz daha rahat seçim təklif etmiş oluruq.

Niyə böyük ərazi?

Mən Avropada, əsasənda Almaniyada olduğum zaman, orda olan mebel salonlarına həsədlə baxıram. İstər XXXLutz, istər Kika, istərsədə Hoeffner kimi satış nöqtələri mənim arzum olub. Mingeçevir mağazası Azərbaycan, bölgə standartlarına görə kifayət qədər böyük və çeşidi çox ticarət obyektidir. Düşünürəm ki, burada istədiyimiz konsepsiyaları həyata keçirə biləcəyik.

Mebel satışı prosesində çeşid çoxluğu, ümumi konseptin doğruluğu çox vacibdir. Bugün ölkəmizdə mebel dediyimiz zaman ilk ağla gələn brend olan Embawood xaricində ölkədə sistemli mebel pərakəndəçisi yoxdur. Bu sahə mənim üçün çox maraqlıdır. Bu işdən sözün həqiqi mənasında həzz alıram. Bu arada məndən demək, sevdiyiniz işlə məşğul deyilsinizsə, uğurlu olmaq şansınız yarı-yarı azalır.

Problemlər

Əlbəttə iş olan yerdə çoxluuu problemlər olur. Bunlar heç bir şəkildə bizi qorxutmalı deyil, hətta motivasiya etməlidir. Bölgələrdə biznesin ən böyük dərdi personalın tapılmasıdır. Bu 100% böyük problemdir. Düşünün ki, elementar xadimədən tutmuş kvalifikasiyalı menecerə kimi insanlar həyata baxışları son dərəcə neqativdir. Bu ümumi ab-havaya təsir edir. Hətta, biz burda heç ixtisas biliklərindən danışmırıq.

Həmçinin reqionlarda məmur məntiqi hələdə keçmiş illərdə qalıb, onlara hələdə elə gəlir ki, kimsə bölgədə bizneslə məşğuldursa deməli bunlara borcludur və s. Bu əlbəttə ki, düzgün və sistemli yanaşma deyill. Amma buna baxmayaraq biz əminik ki, zəhmət olduğu zaman uğurlu biznesi hətta böhran olduqda belə qurmaq olar. Zaman-zaman Sizlərə ümumi işlərimiz barədə məlumat verəcəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close