image_pdfimage_print

Bilirsiniz pərakəndə satışla digər bizneslərin fərqi nədədir? Bəs Sizcə necə olur ki, istehsalçılar, topdançılar pərakəndədə, pərakəndəçilər isə istehsalda uğurlu ola bilmirlər? Bizcə bunun səbəbi aşağıdakılardadır…

Mənim pərakəndəçiliklə ilk tanışlığım Embawood-a olub. İlk əvvəl deyim ki, Embawood çalışdığım vaxtlar şirkətin istehsalçı məntiqində pərakəndəçi məntiqinə keçdiri dövrləri xarakterizə edirdi. Biz daxil olduğumuz Embawood istehsalçı kimi, dəyişdirəcəyimiz Emba isə pərakəndəçi olmalı edi. Bu çox çətin edi… çünki:

  • Şirkət gözünə açandan istehsal məntiqi ilə çalışırdı və mağazaçılığa investitsiya qoyuluşu məntiqsizlik hesab edilirdi. Axı necə ola bilərdi?! Mağazaya pul qoyunca bəlkə fabriki gücləndirmək lazım edi?!
  • Şirkətin işçi bazası tam olaraq istehsal və topdan satış məntiqi ilə çalışırdı. Şirkət personalı pərakəndəçiliyə öyrəşməmişdi. Hətta daha konkret desək, şirkət bunu sevmirdi, çünki ondansa topdan mal dağıtımı daha sadə görünürdü;
  • Reklam (marketinq) və IT infrastruktutu pərakəndəçilik üçün yararsız edi. IT platforması tam istehsal şirkəti üçün edi. Şirkət düzgün prioritetlər verə bilmirdi çünki pərakəndəçilik üçün prioritet olanlar, istehsal üçün mənasız görünürdü.

Dediklərimiz və demədiklərimiz 10-larla problemlərin içində olduqdan sonra başa düşdüm ki, pərakəndəçiliyin gücü yalnız və yalnız xırda detallardadır. Bu vacibdir. Biz bilməliyik ki, hər bir xırda detal pərakəndə ticarətdə vacibdir.

Bugün çox yaxınlarda açılacaq yeni mağazamız haqqında söhbətlər etdiyimiz zaman bir daha əmin oldum pərakəndə biznesdə xırda detallar nə qədər vacibdir. Elementar mağaza işıqlandırılmasından tutmuş, personalın vizitkasına qədər bir-başa olaraq satışlara təsir edir. Təsir edə bilər.

Heç bir istehsalçı başa düşə bilməz ki, mağazada olan ön cəbhənin təmizlik dərəcəsi satışlara necə təsir edə bilər.

Heç bir istehsalçı başa düşməz ki, niyə görə pərakəndə biznesdə satıcının gözəl gözləri və ya cəlb edici görkəmi satışı azalda və ya tam əksinə artıra bilər. Nə olanda necə olur?!

Yadıma düşür German Studio-da bir çox vacib müştəri xanım, salon daxilində olan xırda insidentə görə mağazanı tərk etdi. Müştəri xanıma elə gəldi ki, salonda olan xanım ona paxıllıq edir. Əlbəttə belə bir hal yox edi… amma satıcının buraxdığı cüzi səhv VİP müştərini bizdən geriyə apardı. Belə hallar pərakəndəçilikdə çox vacibdir.

Dünyada pərakəndəçilik dediyimiz zaman mənim ilk ağlıma gələn biznes ölkə kimi Almaniya yada düşür. Bu ölkə pərakəndəçiliyin bir neçə vacib istiqamətləri üzrə demək olar ki – məktəbdir. Məsələn, almanlar bilirlər ki:

  • Kateqoriya killer nəcə təşkil etmək olar. Almaniya butün dünyaya bir kateqoriya bazında işlərin necə düzgün təşkil edilməsini göstərə bilir. Öz dm, rossman kimi brendləri ilə;
  • Diskonter kateqoriyasını necə təşkil etmək olar. Aldi, LİDL, REWE kimi brendləri təhli etsək aydın şəkildə münasib qitmətə necə məhsul satmaq suallına cavab tapmaq olar. Bu arada eyni şeyi Media Marktda gözəl bacarır;
  • Universal mağazalar necə olur. Əlbəttə burdada Almanlar çox güclüdülər. Kaufhof, Karstadt, Muller kimi pərakəndə şəbəkələri universal mağaza məntiqinin gücünü bazarda göstərə bilir.

Əziz oxucu, pərakəndə biznesin digər sektorlardan fərqləndirən əsas xüsusiyyəti məhz xırda detalların vacibliyidir. Satış, ticarət əhvalla bir-başa təsirlidir. Məhz buna görədə Azərbaycanda ən az monopiliyalaşmız sektor hansıdır desək, ağlımıza əlbəttə pərakəndə ticarət gəlir. Çünki biz pulla, siyasi güclə çox şeyə nail ola bilərik, amma mağazada olacaq satıcının gülüşünü təkrarlamaq demək olar ki, mümkünsüzdür. Pərakəndəçiliyin gücü məhz xırdaçılıqdadır və ya kiçik detallardadır. Bəlkədə buna görə pərakəndəçilikdə şirkət sahibləri, məhz biznesin idarəedilməsində bir başa iştirak edirlər.

Sonda qeyd etmək istəyirəm Azərbaycanımızda butün sektorlar üzrə pərakəndə satışın vəziyyəti ürək açan deyil. İstər gündəlik təsərüfat malları satışında, istərsədə digər məhsullarda boşluqlar, zəif biznes proseslər hiss edilir. Çox ümid edirik ki, tezliklə Azərbaycandada pərakəndə ticarət daha üst idarəetmə məntiqinə gələ biləcək.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close