image_pdfimage_print

26-27 may, artıq üçüncü il, ölkəmizin ən böyük marketinq tədbiri olan Milli Marketinq Forumu keçiriləcək. Foruma biletləri 28 Cinema kassalarında artıq əldə etmək olar. Sizə əminliklə deyirəm ki, bu dəfə Forum super olacaq.

Bilirsiz niyə?!

“Ona görə ki…”lərə keçməzdən əvvəl Sizlərə bir çox sadə həqiqəti xatırlatmaq istəyirəm: Əziz oxucu, hansısa bir prosesdə uğur qazanmaq üçün mütləq və mütləq əziyyət çəkmək lazımdır. Əziyyət çəkmədən, hansısa bir uğura uzunmüddətli zaman kəsiyində layiq olmadan sahib çıxmaq demək olar ki, mümkün olmur. Mən Milli Marketinq Forumun təşkilatçılarından biri kimi, məhşur AİR komandasının bir üzvü kimi, bu tədbirlərə çəkilən zəhməti görürəm… və əminliklə deyirəm ki, bu tədbir super olacaq. Ən azı ona görə ki, bu Forumun keçirilməsi üçün çox böyük əziyyət çəkən komanda var.

Milli Marketinq Forumu ölkəmizdə marketinqin inkişafını bir üst səviyyə qaldırmaq üçün son dərəcə vacib tədbirdir. Əgər hansısa xarici marketinq təlimi və ya forumu ölkəmizə gələrək menecerləri “loxlamaq” yolu ilə pul qazanmaq istəyirsə, Milli Marketinq Forumunda məqsəd son dərəcə sadə və aydın seçiləndir – Azərbaycanda Marketinqi İnkişaf etdirmək!!!

Özünüz diqqət edin…

  • 28 Cinemada 2 gün tam olaraq zalın icarəyə götürülməsi;
  • Sosial şəbəkələrdə çox saylı video, çap xarakterli məlumatların emal edilməsi;
  • Forum zamanı iştirakçılara pulsuz nahar yeməyinin və fasilələrdə sərinləşdirici içkilərin verilməsi;
  • Forumdan xatirə olsun deyə… hədiyyə paketinin hazırlanması;
  • Forum zamanı spikerlərin səlis və sistemli danışması üçün təhçizatçıların öz zamanları əsirgəmən spikerlərlə görüşlərin keçirilməsi;
  • Forum kimi iri miqyaslı tədbirin keçirilməsi üçün… 10larla problemlərin həlli… (bu arada problemlər daim Sizində bildiyiniz üç nəfərin üzərində qalır…);
  • Forumun video, foto hesabatlarının hazırlanması;
  • Forum haqda gənclərin xəbəri olsun deyə, FB reklamların verilməsi və…

və bunun qarşısında cəmi 40 manat ödəniş almaq.

Bu arada bizim tədbirlərdə demək olar ki, heç vaxt sponsor olmur. Bizə dəstək verən dostlar olur, bizi başa düşənlər olur, amma biz heç vaxt sponsor axrarmırıq… bunu etmək istəyənlər olur. Biz bəzən buna razı oluruq… amma bu layihələrin heç biri, nə Marketinq AİR, nə Milli Marketinq Forumu, nə Facemark… bizim üçün qazanc mənbəyi deyil. Olmayacaqda. Biz sadəcə marketinqdən qazandığımızı marketinqə qaytararaq onun borcundan çıxırıq.

Milli Marketinq Forumun hər bir menecerinin savadına, əlaqələrini verdiyi faydadan mən danışmaq istəmirəm. Bu etsəm… mən bir növ “paralel düzbucaqlar aksiyomunu” sübüt etməyə çalışıram kimi… görünə bilərəm. Mən istəmirəm belə olum, çünki riyaziyyətçilərin yanında “yumşaq desək” biyabır olmaq istəmirəm!)

Bu il olacaq Milli Marketinq Forumunda mən təşkilatçı kimi deyil, həmçinin tədbirimizin bir-birindən maraqlı 6 panelinin ən MARAQLISI… pərakəndə ticarət panelinin moderatoru olacam. Başqa sözlə desək, Milli Marketinq Forumunda ölkə biznes mühitinin ən rəqabətli sahəsi pərakəndəçilik barədə fikirlərimi Sizinlə boluşəcəm və maraqlı müzakilərə edəcəm. Bizim paneldə son dərəcə maraqlı Azərbaycan brendlərinin biznes təcrübəsi müzakirə ediləcək.

Biz, Sizinlə birlikdə bu şirkətlərin rəhbərliklərini sual atəşinə tutacağıq… atəş demişkən… keçən il etdiyimiz səhvləri bu il etməmək üçün təşkilatı məsələlərə, əsasıənda spikerlərin seçilməsinə çox diqqət edirik. Bu il ki, spikerlərimiz keçən illərlə müqayisədə dahada güclüdürlər. Amma yenədə mən söz verə bilmirəm ki, spikerlərimiz Erdoğan kimi danışıq qabiliyyətinə malikdir!)

Bir sözlə forum haqqında çox danışmadan Sizlərə söz vermək istəyirəm… – FORUM SUPER OLACAQ!

P.S. Vaxt itirmədən biletləri əldə edin… sonra qalmadı… mən bilmirdim kimi, sözlər qəbul edilməyəcək!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close