image_pdfimage_print

Bugün çoxtandı görüşmədiyim 2 yaxın dostla Azərbaycan iqtisadiyyatı, biznes mühit barədə söhbət edirdik… təbii ki, söhbətimiz böhran və ya böhranda edilməsi vacib olanlardan oldu. Əlbəttə, yaxşı dostlarla söhbətə doyum olmaz, amma bugün mən Sizə bu söhbətin bir qismi barədə danışmaq istəyirəm. Azərbaycan biznes mühitinin “dirəyi”, daxili bazar üçün bəlkədə neft amilindən belə vacib bir sahə – toylar barədə danışmaq istəyirəm.

Ölkədə dəyişməz və stabil qalan statistik rəqəm axtarası olsaq, ilk yada düşəni təbii ki, nigah sayları olacaq. 1993-cü ildən indiyə qədər ölkəmizdə illik 89 mindən – 95 minə qədər nigah olur. Bu o deməkdir ki, ildə minimum 90 min cütlük ailə qurur – toy edir. TOY sözündə cəmi üç hərf olsada… biz bilirik ki, bu üç hərfdə illik dövriyyəsi milyardlarla ölçülən bir bazar yatır. Məsələn…

  • Azərbaycanımızda hər 90 min toyun ən azı, 90% mebel və s. ev əşyaları cehizlik verilir. Ortalama 1 cehizlik üçün xərclənən mebel və s. rəqəminin 8 min manat, olduğunu düşünsək (bu yalnız düşüncə deyil, həqiqətə yaxın rəqəmlərdir) görərik ki, hər il ölkəmizdə cehizlik üçün alınan ev əşyalaının dəyəri – 650 mln. manata yaxın rəqəmdir;
  • Yeni alə quran ailələrin elektronika ehtiyyacları ortalama 1500-2000 manat olsa, bu bazar təxminən – 150-160 mln. manat edir;
  • Qızıl-zinnət əşyaları bazarı təxminən – 400 mln. manat;
  • Toy mərasimin təşkili, gəlinlik, toy üçün alınan geyimlər, saç düzümü, video-foto, dekor xidmətləri… və s. düşünə bilirsiz necə böyük bazar haqda biz danışırıq?!

Bəs Sizcə bu bazara böhran təsir edə bilərmi? Məncə natural ifadələrlə bazar daralmasından, söhbət gedə bilməz, amma nominal ifadələrdə əlbəttə, böhran bu bazarada öz təsirini göstərəcək. Toy ölkəmizdə böyük bir sahə, sektor vəziyyətindədir və bu sahə özündə çox saylı biznes imkanları yaradır.

Paralel olaraq düşündürücü məqam budur ki, bu sənaye özündə aşırı dərəcədə ifrat xərcləri birləşdirir. Məsələn, Azərbaycan toyları rəsmi şəkildə əhalinin cibini talan edir. Bu nə toy edən, nədə toya gələn üçün sərfəli deyil. Buna baxmayaraq ölkəmizdə şadlıq sarayları bugünün özündə belə ən gəlirli biznes sahəsi hesab edilə bilər… təbii ki, işi düzgün təşkil edildiyi halda.

Toy bazarı böhranlı ölkəmizdə bugün yeni biznes açmaq üçün ən düzgün və qarantili sahədir desək, heç yanılmarıq. Ölkəmizdə iqtisadi vəziyyətdən asılı olmayaraq hələ uzunmüddət toylar olacaq və “dəb-dəbə” səviyyəsi çox az aşağı düşəcək. Valideynlər hər şeyə razı ola bilər, amma övladının toyunda qənayət etməz.

Düşünürəm ki, ölkəmizdə toy sənayesi son dərəcə böyük bazar və dövriyyə payına sahib olsada bugünə qədər tam istifadə edilməyən və böyük biznes imkanları olan bir sahədir. İstər komple cehizlik üçün məhsulların təklifi, istərsədə daha kreativ toylar… ölkəmizdə böhran olsada çox lazımlıdır. Növbəti bloq postlarda bu haqda ətraflı yazacam.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close