Monthly Archives May 2015

Çox zaman mənə belə bir suallar olur: “Sizcə bizneslə məşğul olmaq üçün ən vacib xüsusiyyət və ya bilik nədir?”. Mən heç düşünmədən – Satış, Satış və bir daha satış deyərdim. Düşünürəm ki, sektordan asılı olmayaraq… istənilən biznes fəaliyyəti üçün ən vacib funksional savad – bilik – satışdır. Fikrimi izah etməyə çalışım…

Beləliklə ölkənin ən böyük Marketinq tədbiri olan Milli Marketinq Forumu artıq üçüncü dəfə uğurlu formada baş tutdu. Biz bir daha sübüt edə bildik ki, Azərbaycandada rəqiblər bir araya toplaşa bilərlərmiş, biz sübüt edə bildik ki biz bir ola bilirik. Bu yazıda mən Milli Marketinq Forumunun həmtəsisçilərindən biri kimi Sizin qarşınızda rəsmi hesabatla çıxış etmək istəyirəm.

Dostların bildiyi kimi… bugünlərdə biz ana dilimizdə ilk dəfə olaraq milli keyslərimizlə dolu “360 dərəcədə brendinq” adlı kitabımızı nəşr edirik. Düşünürəm və çox istəyirəm bu kitabımız imkan daxilində daha çox azərbaycandilli oxuculara çatsın. Bunun üçün kitabımızı Milli Marketinq Forumundən sonra, ola bilsin, 2-3 aya kütləvi şəkildə oxucularımıza təqdim edəcəyik. Çox xoş haldır ki, bugünlərdə mənə çox saylı zənglər və ya Facebook-da şəxsi ismariclə kitabı hardan almaq mümkün olduğu barədə suallar verirlər. Əziz oxucu, bu məni çooox sevindirir, amma paralel olaraqda bir fakt məni məyus edir. Bizim dəyərli dostlarımız birdəfəlik başa düşməlidilər ki, kitab müəllifindən öz yazdığı kitabı “hədiyyə” olaraq istəmək böyük qəbahətdir. Bilirsiz niyə?!

Ölkənin ən böyük Marketinq tədbiri olan Milli Marketinq Forumunun başlanğıcına sayılı günlər qalır. 26-27 may, 28 Cinemada artıq üçüncü il Milli Marketinq Forumu keçirilir. Əziz oxucu, belə mötəbər və ölkə biznesi üçün əhəmiyyətli tədbirinin təşkilatçılarının köməkçisi olmaq, insanda super hisslər yaradır. Mən düşünürəm ki, ölkədə marketinqlə məşğul olan hər kəs, mütləq və mütləq Milli Marketinq Forumunda iştirak etməlidir. Bu yazıda istəyirəm Sizinlə Milli Marketinq Forumunun bir neçə konseptual tərəfləri barədə məlumat verim.

Özümü çox pis hiss edirəm... ona görə yox ki, heç bir gunahı olmayan insanlar vəfat ediblər... ona görə ki, insanlıq gündən-günə ölür. Özümü çox pis hiss edirəm... ona görə yox ki, FHN öz vəzifə öhdəliklərini bilmir, ona görə biz çox maymaq adamlarıq. Özümü çox pis hiss edirəm... ona görə yox ki, Bakı meriyası "yatıb", ona görə ki, əslində o yatmayıb,…

Mənim valideynlərim öz həyatlarını tam olaraq təhsilə həsr etsələrdə (atam, mənim tanıdığım ən güclü dilçi alim olmaqla paralel, ali məktəbdə məsul vəzifədə çalışır, anam isə uzunmüddət orta məktəbdə Azərbaycan dili və ədəbiyyat dərsi deyib, hal-hazırda oda Ali məktəbdə çalışır) mən şəxs olaraq təhsil sistemindən uzaq adamam. İstər İqtisad Universitetində MBA tələbələri üçün dediyimiz mühazirələr, istərsədə Marketinq AİR-də mən yalnız praktikada öyrəndiyim biznes elementlərini tələbələrlə dostlarımla paylaşıram. Amma bugünlərdə təhsillə çox sıx maraqlanıram. Qızım bu il birinci sinifə gedəcək və istəyirəm Sizinlə təhsil haqda olan fikirlərimi paylaşım.

26-27 may, Milli Marketinq Forumunda, ana dilimizdə ilk brendinq kitabı olan  -“360 dərəcədə brendinq” kitabının təqdimatını edəcəyik. Təqdimat zamanı butün Forum iştirakçıları xüsusi şərtlərlə kitabın ilk oxucuları olacaqlar. Həmçinin bu yalnız eksklüziv olaraq Forum iştirakçıları üçün nəzərdə tutulub.

Bugünlərdə sosial şəbəkələrdə Coca-Cola Türkiyyənin, Ozcan Denizlə birlikdə hazırladığı musiqi-klipi diqqətimi çəkir. Son dərəcə yüksək səviyyədə hazırlanmış bu video Coca-Cola brendinin bugün izlədiyi qlokal marketinq strateqiyasının bariz nümünəsidir desək, heç yanılmarıq bəlkədə.

Musiqi sözləri Sertep Erener tərəfindən yazılmışdı. Musiqi isə hindistanlı Venketesh Raja tərəfindən hazırlanmış musiqinin aranjirə edilmiş versiyasıdır. Bu reklama görə Ozcan 1, 5 mln. lirə, Sila isə 700 min lirə aldığı danışılır. Neysə… biz Sizə bu haqda yazmırıq, bizim işimiz marketinqdir!)

Çox zaman belə bir fikir formalaşır ki, biznesdə idarəetmə üçün mütləq sərt və ya hər bir addıma nəzarət lazımdır. Hətta bəzən deyirlər ki, öz biznesinin üstündə bir-başa durmasan biznes məhv olar. Mən bu fikirlərlə qismən razı olsamda, düşünürəm ki, düzgün idarəetmə metodu kimi sərt nəzarət deyil, etibar edilməlidir. Fikirlərimi əsaslandırmağa çalışım.

Ölkənin ən böyük Marketinq tədbiri olan Milli Marketinq Forumuna sayılı günlər qalır... və bu dəfə olacaq Forum istər hazırlıq səviyyəsi, istər spikerlərimiz, istərsədə ümumi marağa görə gördüyümüz, düyduğumuz ən yaxşı Milli Marketinq Forumu olacağı hiss edilir. Bu Forum həm 2013-ən, həm 2014-də etdiyimiz Forumlardan daha maraqlı, daha öyrədici olacaq... bunu mən demirəm - spikerlər deyir. Baxın!) Foruma biletlər sözün həqiqi…

Sizinlə daha əvvəldə söhbət etdiyimiz kimi, Mingeçevirdə bölgənin ən böyük mebel və məişət texnikası salonunun açılışını etdik. İstər məhsul çeşidinin çoxluğu, istər həm mebel, həmdə ev texnikasının bir yerdə sərgilənməsi cəhətdən mağazanın düzgün hazırlanması üçün əlimizdən gələni etdik. Xəzər TV-də olan reportajdan, bloqa başlayaq. Çox sevindiri haldır ki, bizim sahib olduğumuz ən böyük mebel salonuda məhz Mingeçevirdə açılır. Mən bu…

12
Close