image_pdfimage_print

Bugünlərdə sosial şəbəkələrdə Coca-Cola Türkiyyənin, Ozcan Denizlə birlikdə hazırladığı musiqi-klipi diqqətimi çəkir. Son dərəcə yüksək səviyyədə hazırlanmış bu video Coca-Cola brendinin bugün izlədiyi qlokal marketinq strateqiyasının bariz nümünəsidir desək, heç yanılmarıq bəlkədə.

Musiqi sözləri Sertep Erener tərəfindən yazılmışdı. Musiqi isə hindistanlı Venketesh Raja tərəfindən hazırlanmış musiqinin aranjirə edilmiş versiyasıdır. Bu reklama görə Ozcan 1, 5 mln. lirə, Sila isə 700 min lirə aldığı danışılır. Neysə… biz Sizə bu haqda yazmırıq, bizim işimiz marketinqdir!)

Burada Coca-Cola şirkəti aşağıdakı mesajları vermiş olur:

  • Brend türk xalqına yaxınlığını göstərir. Musiqi və ümumi oxuma tərzi türkxasiyyətlidir, bunun brend mən Amerikan olsamda, türkiyyədə türk qaydaları ilə oynayıram – mesajını verir;
  • Ozcan Deniz və Sila türk gəncləri tərəfindən çox sevilir. Yalnız sevilmək deyil, hər iki personaj öz şəxsiyyətləri ilə daha “sevgi”, “seks” kimi anlayışlarla yaxından əlaqəlidirlər;
  • Reklam daha çox çılğınlıq, fərdiçilik hisslərini önə çıxarır.

Bəs Coca-Cola brendinin identifikasiyasını bu uyğundurmu?! Məncə qətiyyən uyğun deyil. Niyə?!

  • Çünki bizim bildiyimiz Coca-Cola yeni ildə ailələrə hədiyyə gətirər;
  • Çünki bizim bildiyimiz Coca-Cola Ramazanda az-qala “müsəlman” olar;
  • Çünki bizim bildiyimiz Coca-Cola “seksi”, “çılğınlığı” Pepsi rəqibinə buraxıb, özü konservativ ailə bağlarından danışar və s.;

Məsələ burasındadır ki, türk mediayasıda əslində bizim dediklərimizi deyir. Daha doğrusu istər Twitterde, istersədə türk mediyasında reklam pislənir və ümumiyyətlə türk mentalitetinə zidd olduğu iddia edilir.

Yadıma düşür, bir dəfə Pepsi Colada, Seda Sayanla reklam çəkmişdi. Bu reklamda Pepsinin qlobal imicinə tam zidd edi. Özünüz düşünün Britney Spears hara, Seda hara?! Reklama xatırlamaq istəyirsinizsə… buyurun.

Bu arada bu reklamdan sonra Pepsi Türkiyyənin Marketinq Direktoru işdən çıxarıldı… deyirsən Colada necə olacaq?!)

P.S. Mənim Colanın reklamından çox xoşum gəldi, bəs Sizin?!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close