image_pdfimage_print

Çox zaman mənə belə bir suallar olur: “Sizcə bizneslə məşğul olmaq üçün ən vacib xüsusiyyət və ya bilik nədir?”. Mən heç düşünmədən – Satış, Satış və bir daha satış deyərdim. Düşünürəm ki, sektordan asılı olmayaraq… istənilən biznes fəaliyyəti üçün ən vacib funksional savad – bilik – satışdır. Fikrimi izah etməyə çalışım…

İlk əvvəl ətrafımıza baxaq… əslində biz hər gün bir-birimizə nələrisə satırıq… Diqqət edin:

  • Valideyn evdə öz uşağına tərbiyəli, savadlı olmaq ideyasını satır;
  • Şirkət sahibi işçilərinə məhsulun mükəmməl olduğunu satır;
  • Satıcı… öz məhsullarını satır;
  • Ali məktəb müəllimi öz biliklərini tələbələrə satır;
  • bir sözlə… ətrafımızda hamı mütləq və mütləq nesə satır.

Şəxsi biznesdə, öz işini qurmaq istəyəndə isə… yenədə insan üçün ən lazımlı keyfiyyət satış qabiliyyəti, sata bilmək bacarığıdır. Bunu bilməyən adam heç bir şəkildə şəxsi biznesdə uğurlu ola bilməz.

Yadıma gəlir bu haqda Marketoloqların Quba toplantısında Anar müəllimin son dərəcə maraqlı prezentasiya olmuşdu. Bu prezentasiyaya baxmağı hər birinizə məsləhət görərək, yazımıza geriyə dönürük.

Düşünürəm ki, yeni biznes qurmaq istəyən dostlarımız ilk əvvəl təklif edəcəkləri məhsulu (xidməti) düzgün formada satmağı bacarmalıdır. Biznes açıb/açmamaq qərarıda məhz satmaq bacarığını yoxladıqdan sonra verilməlidir.

Əziz oxucu, Sizin satış prosesi üçün mütləq diqqət etməli olduğunuz məsələlər var:

  1. Satış prosesi baş vermədən ətrafımızda heçnə dəyişmir. Hətta bizim böyük zəhmətlə etdiyimiz Milli Marketinq Forumu belə, Marketinq AİR belə… və ya “360 dərəcədə brendinq” kitabımız belə satış olmadan mümkün ola bilməzdi. Yalnız satış prosesi, istehsala drayver verir, satış prosesi eksport əməliyyatları gücləndirir, satış prosesi müharibələr və ya sülh yaradır.
  2. Heç bir məhsul (və ya xidmət) alınmır… onlar sadəcə satılır. Birinci satış olur ki, ondan nəyinsə alışı baş verir. Bu heç bir şəkildə əksinə deyil. Bu o deməkdir ki, Sizin məhsul və ya xidmət necə gözəl olursa-olsun… onu satmaq və satan adamlar lazımdır.
  3. Nəyinsə alınması üçün müştərini inandırmaq, ikna etmək lazımdır. Müştəriyə inandırmaq lazımdır ki, onun ehtiyyacını ödəyəcək və ya ona lazım olan şey məhz bizim məhsuldur. Professional satıcılar müştəriyə yalnız bu məhsul lazım olduğuna inandırmaq deyil, həmçinin alış qərarını məhz indi verilməsinə inandırmalıdır.
  4. Çox satmaq üçün, məhsulunuz daha çox yerdə təklif edilməlidir və ya çox satmaq üçün Sizin haqqınızda daha çox adam bilməlidir. Bu satış üçün təbliğat və ya reklam fəaliyyətinin nə qədər vacib olduğunu sübüt edir. Çox satmaq üçün, çoxlu almaq istəyən adamlar lazımdır.

Bu dediklərimizi çox sadə səslənsədə, biznesin ilk mərhələlərində həyatı əhəmiyyət kəsb edir. Bunu bilmək və əməl etmək şərtdir.

P.S. Birdə əmin olun, ən vacib bacarıq nəyisə mükəmməl yaratmaq deyil, adi yaranmış məhsulu mükəmməl sata bilməkdir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close