image_pdfimage_print

Çox zaman belə bir fikir formalaşır ki, biznesdə idarəetmə üçün mütləq sərt və ya hər bir addıma nəzarət lazımdır. Hətta bəzən deyirlər ki, öz biznesinin üstündə bir-başa durmasan biznes məhv olar. Mən bu fikirlərlə qismən razı olsamda, düşünürəm ki, düzgün idarəetmə metodu kimi sərt nəzarət deyil, etibar edilməlidir. Fikirlərimi əsaslandırmağa çalışım.

İlk əvvəl qeyd edim ki, mən öz biznesimdə işin bir-başa nəzarətini özüm etmirəm. Başqa sözlə desək, mən ümumi proseslərə nəzarət etməyə çalışıram, taktiki tərəflər tam yerlərdə olan rəhbərlərə həvalə edilir. Düşünürəm ki, bunu etməyin ən düzgün yolu işçilərin şəxsi keyfiyyətlərini bilib, onlara etibar etməkdən keçir. Necə?!

Düşünün ki, Sizin hansısa bir şirkətiniz var. Bu şirkət biznes fəaliyyəti məşğul olur və əlbəttə, hər bir qərar bir-başa Sizin tərəfinizdən verilir. Sizə elə gəlir ki, əgər bu qərarları yerlərdə olan rəhbərlər versə, onlar səhv edə bilər. Səhvin səbəbləri müxtəlifdir…

  • Sizin qədər işə sahiblənmir;
  • Sizin qədər işi bilmir;
  • Sizin qədər zəhməti sevmir;
  • Sizi aldada bilər (bilir);
  • Sizdən xoşu gəlmir və s.

düzdür?! İndi bir daha özümüzə sual verək… bəs Sizcə niyə bu belə ola bilir? Əziz oxucu, səhvi yalnız özümüzdə gördüyümüz zaman biz nəyisə müsbət tərəfə dəyişə bilərik. Düşünürəm ki, pis işçi olmur, pis rəhbər olur. Düşünürəm ki, yerilə yetirilməyən tapşırıq olmur, sadəcə səhv seçim olur. Dolayı yolla əgər bugün işçi bizi qane etmirsə və ya biz işçiyə etibar edə bilmiriksə, gunah yalnız və yalnız sahibkarın özündədir. Başqa heç kimdə…

Əgər sahibkar işçi götürülən zaman, bəzi vacib olan elementlərə diqqət göstərsə, iş zamanı elementar qaydalara riayyət etsə, pis işçi çox az olar.

Sahibkar işə götürdüyü zaman diqqət etməlidir:

  1. İşçi qəbulu prosesini diqqətli aparın. Bəli-bəli, bunun üçün sadəcə bir-az az tələsib, işçi götürülməsinə 10 gün deyil, 20 gün vaxt itirmək lazımdır. Mütləq qaydada işçi haqqında ətrafdan rəhlər toplanmalıdır. Diqqət edin, dünyanın ən böyük şirkətlərində işə qəbul prosesi özü-özlüyündə bir “dastana” bənzəyir, düşünürsüz onlar bir şey bilmir?
  2. Şirkətdə qohumluq əlaqəsi olan adam olmasın. Çox vacibdir ki, işə götürülən işçinin şirkət daxilində qohumu olmasın. Bu ilk baxışdan boş şey kimi görünsədə, praktika göstərir ki, işçilərin “əyri yola” düşməsində, daha əvvəl tanıdığı yaxın adamların rolu böyük olur.
  3. İşçinin daha əvvəl çalışdığı yerdən çıxma səbəbi tam şəffaf olmalıdır. Çox zaman, işçi haqqında düzgün məlumatı məhz daha əvvəl çalışdığı kollektivdən almaq olur. Bunu mütləq edin, daha əvvəl çalışdığı şirkətdən bir neçə nəfər tapıb, həll edin.

Sahibkar iş prosesində diqqət etməlidir:

  1. İşçinin əmək haqqısı vaxtı-vaxtında verilməlidir. Gecikən əmək haqqı qədər biznesdə işçini demotivasiya olmasın ən sadə yoludur. Buna yol vermək qətiyyən olmaz. Bu o demək deyil, şirkət çətin vəziyyətdə “kredit” götürüb işçinin əmək haqqısını verməlidir, amma unutmaq olmaz işçi bizimlə pula görə işləyir. Əgər biz pul verməsək… o məcbur olub, bu pulu özü götürəcək;
  2. İşçinin problemlərini bilməliyik və həlli barədə düşünməliyik. Çox vacibdir ki, işçi öz problemlərini açıq şəkildə kollektivdə paylaşsın. Bu işçinin sadiqliyi xeyli artıra bilir və bu problemi imkan daxilində həll etmək lazımdır. Ən azı, bunu bilib işçiylə birlikdə həyacanlanmaq şərtdir;
  3. Etibar, etibar bir daha etibar. Əgər biz işçilərimizə etibar etmiriksə və düşünürüksə ki, bunun işlərimiz normal gedəcək… bu çox kobud səhvdir. Etibarsızlıq, işçini demotivasiya etmək üçün gözəl imkandır. Heç vaxt bunu etməyin. aaa, heç bir demir, kassanın açarının işçiyə verib, kassanı saymayın… AMMA mütləq qarşımızda olan işçi ona olan etibarı hiss etməlidir.

Düşünürəm ki, digər xarici ölkələrlə müqayisədə, insanların “əyri yola” düşmə ehtimalı daha çoxdur. Bu təbiidir. Biz 70 il ərzində kollektiv iqtisadiyyatda böyümüşük və hamımız bilirik ki, hamının olan, əslində heç kimin deyil. Sovet rejimi bizə… “hökümətin malını oğurlamaq, oğurluq deyil” prinsipini aşılayıb.

Təsadüfi deyil ki, yaşı 50+ olan adamlarla söhbət etdikdə, səndən çox rahatlıqla ayda qazandığın pulun miqdarı soruçulur… və ikinci sual olaraq “çak-çuk” olur, suallı olur. Biz hal-hazırda həqiqətəndə keçid dövrünü yaşayırıq. Hələdə, biz bəzən elə düşünürük ki, sahibkar bizə borcludur… və ya kimsə biznesdən çoxlu pul qazanıbsa, deməli bu oğrudur… kimi anlayışlar bizdə var.

Yadıma düşür… bu yaxınlarda dileri olduğum şirkətlərin birinin illik toplantısında bir yerli sahibkar yemək yeyildiyi zaman mənə belə bir söz dedi… “İlkin, bilirsən, Azərbaycanın inkişafı üçün birinci nə lazımdır?!” , Mən cavab verdim: “Yox, bilmirəm. Nə?”, o dedi: “Sadəcə məmurlar biznesdən kənarlaşmalıdır…”

Mən düşünürəm ki, tezliklə Azərbaycanda “məmur biznesləri” olmayacaq. Belə olsa, bizdə butün iqtisadi qanunlar işləyər, hər şey ondan başlayır!) Əminəm buna az qalıb və bu olduqdan sonra biz işçilərə daha çox etibar etməli olacağıq.

Sonda bir daha qeyd etmək istəyirəm ki, düzgün seçilmiş işçiyə edilən etibar, biznesin inkişafı üçün hava-su kimi lazımdır. Əlbəttə, “доверяй, но проверяй” məntiqi ilə.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. thumbs up. super. HR perspektivi daha choxdu bu meqalenin. beyenilsin

  2. hec kime etibar etmeyib yerinde saymaqdansa,aldanaraq inkishaf etmek daha mentiqlidir.

  3. Halaldı İLKİN!
    Gözəl fikirlərdir!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close