image_pdfimage_print

Dostların bildiyi kimi… bugünlərdə biz ana dilimizdə ilk dəfə olaraq milli keyslərimizlə dolu “360 dərəcədə brendinq” adlı kitabımızı nəşr edirik. Düşünürəm və çox istəyirəm bu kitabımız imkan daxilində daha çox azərbaycandilli oxuculara çatsın. Bunun üçün kitabımızı Milli Marketinq Forumundən sonra, ola bilsin, 2-3 aya kütləvi şəkildə oxucularımıza təqdim edəcəyik. Çox xoş haldır ki, bugünlərdə mənə çox saylı zənglər və ya Facebook-da şəxsi ismariclə kitabı hardan almaq mümkün olduğu barədə suallar verirlər. Əziz oxucu, bu məni çooox sevindirir, amma paralel olaraqda bir fakt məni məyus edir. Bizim dəyərli dostlarımız birdəfəlik başa düşməlidilər ki, kitab müəllifindən öz yazdığı kitabı “hədiyyə” olaraq istəmək böyük qəbahətdir. Bilirsiz niyə?!

İlk əvvəl qeyd etməliyəm ki, “360 dərəcədə brendinq” kitabının nəşr edilməsində məqsədimiz heç bir şəkildə qazanc əldə etmək deyil. Qətiyyən. Bizim işləri yaxından bilən hamı bunu hiss edir ki, biz istər Milli Marketinq  Forumunu, istər Marketinq AİR təlimlərini, istərsədə digər marketinq aktivliklərimizi qazanc üçün etmirik. Qurban olduğuma min şükür bizim, buna ehtiyyacımız yoxdur (hələlik yoxdur). Biz bu tədbirlərlə sadəcə ölkədə Marketinqi daha çox inkişaf etdirmək, bu sahəyə (dolayısı yolla öz peşəmizə) olan marağı artırmaq istəyirik və gənc marketoloqlar dəstəsinə təkan veririk. Təbii ki, “360 dərəcədə brendinq” kitabıda eyni seriyadandır.

Sual oluna bilər… “Niyə elədirsə, Milli Marketinq Forumu, Marketinq AİR və elə hal-hazırda dərc etdirdiyimiz kitab pulsuz deyil?!” Bu suallın cavabı yazıya başldığım zaman, verdiyim suallın cavabı ilə demək olar ki, eynidir.

Biz illər boyu Azərbaycanda real bizneslə məşğul olan adamlar olaraq qəbul etmişik ki, bizim ölkədə pulsuz və ya “ucuz” olan heçnə sevilmir. Diqqət edin:

  • Ali məktəblərdə müəllimlər pulsuz dərs deyilr (eləcədə orta məktəblərdə), amma tələbələr (şagirdlər) oxumur. Çünki onları bu müftə gəlir… necə dəyərlər “ağızları isti yerdə” olur. Əvəzində repititorluq… inkişaf edir!)
  • Şəhərimizdə metro son dərəcə ucuz qiymətədir… AMMA biz metronu bəyənmirik, axı qiyməti ucuzdur. Moskvada metro hardasa 1 dollaradır, biz Moskva metrosuna qibtə edirik… axı bahadır!)
  • İnternetdə xəzinə kimi, informasiyalar var. Amma biz puluyla kitab alıb oxumaq istəyirik… hə kitab dediz yadımıza düşdü. Bizim evdə çooooxlu kitablar var. Onların arasındada bir 10-12 kitab var ki, müəllif tərəfindən mənə hədiyyə edilib (Güvən Borça, Selim Tüncer, Andrey Rukavişnikov, Aleksandr Levitas və çoxlu sayda yerli müəlliflər). Dostlar… inanırsız bu kitabların üzünü açmamışam. Səbəb?! Səbəb Sizdə bilirsiz… bunlar mənə pulsuz gəlib. Məndə Sizin kimi, pulsuz heç nəyin dəyirəini bilmirəm…
  • Güləcəksiniz. Bizim Marketinq AİR-də Rafiq və Anar müəllimlə birlikdə şərt kəsdiyimiz bir məsələ var – PULSUZ heç kimə Marketinq AİR-də oturmağa icazə vermək olmaz. Bilirsiz niyə?! Çünki bir neçə dəfə biri bizdən xahiş edib, Marketinq AİR-də pulsuz oturmaq istəyiblər. Bizdə razılıq verib təlimə dəvət etmişik… sonda bilirsiz nə olub?! Sonda məlum olur ki, bu adamlar ümumiyyətlə AİR-ə gəlməyiblər. Axı pulsuzdur!)
  • Milli Marketinq Forumuna nadir hallarda bizə çox kömək etmiş adamlara dəvətnamələr veririk… inanırsız, o adamlar çox zaman bizdən daha çox dəvətnamə istəyir. Nə vaxt veririk… görürük yerlər boşdur. Səbəb?! Səbəb yenədə sadədir… pulsuz olmazzzzz!)

Uzun sözü qəsası… əziz oxucu, 360 dərəcədə brendinq adlı ilk kitabımız barədə aşağıdakıları düşünürəm:

  1. Mən istəmirəm ki, “360 dərəcədə brendinq” kitabı evdə (kabinətdə, maşında…) tozlansın, oxunmasın. Bunun üçün pulsuz olmazzzz!)
  2. Mən istəmirəm ki, kimsə məndən bu kitabı hədiyyə olaraq istəsin çünki, kitab müəllifindən hədiyyə istəmək zəhmətə hörmətsizlikdir… mən yenədə Sizin özününküyəm, incimərəm… AMMA ümumiyyətlə bu çox böyük qeyri-etik davranışdır. Kitabı alarlar… sonra aldığınız kitabdan “avtoqraf istəyərlər”.
  3. Kitab gözəl HƏDİYYƏdir… çox doğrudur, amma müəllifdən olmadığı zaman. Məsələn, Siz öz dostunuza bizim kitabı hədiyyə ala bilərsiniz… AMMA xahiş edirəm, məni bura qatmayın!)
  4. Kitabı oxumaq üçün, digər bir addım, kitab qiymətinin 10+ manata qoymaqdır. Bazarda ən çox oxunan kitablar rus dilində olanlar olanlardır və bu kitabların orlama qiyməti 20+ manatdır. Biz qoyduğumuz qiymətlə real kitab alıcılarına xitab edirik. Tələbələrində məncə çox istədikləri halda bunu almağa imkanları çata bilər və ya biz gələcəkdə Universitetlərdə kitab günlərində xüsusi “tələbə qiyməti” edə bilərik. AMMA bu hələ gözlənilmir. İstəyən 12 manat tapacaq!

İndi Sizə bir sirri açım… bu kitabın satışından əldə etdiyim butün gəlirləri… tam olaraq ölkədə Marketinqin inkişafı üçün xərcləyəcəyik. Necə?! Büdcəni və gəlirləri Vergilər ödəndikdən sonra çox şəffaf formada bloqa qoyacam və xərclənən hər bir manatın hara və necə getdiyini görəcəksiniz.

Necə dəyərlər… “договор – дороже – денег”. Siz kitabı alırsız (məndən hədiyyə istəmirsiz), məndə butün pulların hara və necə xərcləndiyinin hesabatını verirəm. Necədir?!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Bunu coxdan deye bilmirdinizmi? =) Lap utandim… Bu yaxınlarda Nuride Ateşi ile tanis oldum ve arxeologiya ile bagli mukemmel kitab yazmisdi, tesdiqlenmesini gozleyirdi. Satisda olmadigi ucun, ozunden istemeli oldum. :) Yazinizi gorenden sonra, utancaq gulumseme yarandi uzumde )=) Amma, neyleyim kitaba doyum olmurdu)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close