image_pdfimage_print

Beləliklə ölkənin ən böyük Marketinq tədbiri olan Milli Marketinq Forumu artıq üçüncü dəfə uğurlu formada baş tutdu. Biz bir daha sübüt edə bildik ki, Azərbaycandada rəqiblər bir araya toplaşa bilərlərmiş, biz sübüt edə bildik ki biz bir ola bilirik. Bu yazıda mən Milli Marketinq Forumunun həmtəsisçilərindən biri kimi Sizin qarşınızda rəsmi hesabatla çıxış etmək istəyirəm.

Hesabata keçməzdən əvvəl mən ümumi olaraq Milli Marketinq barədə qısa tarixi-xronoloqiya vermək istəyirəm, bundan sonra biz 3 hissədən ibarət hesabat verəcəyik.

Milli Marketinq Forumu haqqında ilk söhbətlər Rafiq və Anar müəllimlə bizim aramızda onlayn vasitəsi ilə olub. Xatırlayıram ki, mən Rusiyada Marketinq One deyilən ənənəvi marketinq forumunda iştirak edirdim. Forumda olan spikerləri dinləyə-dinləyə düşündüm ki, biz mütləq özümüzdə, Azərbaycandada belə bir forum etməliyik. Sözün açığı o vaxtlar heç düşünməzdik ki, bu belə ciddi və sistemli bir tədbir ola bilər. Rafiq və Anar müəllimlər təşəbüsə enerji verdilər və məhz bu iki nəfərin səyi nəticəsində bugün ölkəmizdə butün biznes elitasının fəxr edə biləcək bir tədbir – Milli Marketinq Forumu baş tutdu.

İlk Forum 2013-cü il, may ayının 29-30-na təsədüf etdi. Yadıma gəlir, son dərəcə həyacanlı edik və bir “İLK” olduğu üçün çox çətin edi. Demək olar ki, hər şeyi yenidən və sıfırdan qururduq, belə tədbirlər edənlər bunu yaxşı bilir, təşkilatçı komandanın və təbii olaraq Rafiq və Anar müəllimlərin səyi nəticəsində bu tədbir baş tutdu. Foromun ideoloji konsepsiyası 3P qavramının üzərindı edi – Problem, Praktika, Paylaşma. Açılış çıxışı Sizlərə təqdim edirəm.

İkinci Forum 2014-cü ilin, yenədə 29-30 tarixlərinə təsadüf etdi. Əlbəttə, bu dəfə biz daha hazırlıqlı edik. 2014 konsepsiyamız “trend ovunda” edi. Biz 2014-cü ildə Milli Marketinqin əsas trendləri barədə söhbət etdik. Böyük stres, sonsuz insan zəhməti nəticəsində biz ikinci dəfə ölkəmizdə heç bir peşə sahiblərinin etmədikləri bir şeyi həyata keçirdik. Hamı bizdən danışırdı!)

Üçüncü Forum bizim üçün son dərəcə əhəmiyyətli edi. Biz düşünürdük ki, Milli Marketinq Forumunun bir brend, bir dəyər olaraq insanların beynində oturması üçün son dərəcə keyfiyyətli və keçən forumlarla müqayisədə daha yaxşı bir Forum etməliyik. Bunu Rafiq və Anar müəllimlər yaxşı başa düşürdü və öz qarşılarına bir nömrəli tapşırıq kimi, keçən forumlardan yaxşı deyil… Rusiya, Türkiyyə səviyyəsində bir forum keçirmək öz qarşılarına qoymuşdular. Alındımı?!

Bu il Milli Marketinq Forumu istər spikerlərinin təcrübəsi, istər səhnədə olan texniki problemlərin azlığı, istər təşkilatçı komandanın işi, istərsədə tamaşaçıların səviyyəsinə görə həqiqətəndə super edi. Biz bu Forumda hiss etdik ki, hazırlıq və gördüyümüz işə sevgi olduğu zaman aşılmayan sərhəd yoxdur!

Məni təəcübləndirən (yaxşı mənada) və sevindirən məsələ, bizim spikerlərimizin göstərdikləri mükəmməl performans oldu. Həqiqətəndə istər moderatorlar, istərsədə spikerlər bu Forumda “klass” göstərirdi. Mən bu haqda çox danışmaq istəmirəm… videolar hazır olsun, özünüz görəcəksiniz, inşallah!

Keçən illərdə olan, Milli Marketinq Forumlarında bizim “gəlin spiker oluuun…” xahişimizə, kinayə ilə baxan dostlarımızın, bu il ki, Forumda iştirak etmək üçün xahiş etmələrini məni çox sevindirdi. Bir neçə… “çox məşğul” adamlar var edi ki, keçən illərdə bizim Forumlarımıza spiker olaraq qatılmağa – “zapodlu” bilirdilərsə, bu dəfə bizdən “xahiş edirdilər” ki Forumda iştirak etsinlər. Bu əladır. Bu o deməkdir ki, bizim “bəyənməyənlər” artıq Milli Marketinq Forumunun faydalı olmasını hiss edir. Sizə bir neçə statistika verim…

  • Milli Marketinq Forumundə… 100-dən çox şirkətin menecer heyyəti iştirak edirdi…
  • Milli Marketinq Forumu ölkənin aparıcı kütləvi informasiya vasitələrində 50-ən çox dəfə səsləndi…
  • Milli Marketinq Forumunda 30 spiker ölkənin demək olar ki, bir çox sektorlarında olan təcrübələrini paylaşdı…
  • Milli Marketinq Forumunda bugünə qədər… 900-ən çox iştirakçı olub və s.

Əziz oxucu, birdə Milli Marketinq Forumuna özəl olaraq nəşr etdirdiyimiz – 360 dərəcədə brendinq kitabı… bizi çox sevindirdi. Dostlarımız kitabı demək olar ki, bir nəfəsə həzm etdi. Forumdan təqdim etməyi düşündüyümüz butün kitablar, bitdi. Bu bizi çox sevindirir. Bu o deməkdir ki, bizim 2 il ərzində yazdığımız kitab, son dərəcə oxunaqlı olacaq. Təsəvvür edirsiniz bu müəllif üçün necə yaxşıdır?! Mən çox sevinirəm ki, mənim yazdığım kitab əldən-ələ gəzir və oxunur. Bu bizi motivasiya edir ki, tezliklə daha kütləvi tirajlarla kitabımızı dərc edib kütləvi satışa təqdim edə bilək. Gündə ən azı 4-5 nəfər mənə yazır və bu kitabı əldə etmək istəyir. Demək ki, Azərbaycanda kitaba qiymət verən adamlar var!

Düşünürəm ki, biz Qurban olduğumun köməyi ilə Milli Marketinq Forumunu daimi bir tədbiri çevirə biləcəyik və Forum nəyin ki, 3 dəfə… sonsuz şəkildə təşkil ediləcək.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close