image_pdfimage_print

26-27 may, Milli Marketinq Forumunda, ana dilimizdə ilk brendinq kitabı olan  -“360 dərəcədə brendinq” kitabının təqdimatını edəcəyik. Təqdimat zamanı butün Forum iştirakçıları xüsusi şərtlərlə kitabın ilk oxucuları olacaqlar. Həmçinin bu yalnız eksklüziv olaraq Forum iştirakçıları üçün nəzərdə tutulub.

Çox sevindirici haldır ki, mənim ilk kitabım, həmdə ana dilimizdə ilk brendinq kitabı olaraqda fərqlənə biləcək. Bu bizim bəlkədə tarixi üstünlüklərimizdəndir ki, ölkədə marketinq adına edilən bir çox tədbirlərini “ilk”ləri bizimlə bağlıdır. Məsələn?!

  • Məsələn, ilk praktik marketinq təlimləri – məhz bizim – Marketinq AİR-ir;
  • Məsələn, ilk onlayn marketinq televiziyası – məhz bizim – FMR TV-dir;
  • Məsələn, ilk Marketinq Forumu – məhz bizim – Milli Marketinq Forumudur;
  • və Brendinq haqda olan ana dilimizdə ilk kitabda bizim tərəfimizdən təqdim edilir. Bu çox sevindirici haldır.

Əziz oxucu, bu kitab satışdan ilk vaxtlarda olmayacaq və hələlik eksklüziv olaraq Milli Marketinq Forumu üçün hazırlanır. Ümumi kitabımız 360 səhfədən ibarətdir. Kitabın hazırlanmasında yalnız mən deyil, bizim butün dostlarımızın böyük zəhməti var. Siz bu bloqu oxuyursuz, və Sizə səmimi deyim, Sizində bu kitabda “duzunuz” var. Necə?

Çox sadə… məni bu kitabın hazılmasına həvəsləndirən məhz Sizin bizim bloqa, bizim tədbirlərə olan marağınızdır. Düşünürəm ki, bu kitab son dərəcə faydalı olacaq. 360 dərəcədə brendinq kitabını ana dilimizdə ilk brendinq kitabı olmasından başqa fərqləndirən daha 3 əsas səbəb var. Bunlar hansılardır?

Birincisi  – bu kitabda biz çoxlu Azərbaycan brendi haqda keyslər, təhlillər aparmışıq. Məsələn, bizim kitabda Embawood, Romantic, Ideal, FAB boya, Bizim Tarla, Azercell, Bakcell, Azersun və s. kimi çox saylı yerli şirkətlərimizin heç harda bilə bilməyəcəyiniz istiqamətləri barədə yazılar, marketinq təhlilləri var. Biz bununla kitabımızın kontentini bənzərsiz etmişik. Biz yalnız ana dilimizdə deyil, konkret Azərbaycan biznesindən danışmışıq. Ən əsası isə, biz burda yalnız konkret etdiklərimiz və ya edənlərin əməllərini təhlil etmişik.

İkincisi – bu kitab oxucu ilə fərdiləşdirilmiş kitab olacaq. Başqa sözlə desək, bizim kitabı aldıqdan sonra Sizin işiniz yalnız oxumaqla bitməyəcək. Siz mənimlə bir-başa əlaqəyə girib öz şəxsi brendinq kitabınızı yaza biləcəksiniz. Necə?! Çox sadə, kitabda “ev tapşırığı” qismində ağ xanalar var. Oxucu, yəni SƏN bu xanaları doldurub mənə yönləndirə bilərsən (onlayn vasitəsi ilə) və asanlıqla öz brendinq kitabını dərc etdirə bilərsən. Başqa sözlə desək, bu kitab yalnız bir nəfər üçün nəzərdə tutulub. Yəni bir kitab, bir oxucu! Biz Sizinlə fərdi brendinq kitabı yaradacağıq, inşallah!

Üçüncüsü – bu kitabda mən heeeç paxıllıq etməmişəm. Meydanı paylaşmışam. Necə?! Bu kitabda İlkin Manafovla paralel olaraq ölkənin aparıcı marketinq “quru”ları öz fikirlərini bildiriblər. Biz oxucuları maraqlandıran 10 sual tərtib etmişik və bu sualları Azərbaycanda marketinq dedikdə ilk ağla gələn 10 “quru”ya vermişik. Necə cavab veriblər!? Kitabı əlinizdə tutanda biləcəksiniz!

Beləliklə bizim kitabımızı fərqləndirənlər, ana dilimizdə ilk brendinq kitabı olmaqla yanaşı aşağıdakılardır:

  1. Bu kitabda Azərbaycan brendləri ad çəkilərək təhlil edilib.
  2. Bu kitab oxucu ilə mənim birlikdə hazırlayacağım marketinq kitabıdır
  3. Bu kitabda məndən başqa 10 güclü marketinq ekspertinin fikirləri var.

…və ən sonuncu məsələ (!) – bizim kitab yalnız iki gün və yalnız cəmi 100 ədəd olmaqla (100 ədəd təqdim ediləcək, 500 ədəd çap edilib), Milli Marketinq Forumunun iştirakçıları üçün təqdim ediləcək. Kitab kütləvi satışda… OLMAYACAQ!

Əziz oxucu, mən çox istəyirəm bu kitab Sizin əlinizdə olsun, çünki bu kitaba çıxarılması üçün demək olar ki, 2 ildir çalışıram. Milli Marketinq Forumuna mütləq gəlin, əminəm həm Forum, həmdə kitab Sizin çox xoşunuza gələcək!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close